Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3027/2021 21.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia ərizəsi ilə Abşeron Rаyоn Məhkəməsinə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 13.07.2015-ci il tarixli 6431tkGNDJ/15 saylı kredit xətti və bank hesabı müqaviləsi üzrə əsas borca görə 30,83 ABŞ dolları, faiz borcuna görə 24,64 ABŞ dolları, cəriməyə görə 33,54 ABŞ dolları olmaqla, cəmi 89,01 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Unibank KB ASC ilə Cavabdeh arasında bağlanmış 13.07.2015-ci il tarixli 6431tkGNDJ/15 saylı kredit xətti və bank hesabı müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə qaytarmaq, illik 25% ödəmək şərtilə 300 ABŞ dolları kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcalana qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borcalan müqavilə şərtlərinə əməl etməyərək dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin 13.07.2015-ci il tarixli 6431tkGNDJ/15 saylı kredit xətti və bank hesabı müqaviləsi üzrə Unibank KB ASC-yə 07.04.2021-ci il tarixə əsas borca görə 30.83 ABŞ dolları, faiz borcuna görə 24.64 ABŞ dolları, cəriməyə görə 33.54 ABŞ dolları olmaqla cəmi 89.01 ABŞ dolları borcu qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunur. "xxxx" KB ASC-nin nümayəndəsi X1 21.06.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Borcverən Unibank KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 13.07.2015-ci il tarixli 6431tkGNDJ/15 saylı kredit xətti və bank hesabı müqaviləsindən müəyyən olunur ki, bank borcalana 13.07.2022-ci il tarixədək illik 25% ödəmək şərti ilə 300 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. - Unibank KB ASC-nin Cavabdeh ünvanladığı 04.12.2019-cu il tarixli, 11.03.2020-ci il tarixli, 18.02.2021-ci il tarixli bildirişindən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borcunu 3 iş günü müddətində ödəmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. - Unibank KB ASC-nin 07.04.2021-ci il tarixli UB-BANK/PİKMD/946230 saylı arayışından müəyyən olunur ki, Cavabdeh 13.07.2015-ci il tarixli 6431tkGNDJ/15 saylı kredit xətti və bank hesabı müqaviləsi üzrə əsas borca görə 30.83 ABŞ dolları, faiz borcuna görə 24.64 ABŞ dolları, cəriməyə görə 33.54 ABŞ dolları olmaqla cəmi 89.01 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Həmin Məcəllənin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı Cavabdeh 13.07.2015-ci il tarixli 6431tkGNDJ/15 saylı kredit xətti və bank hesabı müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi öz təsdiqini tapdığından iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 13.07.2015-ci il tarixli 6431tkGNDJ/15 saylı kredit xətti və bank hesabı müqaviləsi üzrə əsas borca görə 30,83 (otuz ABŞ dolları 83 sent) ABŞ dolları, faiz borcuna görə 24,64 (iyirmi dörd ABŞ dolları 64 sent) ABŞ dolları, cəriməyə görə 33,54 (otuz üç ABŞ dolları 54 sent) ABŞ dolları olmaqla, cəmi 89,01 (səksən doqquz ABŞ dolları 01 sent) ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3027/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3027/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver