Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-52/2022 20.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi ilə, İddiaçı və digər İddiaçı2 nümayəndəsi (qardaşı) İddiaçı1, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “əmlak payının naturada ayrılması, istifadə qaydalarının müəyyən olunması və əks halda dəyərinin müəyyən olunması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əmlak payının naturada ayrılması, istifadə qaydalarının müəyyən olunması və əks halda dəyərinin müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsindən, həmin torpaqda yerləşən 2 otaq, 1 zaldan ibarət fərdi yaşayış evindən onlara çatası əmlak payının naturada ayrılması, istifadə qaydasının müəyyən edilməsi və ya onlara çatası əmlak payının dəyərinin müəyyən edilərək onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(071)-341/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/863 nömrəli ekspert rəyi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-52/2022 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, iş üzrə məhkəmə iclası xx.xx.2022-ci il tarixə saat 09:30-a təyin edilmişdir. İddiaçı və digər İddiaçı2 nümayəndəsi (qardaşı) İddiaçı1 məhkəmə iclasında ərizə təqdim etdi və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında işə mahiyyəti üzrə baxılmasını tələb etmədi və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddiaçıların iddia ərizəsinin baxılmamış saxlanılmasına dair ərizəsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.11, 260, 263, 264-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “əmlak payının naturada ayrılması, istifadə qaydalarının müəyyən olunması və əks halda dəyərinin müəyyən olunması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-52/2022
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-52/2022
20.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver