Məhkəmə qərarları › İş №2(012)-3073/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3073/2023

20.10.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3073/2023 20.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maneənin aradan qaldırılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67, 2-ci blokun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə "xxxx" İstehsalat Birliyinin tərtib etdiyi texniki şərt və "xxxx" QSC tərəfindən tərtib edilmiş işçi layihə əsasında kombi istilik sisteminin çəkilməsinə maneələr törədilməsinin "xxxx" MMCyə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında yaşayır. "xxxx" MMC ilə bağlanmış 21 saylı, xx.xx.2011-ci il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqısı haqqında müqaviləyə əsasən 2-ci blokun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini almışdır. O, 13 oktyabr 2021-ci il tarixdə "xxxx" X2 şəhəri, H.Əliyev prospekti 67 ünvanında yerləşən mağazanın qazlaşdırılması üçün və kombi növündə cihazın qoşulması üçün ərizə ilə müraciət etmişdir. Bu müraciətə cavab olaraq tərtib edilmiş 05 noyabr 2021-ci il tarixli 18288 saylı texniki şərtdən də göründüyü kimi, kombi istilik sistemi obyektin daxilində quraşdırılmaması şərti ilə obyektin şəbəkəyə qoşulmasına icazə verilmişdir. Qeyd olunan texniki şərt "xxxx" İstehsalat Birliyinin layihə-smeta və ekspertiza şöbəsi ilə razılaşdırılmışdır. "xxxx" İstehsalat Birliyi layihə-smeta və ekspertiza şöbəsi tərəfindən təqdim edilmiş sənəddən də göründüyü kimi, "xxxx" Layihə İnşaat QSC tərəfindən "xxxx" İB-nin verdiyi 18288 saylı xx.xx.2021-ci il tarixli texniki şərtlər əsasında hazırlanmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (mağaza) qazlaşdırılması (18288-2021-02483) işçi layihəsi verilmiş texniki şərtlərə uyğun olaraq razılaşdırılır. “Azəriqaz" İstehsalat Birliyi tərəfindən kombi sisteminin quraşdırılmasına razılıq verilsə də, "xxxx" MMC buna etiraz edir, yəni qeyri-yaşayış sahəsinə kombi istilik sisteminin çəkilməsinə müxtəlif yollarla maneçilik törədir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin təsisçisi Nümayəndə4 və nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədilər və onun rədd edilməsini xahiş etdilər. Onlar bildirdilər ki, iddiaçının qeyd etdiyi şəkildə kombinin yerləşdirilməsi bütün bina sakinlərinin təhlükəsizliyinə xələl gətirə bilər. İşdə olan layihə verilərkən MMC-nin razılığı alınmamışdır. Lakin iddiaçıya məxsus mağazaya istilik sistemi əks tərəfdən çəkilə bilər və buna etiraz edilmir. İştirak etdiyi məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin (əvvəlki "xxxx" QSC) nümayəndəsi Nümayəndə3 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. O qeyd etdi ki, təmsil etdiyi qurum tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (mağaza) qazlaşdırılması barədə (18288-2021-02483) işçi layihə "xxxx" İB-nin verdiyi 18288 saylı xx.xx.2021-ci il tarixli texniki şərtlər əsasında hazırlanmışdır və tam qanunidir. Mübahisəli obyektin kombi istilik sistemi ilə təchiz edilməsi üçün əsas faktor texniki şərtin verilməsidir. Bu zaman ehtimal olunan qəzalardan maksimum yayınma halları hesablanır və ən optimal qaz xəttinin verilməsi və qurğusunun yerləşdirilməsi sxemi müəyyən olunur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" İstehsalat Birliyi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi səbəbini bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan 21 saylı, xx.xx.2011-ci il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında 2-ci blokun 1-ci mərtəbəsində yerləşən 109 kv.metrlik qeyri-yaşayış sahəsi "xxxx" MMC tərəfindən İddiaçı satılmışdır. İş materiallarında olan xx.xx.2011-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında 2-ci blokun 1-ci mərtəbəsində yerləşən 109 kv.metrlik qeyri-yaşayış sahəsinə görə "xxxx" MMC-yə 94830 manat pul ödəmişdir. İş materiallarında olan "xxxx" İB-nin verdiyi 18288 saylı xx.xx.2021-ci il tarixli texniki şərtdən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında 2-ci blokun 1-ci mərtəbəsində yerləşən 109 kv.metrlik qeyri-yaşayış sahəsinə 3 kub.metr/saat gücündə alçaq təzyiqli 108 mm diametrli qaz xəttinin çəkilməsinə razılıq verilmişdir. Tələb olunan təzyiq-0,02 bar, birləşmə nöqtələrindəki təzyiq-0,03 bar, təzyiqin aşağı və yuzarı həddi 0,02-0,03 bar, quraşdırılacaq qaz sayğacının tipi-G-4. Texniki şərtin sorğu blankı verilmişdir. İş materiallarında olan "xxxx" Layihə İnşaat QSC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (mağaza) qazlaşdırılması barədə (18288-2021-02483) işçi layihəsindən görünür ki, həmin mağazanın qazlaşdırılması (qaz xəttinin çəkilməsi və qaz qurğularının-28 kv. Kombi qızıdırıcının yerləşdirilməsi sxemi) barədə izahat və cizgilər tərtib edilmişdir. Layihə "xxxx" İB-nin verdiyi 18288 saylı xx.xx.2021-ci il tarixli texniki şərtlər əsasında işlənmişdir. Tərəflər arasında imzalanmış 21 saylı, xx.xx.2011-ci il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqısı haqqında müqavilənin 9.1-ci bəndinə görə tərəflər arasında bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nizamlanmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasındakı qeyri-yaşayış sahəsinin alqı-satqısı haqqında müqavilədə həmin mağazanın qazlaşdırılması barədə münasibətlər tənzimlənmədiyindən hazırki mübahisəyə bu sahədəki ümumi normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”na və “Qaz təchizatı haqqında” Qanuna əsasən texniki şərtlər - tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 1999-cu il tarixli, 87 saylı qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 3.1-ci bəndinə görə qaz istehlakçıları qaz paylayıcısından alınan texniki şərtlərə əsasən qaz təchizatının layihə sənədlərini tərtib etməli və layihəyə uyğun tikinti işlərini yerinə yetirməlidirlər. "xxxx" Layihə İnşaat QSC-nin qeyri-yaşayış sahəsinin (mağaza) qazlaşdırılması barədə (18288-2021-02483) işçi layihəsinin 3-cü bəndinə görə layihələndirilən 20 mm-lik (ГОСТ3262-75) aşağı təzyiqli yerüstü qaz xətti mövcud 108 mm diametrlik aşağı təzyiqli qaz kəmərinə H=3.3m hündürlükdə qaynaq vasitəsilə birləşdirilir. Birləşmə nöqtəsində qaz xəttinin üzərində diametri 20 mm-lik 11Б12бк kran və sayğac quraşdırılır. Qaz işlədicilərinin ümümi qaz sərfıyyatını ölçmək üçün “G-4” tipli qaz sayğacı quraşdırılır. Sayğacdan sonra layihələndirilən 20x2,8 mm-lik aşağı təzyiqli yerüstü qaz kəməri yer səthindən H=2.0m hündürlükdən kombiyə birləşir. Layihədə yerüstü qaz kəmərləri i> 3% maillikdən, az olmamaq şərti ilə aparılır. Quraşdırmadan sonra qaz kəməri pnevmatik üsulla yoxlanılır. Qaz kəmərinin cihazların odluğuna birləşməsi normativ sənələrin tələblərinə əsasən mövcud şəraitə və cihazların yerləşməsinə uyğun olaraq aparılmalıdır. Qaz kəmərləri quraşdınldıqdan sonra polad borular möhkəmliyə və kipliyə yoxlanılmalıdır. Qaz kəmərinin cihazlara birləşdirilməsi bütün tikinti norma və qaydalarına riayət olunmaqla yerinə yetirilir. Layihədə müvafiq olaraq, ГОСТ 3262-75-ə uyğun Dş-20x2,8 ölçülü metal borulardan istifadə olunur. Armaturların quraşdırılacağı yerdən başqa bütün birləşmələr qaynaq, alın qaynaq üsulu ilə hayata keçirilir. Metal boruların birləşmələri p şüaları ilə, yoxlanılır. AzDTN 2.13-1 ”Qaz təchizatı. Layihələndirmə normal an” na 1 nömrəli Dəyişiklik b.8.30.2-yə uyğun olaraq qaz avadanlıqlanmn qarşısında qazın optimal yanmasını tmin edən tənzimləyici-sabitləşdiricilərin quraşdırılması da layihədə öz əksini tapmışdı. Qaz kəmərləri quraşdınldıqdan sonra polad borular möhkəmliyə və kipliyə yoxlanılmalıdır. Qaz kəmərinin cihazlara birləşdirilməsi bütün tikinti norma və qaydalarına riayət olunmaqla yerinə yetirilir. Qaz kəmərinin sınağı tikinti təşkilatı tərəfindən tərtib olunmuş təlimat əsasında Energetika Nazirliyinin Enerji X1 və sifarişçi təşkilatının iştirakı ilə СНиП 3.05.02- 88* əsasında aparılır. İş materialları ilə müəyyən olunur ki, "xxxx" MMC ilə bağlanmış 21 saylı, xx.xx.2011ci il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqısı haqqında müqaviləyə əsasən iddiaçı həmin MMC-yə məxsus binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini almışdır. O, "xxxx" X2 şəhəri, H.Əliyev prospekti 67 ünvanında yerləşən mağazanın qazlaşdırılması və kombi növündə cihazın qoşulması üçün ərizə ilə müraciət etmişdir. Bu müraciətə cavab olaraq 05 noyabr 2021-ci il tarixli 18288 saylı texniki şərt verilmişdir. Qeyd olunan texniki şərt "xxxx" İstehsalat Birliyinin layihə-smeta və ekspertiza şöbəsi ilə razılaşdırılmışdır. "xxxx" İstehsalat Birliyinin layihə-smeta və ekspertiza şöbəsi tərəfindən təqdim edilmiş sənəddən də göründüyü kimi, "xxxx" Layihə İnşaat” QSC tərəfindən "xxxx" İB-nin verdiyi 18288 saylı xx.xx.2021-ci il tarixli texniki şərtlər əsasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (mağaza) qazlaşdırılması barədə (18288-2021-02483) işçi layihə hazırlanmışdır. Texniki şərt verilsə də, "xxxx" MMC buna etiraz edir, yəni qeyri-yaşayış sahəsinə kombi istilik sisteminin çəkilməsinə maneçilik törədir. MMC-nin bu zaman gətirdiyi əsas dəlil binanın təhlükəsizliyi məsələsidir ki, bu faktor texniki şərt verilərkən və layihə tərtib edlərkən nəzərə alınmışdır. İddiaçı tərəfindən 05 noyabr 2021-ci il tarixli 18288 saylı texniki şərt və 18288-2021- 02483 saylı işçi layihə alındıqdan sonra "xxxx" MMC-nin qeyri-yaşayış sahəsinin texniki şərtdə və layihədə göstərilən şəkildə qazlaşdırılmasına maneçilik yaratması hüquqdan suiistifadə kimi qiymətləndirilməlidir, bu isə qanunla qadağandır. Belə ki, Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli obyektin qanunla nəzərdə tutulmuş qaydada qazlaşdırılması və qaz qurğusunun yerləşdirilməsi məsələləri istehlakçı ilə qazpaylayıcı və aidiyyəti qurumlar arasında həll edilir. Bu obyektin MMC-nin balansında olan binanın 1-ci mərtəbəsində yerləşməsi səbəbindən MMC-nin həmin məsələlərə bu cür müdaxiləsi yolverilməzdir və heç bir qanuni əsası yoxdur. Məhkəmənin qənaətinə görə İddiaçı "xxxx" MMC-yə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67, 2-ci blokun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə "xxxx" İstehsalat Birliyinin tərtib etdiyi texniki şərt və "xxxx" QSC tərəfindən tərtib edilmiş işçi layihə əsasında kombi istilik sisteminin çəkilməsinə maneələr törədilməsinin "xxxx" MMC-yə qadağan edilməsi barədə iddiası əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67, 2-ci blokun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə "xxxx" İstehsalat Birliyinin tərtib etdiyi texniki şərt və "xxxx" QSC tərəfindən tərtib edilmiş işçi layihə əsasında kombi istilik sisteminin çəkilməsinə maneələr törədilməsi "xxxx" MMC-yə qadağan edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi "xxxx" MMC-dən alınaraq İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar