Məhkəmə qərarları › İş №2(012)-3028/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3028/2020

14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3028/2020 14.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «xxxxxxxxxxx» MMC-nin xeyrinə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən,İMEİ Kodu **********122127 olan Hoffmann Neo A 300 markalı telefon üçün 19 manat ödənilməmiş hissə,14 manat olmaqla,cəmi 20 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən,Hoffmann LED markalı televizor,mini soba Hoffmann,ütü Hoffmann üçün 399 manat ödənilməmiş hissə,34 manat cərimə olmaqla,cəmi 433 manat,xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən,İMEİ Kodu **********39789 Samsung Galaxy A10 markalı telefon üçün 286 manat ödənilməmiş hissə,13 manat cərimə olmaqla,cəmi 299 manat,ümumilikdə 752(yeddi yüz əlli iki) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsində bildirmişdir ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ Kodu **********122127 olan Hoffmann Neo A 300 markalı telefon, Hoffmann LED markalı televizor,mini soba Hoffmann,ütü Hoffmann və İMEİ Kodu **********39789 Samsung Galaxy A10 markalı telefon almış və 752 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilələrin şərtlərini pozmuş və xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 216 manat, İMEİ Kodu **********122127 olan Hoffmann Neo A 300 markalı telefon üçün iddia ərizəsində 19 manat ödənilməmiş hissə,14 manat olmaqla,cəmi 20 manat göstərilməsinə baxmayaraq,xx xxx 2020-ci il tarixli maliyyə arayışında göstərilənlərinə əsasən əslində 19 manat ödənilməmiş hissə,1 manat olmaqla,cəmi 20 manat təşkil edir. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1026 manat Hoffmann LED markalı televizor,mini soba Hoffmann,ütü Hoffmann üçün 399 manat ödənilməmiş hissə,34 manat cərimə olmaqla,cəmi 433 manat və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən,İMEİ Kodu **********39789 Samsung Galaxy A10 markalı telefon üçün 286 manat ödənilməmiş hissə,13 manat cərimə olmaqla,cəmi 299 manat,ümumilikdə 752(yeddi yüz əlli iki) manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 980 manat təşkil edir. Bunlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 00293537 saylı müqavilədən görünür ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında müqavilə bağlanmış və Cavabdeh «xxxxxxxxxxx» MMC-dən İMEİ Kodu **********122127 olan Hoffmann Neo A 300 markalı telefonu qəbul etmiş və avadanlığın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 00577562 saylı müqavilədən görünür ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında müqavilə bağlanmış və Cavabdeh «xxxxxxxxxxx» MMC-dən əsasən Hoffmann LED markalı televizor,mini soba Hoffmann,ütü Hoffmannı qəbul etmiş və avadanlığın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 00795075 saylı müqavilədən görünür ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında müqavilə bağlanmış və Cavabdeh «xxxxxxxxxxx» MMC- İMEİ Kodu **********39789 Samsung Galaxy A10 markalı telefonu qəbul etmiş və avadanlığın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən,İMEİ Kodu **********122127 olan Hoffmann Neo A 300 markalı telefon üçün 19 manat ödənilməmiş hissə,1 manat olmaqla,cəmi 20 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən,Hoffmann LED markalı televizor,mini soba Hoffmann,ütü Hoffmann üçün 399 manat ödənilməmiş hissə,34 manat cərimə olmaqla,cəmi 433 manat və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən,İMEİ Kodu **********39789 Samsung Galaxy A10 markalı telefon üçün 286 manat ödənilməmiş hissə,13 manat cərimə olmaqla,cəmi 299 manat,ümumilikdə 752(yeddi yüz əlli iki) manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən,İMEİ Kodu **********122127 olan Hoffmann Neo A 300 markalı telefon üçün 19 manat ödənilməmiş hissə,1 manat olmaqla,cəmi 20 manat borcu vardır. Lakin iddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsində texniki səhvə yol vermiş, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən,İMEİ Kodu **********122127 olan Hoffmann Neo A 300 markalı telefon üçün 19 manat ödənilməmiş hissə,14 manat olmaqla,cəmi 20 manat tutulmasını xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən,İMEİ Kodu **********122127 olan Hoffmann Neo A 300 markalı telefon üçün cərimə borcunun məbləği iş materiallarında olan xx xxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən,İMEİ Kodu **********122127 olan Hoffmann Neo A 300 markalı telefon üçün 19 manat ödənilməmiş hissə,1 manat olmaqla,cəmi 20 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən,Hoffmann LED markalı televizor,mini soba Hoffmann,ütü Hoffmann üçün 399 manat ödənilməmiş hissə,34 manat cərimə olmaqla,cəmi 433 manat,xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən,İMEİ Kodu **********39789 Samsung Galaxy A10 markalı telefon üçün 286 manat ödənilməmiş hissə,13 manat cərimə olmaqla,cəmi 299 manat,ümumilikdə 752(yeddi yüz əlli iki) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul alınaraq «xxxxxxxxxxx» MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar