Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3032/2021 22.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 22.02.2020-ci il tarixli, 126-EMB-0221-20 saylı kredit müqaviləsi üzrə 2607 manat əsas borcun və 30.40 manat dövlət rüsumunun Cavabdeh iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı BOKT Embafinans QSC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh 12 ay müddətinə qaytarılmaq şərti ilə 4749 manat kredit verilmiş və BOKT Embafinans QSC ilə cavabdeh arasında 22.02.2020-ci il tarixli, 126-EMB-0221-20 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən borcalan tərəfindən müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə borcverən kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Kredit müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit ödəməkdə problemlər yarandıqda borclu özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Hazırda, kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh BOKT Embafinans QSC-yə 18.03.2021-ci il tarixə əsas borcu 2607 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmiş, cavabdehə 09.09.2020-ci il tarixli, 10857/20 saylı pretenziya (xəbərdarlıq) məktubları da göndərilmişdir. Ona görə də qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, iddiaçı BOKT Embafinans QSC ilə 22.02.2020-ci il tarixdə bağladığı 126-EMB-0221- 20 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə qaytarılmaq şərti ilə 4749 manat kredit götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etsə də, sonradan maddi çətinlikləri yaranmışdır. Hazırda cavabdeh kredit müqaviləsi üzrə borcunu ödəməkdən yayınmır. Uşaqlarının təhsil haqlarını ödəmək üçün borc götürmüş, hazırda işə düzəlmiş və banka olan borcunu ödəyəcəkdir. Ona görə də iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 22.02.2020-ci il tarixli, 126- EMB-0221-20 saylı kredit müqaviləsindən görünür ki, borcverən borcalana 12 ay müddətinə illik 0 faiz dərəcəsi ilə istehlak krediti olaraq 4749 manat kredit verməyi öhdəsinə götürmüşdür. - BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 22.02.2020-ci il tarixli, 126- EMB-0221-20 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh 23.03.2020-ci il tarixdən 22.02.2021-ci il tarixədək 4749 manat kredit borcundan hər ay 396 manat (sonuncu ay isə 393 manat) olmaqla banka ödəməyi öhdəsinə götürmüşdür. - BOKT "xxxx" QSC-nin NMA-0020773-21 saylı, 18.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 18.03.2021-ci il tarixə 2607 manat əsas borcu vardır. - BOKT "xxxx" QSC-nin Cavabdeh ünvanladığı 10857/20 saylı xəbərdarlıqdan görünür ki, BOKT tərəfindən Cavabdeh borc məbləği 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə tələblə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı borclu Cavabdeh 22.02.2020-ci il tarixli, 126-EMB-0221- 20 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi öz təsdiqini tapdığından iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 22.02.2020-ci il tarixli 126- EMB-0221-20 saylı kredit müqaviləsi üzrə 2607 (iki min altı yüz yeddi) manat əsas borc və 30,40 (otuz manat 40 qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq BOKT "xxxx" QSC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3032/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3032/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver