Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3038/2020 29.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1iştirakı ilə, iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinincavabdeh X2 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəticavabdeh X2 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia tələbinə dair mülki iş üzrə xx xxxxxxx 2020-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasına iddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsigəlmiş, cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin, cavabdeh X3 xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, «xxxxxxxxxxx» MMC-nin ona qarşı qaldırmış olduğu iddianın əsassız olduğunu, «xxxxxxxxxxx» MMC-dən götürmüş olduğu telefonun nasaz olduğu üçün 14 gün müddətində geri qaytardığını, geri qaytarma qəbzini də ərizəsinə əlavə etdiyini qeyd etmiş və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi xx xxxxxxx 2020-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasında məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barədəərizə verildikdə və cavabdeh işin mahiyyətiüzrə həll olunmasını tələb etmədikdə- ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddiaçı «xxxxxxxxxxx» MMCniniddia ərizəsinin qaytarılması barədəərizəsi təmin edilməli, həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı «xxxxxxxxxxx» MMC-niniddia ərizəsinin qaytarılması barədəərizəsi təmin edilsin. İddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinincavabdeh X2 qarşı borcun tutulmasıtələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsinə əlavə olunansənədlər iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3038/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3038/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver