Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-306/2024 13.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, ərizənin təmin edilməsi, borclu Cavabdeh onun xeyrinə məhkəmə qətnaməsi əsasında tutulmuş 4.158.61 manat vəsaitin, ödənilmiş 61.60 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-4397/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat iddia icraatına keçirilməklə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3686/2015 nömrəli iş üzrə 25 avqust 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ona qarşı 25000 ABŞ dolları pul tələbinə dair iddiası təmin olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(012)- 2297/2020 nömrəli qətnaməsi ilə onun Cavabdeh qarşı tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsini əhəmiyyətsiz yalan əqd kimi qiymətləndirilməsi, bu müqavilənin etibarsız hesab olunması və cavabdehdən ona nəğd olaraq verdiyi 3000 ABŞ dolları pul, ondan tutulmuş 3500 manat pulun və ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq qaytarılmasına dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2021-ci il tarixli, 2(105)-1101/2021 nömrəli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(012)-2297/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2(102)- 5138/2021 nömrəli qərarı ilə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 may 2021-ci il tarixli, 2(105)-1101/2021 nömrəli qətnaməsinin ləğv edilərək mülki iş yeni apellyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 aprel 2022-ci il tarixli, 2(105)- 686/2022 nömrəli qərardadı onun Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair 2(105)-686/2022 nömrəli mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı borc tələbinə dair 2(105)- 103/2022 nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-1101/2021saylı 08 iyul 2022-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(012)- 3686/2015 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı borc pul tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 2(105)-103/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh iddiasının rədd, onun iddiasının təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 16 may 2023-cü il tarixli “tutulmamın aparılması barədə” arayış ilə təsdiq edilir ki, onun əmək pensiyasından xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 4.158.61 manat vəsait Cavabdeh xeyrinə tutulmuşdur. Bu məbləğ ona qaytarılmalıdır. Bundan başqa, hüquqlarının müdafiəsi və ödənilmiş dövlət rüsumları da ona qaytarılmalıdır. Cavabdeh əsassız iddialarının nəticəsində mənəvi iztirab çəkmişdir. Bu iztirabın dəyəri milyonlarla ölçülür. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, cavabdeh ona o vaxt bələdiyyə torpağını göstərmiş və ona satacağını söyləmişdir. Bələdiyyə torpağının satılmasına dair sənəd də verəcəyini söyləsə də sənəd verməmişdir. Cavabdeh sonradan pulu ona qaytaracağını söyləsə də, qaytarmamışdır. Onun xəbəri olmadan o zaman cavabdeh məhkəməyə müraciət etmişdir. Cavabdeh iştirak etdiyi xx.xx.2024-cü il məhkəmə hazırlıq iclasında iddianı qəbul edərək iddiaçıya 4158.61 manat borcunun olduğunu etiraf etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-6420/2022saylı məhkəmə bildirişindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “borc” tələbinə dair və İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddialar üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “08” “iyul” “2022”-ci il tarixli 2(105)-103/2022 saylı qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-297/2023 saylı qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-103/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə-Cavabdeh iddiasının rədd, İddiaçı iddiasının təmin olunan hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-108672/2023 saylı “Tutulmanın aparılması barədə” məktubdan görünür ki, onun məktubuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialında baxılmışdır. Onun əmək pensiyasından xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 4158.61 manat vəsait Cavabdeh xeyrinə tutulduğu bildirilmişdir. -Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Abşeron rayon Məhkəməsinin icraatında İddiaçı ona qarşı pul tələbi var, həmin iddianı tam olaraq qəbul edir, etiraf edir ki, onun İddiaçı 4158 manat 61 qəpik borcu vardır. Nəzərə alınmasını xahiş etmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3686/2015 nömrəli iş üzrə 25 avqust 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ona qarşı 25000 ABŞ dolları pul tələbinə dair iddiası təmin olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-1101/2021saylı 08 iyul 2022-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(012)- 3686/2015 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı borc pul tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 16 may 2023-cü il tarixli “tutulmamın aparılması barədə” arayış ilə təsdiq edilir ki, tərəflər arasında məhkəmə mübahisəsi gedən vaxtları iddiaçının əmək pensiyasından xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 4.158.61 manat vəsait Cavabdeh xeyrinə tutulmuşdur. Artıq məhkəmə mübahisələri iddiaçının xeyrinə həll olunduğundan, iddiaçı ondan tutulmuş 4.158.61 manat pul vəsaitinin cavabdehdən tutularaq ona geri ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə məhkəmə iclasında iddianı qəbul edərək iddiaçıya göstərilən məbləğdə borcunun olduğunu etiraf etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə qanunun tələblərini rəhbər tutaraq hesab edir ki, cavabdehin etirafı qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur, ona görə də məhkəmə sübutları araşdırnadan iddiaçının irəli sürdüyü tələblərin təmin olunması qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 61.60 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 150 və 216-236cı maddələrinə əsaslanaraq, məhkəmə
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 4158.61 (dörd min yüz əlli səkkiz manat altmış bir qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 61.60 (altmış bir manat altmış qəpik) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov