Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-308/2025 03.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əmlakın evdən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus, Kalidor üçün dolab, Yataq dəsti (iki tumpuçka, dolab, termo və taxt) ,LG markalı paltaryuyan, Samsung markalı soyuducu, Qonaq otağı üçün Kamot, TV stend, Masa dəsti 6 stul 1 stol, Divan kreslo dəsti, Bosh markalı mikrodalğalı soba, Bosh markalı soba (dxovka), Samsung markalı tozssoran, Bosh markalı mikser, Braun markalı şirəçəkən, Moulinex markalı ətçəkən, Tefal markalı çörək qızdıran (toster) cehiz əşyalarının ona məxsus ünvan 1 ünvanında yerləşən,134 saylı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 134 saylı mənzil onun xüsusi mülkiyyəlindədir. X3 cavabdeh X2 ilə 3 il bundan öncə tanış olmuş və onunla ailə quracağını ona bildirmişdir. O və həyat yoldaşı qızın valdeyinləri ilə tanış olmuş və onlara oğlu Faiqin Nərmin ilə bir-birini istəməklərini bildirmişdir. İki ailə arasında olan razılıq əsasında el adəti ilə qızın evində hə alındı. Bundan sonra oğlu hərbi xidmətə yollandı. Hərbi xidməti başa vurduqdan sonra isə Polis Akademiyasına imtahan verərək daxil oldu. Hal-hazırda həmin Akademiyada təhsil alır. 2023-cü ildə uşaqların toyunu planlaşdırdığı vaxt qayınanası dünyasını dəyişdi və bu səbəbdən qayınanasının il mərasimi gözləməli olmuşlar. 2024-cü ilin may ayında qaynanasının mərasimini keçirdib, cavabdehin valideynləri ilə razılaşaraq toy gününü bu ilin sentyabr ayına təyin etmişlər. Bundan sonra cavabdehə məxsus bəzi cehiz əşyaları ona məxsus mənzilə yerləşdirilməyə başlamışdır. Bu ərəfələrdə uşaqlar arasında anlaşılmazlıq başladı və onlar ayrılmaq qərarına gəldilər. Bundan sonra o, cavabdehə ona məxsus cehiz əşyaları özünə məxsus mənzildən çıxarılmağını tələb etsə də, o buna məhəl qoymamış, cehiz əşyaları bu günədək onun evində qalmaqdadır. Cehiz əşyaları aşağıdakılardan ibarətdir: 1 .Kalidor üçün dolab, 2.Yataq dəsti (iki tumpuçka, dolab, termo və taxt ) 3. LG markalı paltaryuyan, 4.Samsung markalı soyuducu, 5.Qonaq otağı üçün Kamot, 6. 1 TV stend 7. Masa dəsti, 6 stul 1 stol, 8. Divan kreslo dəsti, 9. Bosh markalı mikrodalğalı soba, 10. Bosh markalı soba (dxovka), 11.Samsung markalı tozssoran,12. Bosh markalı mikser, 13. Braun markalı şirəçəkən, 14. Monlinex markalı ətçəkən, 15. Tefal markalı çörək qızdıran (toster). Belə olan halda onun yeganə çıxış yolu məhkəməyə müraciət etmək olmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsinə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və bununla bağlı qeyd etdi ki, mebelləri istəmir, belə ki, elə mebellər var ki, həmin evdə divara vurulub və evdən çıxarılarsa həmin əşyalar məhv olacaq, zərər görəcək. Ona görə mebellərin çıxarılmasını istəmir və ona ziyan dəydiyi üçün bunun əvəzini tələb edəcək. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil iddia tələbini qəbul etmədi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X6 Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********98-05301-093089 reyestr nömrəli çıxarışa əsasən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında ümumi sahəsi 64,90 kv.metr olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İşin hallarına əsasən iddiaçının X3 ilə Cavabdeh arasında el adəti ilə nişan mərasimi keçirilmiş və onlar rəsmi nikaha hazırlaşdıqları üçün cavabdehə məxsus əşyalar iddiaçının evinə yerləşdirilmişdir. Hazırda onlar arasındakı münasibətlər pozulduğundan nikahın rəsmiləşdirilməsi baş tutmamışdır. Lakin cavabdehə məxsus əşyalar iddiaçıya məxsus evdə qalmışdır. İşdə olan sənədlərlə cavabdehin cehiz əşyalarının hal-hazırda da həmin evdə qalması öz təsdiqini tapır. İş materiallarından görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Hazırda isə Cavabdeh cehiz əşyalarının onun mülkiyyətində olan evdə qalması bu evdən sərbəst istifadə, sahiblik və ona dair sərəncam vermək hüququnu məhdudlaşdırır. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının qanunla nəzərdə tutulan hüquqlarından sərbəst istifadə etməsi üçün cavabdehə məxsus əşyalar iddiaçının mülkiyyətindəki evdən çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən Cavabdeh öz cehiz əşyalarını İddiaçı mülkiyyətində olan evdən çıxarmaması nəticəsində sonuncunun davamlı şəkildə yaşayış sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək və qanunvericiliyin qeyd olunan tələblərini əsas tutaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, Cavabdeh məxsus əşyalar İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında ümumi sahəsi 64.90 kv.metr olan mənzildən çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus əmlaklar – 1 ədəd kalidor üçün dolab, 1 ədəd yataq dəsti (iki tumpuçka, dolab, termo və taxt), 1 ədəd LG markalı paltaryuyan, 1 ədəd samsung markalı soyuducu, 1 ədəd qonaq otağı üçün kamot, 1 ədəd TV stend, 1 ədəd masa dəsti 6 stul 1 stol, 1 ədəd divan kreslo dəsti, 1 ədəd Bosh markalı mikrodalğalı soba, 1 ədəd Bosh markalı soba (dxovka), 1 ədəd Samsung markalı tozssoran, 1 ədəd Bosh markalı mikser, 1 ədəd Braun markalı şirəçəkən, 1 ədəd Monlinex markalı ətçəkən, 1 ədəd Tefal markalı çörək qızdıran (toster) adlı cehiz əşyaları İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 54 ünvanında yerləşən ümumi sahəsi 64.90 kv.metr olan 134 saylı mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-308/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-308/2025
03.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver