Məhkəmə qərarları › İş №2(012)-3042/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3042/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3042/2021 14.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 50000 manat və dövlət rüsumu kimi ödədiyi 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı pul tələbinə dair iddia tələbindən imtina etdiyini, iddia tələbindən imtina edilməsi nəticələrinin ona aydın olduğunu bildirib mülki iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi X2 məhkəmə iclasında mülki işin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iddiaçının iddia tələbindən imtina barədə ərizəsini və mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, bu imtina hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına və qanunamüvafiq olduğuna görə qəbul edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 52.1. maddəsinin mahiyyətindən görünür ki, iddiaçı məhkəməyə yazılı ərizə verməklə iddiadan imtina edə bilər və həmin Məcəllənin 52.5. maddəsinin mənasına əsasən belə imtina qanuna zidd olmamalı və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar