Məhkəmə qərarları › İş №2(012)-3026/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3026/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3026/2021 23.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi üzrə mülki işə 23 iyul 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək, borclu Cavabdeh 01.07.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********24266 olan Samsung Galaxy A6 markalı telefon üçün 380 manat ödənilməmiş hissə və 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 400 manatın alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclu "xxxx" MMC ilə 01.07.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********12785 olan Samsung Galaxy A6 markalı telefon almış və nəticədə 380 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1.080 manat olan İMEİ Kodu **********24266 olan Samsung Galaxy A6 markalı telefon üçün üçün ümumilikdə 380 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 700 manat təşkil edir. Göstərilənlərin nəzərə alaraq borclu Cavabdeh 01.07.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********24266 olan Samsung Galaxy A6 markalı telefon üçün 380 manat ödənilməmiş hissə və 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 400 manatın alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin verilməsi xahiş edilmişdir. Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(012)-4819/2020 saylı əmri ilə borclu Cavabdeh kreditor İddiaçı MMC-nin xeyinə 380 manat borc, 20 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 400 manat məbləğində pulun tutulması əmr edilmişdir. Borclu Cavabdeh həmin məhkəmə əmrinin ləğv edilməsi üçün etirazla məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(006)-3026/2021 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(012)-4819/2020 saylı məhkəmə əmrinin ləğv edilməsi, materialların iddia icraatına keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01.07.2018-ci il tarixli, k00196009 saylı müqavilədən, ödəniş cədvəlindən və əyaların təhvil-təslim aktından görünür ki, qiyməti 1.080 manat olan Samsung Galaxy A6 markalı telefon alıcının istifadəsinə verilmiş, alıcı alınan əşyanın dəyərini 24 ay ərzində ödəniş cədvəli üzrə hər ay 45 manat olmaqla hissə-hissə ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında əlavə edilmiş 06.05.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun ödənilməsi barədə İddiaçı MMC tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarında olan 01 oktyabr 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 01.07.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********24266 olan Samsung Galaxy A6 markalı telefon üçün ödənilməmiş hissə olan 380 manat borcu vardır. İş materiallarında olan 01.10.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən hazırki ərizənin məhkəməyə verilməsi ilə əlaqədar 20 manat məbləğindən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış k00196009 saylı, 01.07.2018-ci il tarixli müqaviləyə əsasən qiyməti 1.080 manat olan Samsung Galaxy A6 markalı telefon alıcının istifadəsinə verilmiş, alıcı alınan əşyaların dəyərini 24 ay ərzində ödəniş cədvəli üzrə hər ay ümumilikdə 45 manat olmaqla hissə-hissə ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə qaytarmalı olduğu pul məbləğini iddiaçıya qaytarmayaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə onun İddiaçı MMC-yə 01.07.2018-ci il tarixli müqavilə üzrə 380 manat borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Həmçinin cavabdehin əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb olmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 01.07.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********24266 olan Samsung Galaxy A6 markalı telefon üçün ödənilməmiş hissə olan 380 manat pul alınaraq və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi, cəmi 400 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 01.07.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********24266 olan Samsung Galaxy A6 markalı telefon üçün ödənilməmiş hissə olan 380 manat pul alınaraq və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi, cəmi 400 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar