Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-545/2026 17.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X13 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1) qarşı mülkiyyət hüququnun tanınması, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, əmlakın geri qaytarılması və əmlakdan çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0.0250 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 85.8 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına daşınmaz əmlakın dövlət reyestrində 1623004570 qeydiyyat nömrəsi, 308013140212-10301 reyestr nömrəsi ilə ##.##.2023-cü il tarixində qeydiyyata alınmışdır.
2. Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanmış ##.##.2024-cü il tarixli, AN-İ ****** saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m. olan 3 otaqlı fərdi yaşayış evini Cavabdeh 50.000 (əlli min) manata satmışdır.
3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0.0250 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 85.8 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1624051644 qeydiyyat nömrəsi, 308013140212-10301 reyestr nömrəsi ilə ##.##.2024-cü il tarixində qeydiyyata alınmışdır.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, İddiaçı ilə X2 arasında * saylı Bakı “ASAN Xidmət” X15 tərəfindən qeydə alınmış ##.##.2015-ci il tarixli, *** saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, ##.##.2016-cı il təvəllüdlü Məmmədli İmran Xəyal oğlunun, ##.##.2017-ci il təvəllüdlü X6, ##.##.2020-ci il təvıllüdlü X4 anaları X2 yanında saxlanılmaları, ##.##.2025-ci il tarixindən başlayaraq ##.##.2016-cı il təvəllüdlü Məmmədli İmran Xəyal oğlunun, ##.##.2017-ci il təvəllüdlü X6, ##.##.2020-ci il təvıllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,325 misli həddində sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi, İddiaçı ilə övladları ##.##.2016-cı il təvəllüdlü Məmmədli İmran Xəyal oğlu, ##.##.2017-ci il təvəllüdlü X6, ##.##.2020-ci il təvıllüdlü X4 ilə hər həftənin şənbə günü saat 12:00-dan bazar günü saat 17:00dək, eləcə də qeyri-iş günləri olan bütün bayram günlərində, o cümlədən uşaqların (yaz-payız, ö cümlədən yay) tətil günlərində gün ərzində 6 saat olmaqla görüş vaxtının müəyyən edilməsi, uşaqların ünsiyyətinin sərbəst qaydada, heç bir maneəçilik törədilmədən İddiaçı evində, yəni ünvan 2 ünvanında həyata keçirilməsi, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.
5. Abşeron rayon Polis İdarəsinin ##.##.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı qayınatası Cavabdeh ev alması üçün 45.000 (qırx beş min) manat pul verdiyini, qaynatasının qalan məbləği ödəyərək evi öz adına sənədləşdirdiyini və həyətində olan bir neçə ağacı kəsdiyinə dair şikayəti üzrə aparılmış araşdırmaların nəticəsi üzrə cinayət işinin başlanması rədd edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı İddiaçı cavabdeh Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Digah kəndi, Təbriz küçəsində yerləşən 0,025 ha torpaq sahəsinin üzərində ümumi sahəsi 85.8 kv.m. olan fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması, onunla mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında Abşeron rayonu, Digah kəndi, Təbriz küçəsində yerləşən 0,025 ha torpaq sahəsinin üzərində ümumi sahəsi 85.8 kv.m. olan fərdi yaşayış evi ilə bağlı bağlanmış alğı-satqı müqaviləsi bağlandığı andan etibarsız hesab edilməsi, Abşeron rayonu, Digah kəndi, Təbriz küçəsində yerləşən 0,025 ha torpaq sahəsinin üzərində ümumi sahəsi 85.8 kv.m. olan fərdi yaşayış evinə dair Cavabdeh adına DƏDRX tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh qanunsuz sahibliyində olan Abşeron rayonu, Digah kəndi, Təbriz küçəsində yerləşən 0,025 ha torpaq sahəsi üzərində ümumi sahəsi 85.8 kv.m. olan fərdi yaşayış evinin ona geri qaytarılması, Cavabdeh və digər şəxslərin əşyaları ilə birlikdə Abşeron rayonu, Digah kəndi, Təbriz küçəsində yerləşən 0,025 ha torpaq sahəsinin üzərində ümumi sahəsi 85.8 kv.m olan fərdi yaşayış evindən çıxarılmaları və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 321 manat məbləğində pulun cavabdeh Cavabdeh tutulub ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla X2 ##.##.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdurlar. Ailə qurduqdan sonra həyat yoldaşı S.Məmmədova ilə birlikdə atası və anasının məskunlaşdığı ünvan 2 ünvanında yaşamağa başlamışdırlar. Onların birgə nikahdan 3 övladları dünyaya gəlmişdir. Sonradan ailədə müəyyən söz-söhbətlər yaranmış və S.Məmmədova həmin evdə yaşamaq istəmədiyini bildirərək ondan ayrıca ev tələb etmişdir. O atası V.Məmmədovun da ailənin dağılmaması istəyini nəzərə alaraq, 45.000 (qırx beş min) manat pul düzəldərək Abşeron rayonu, Digah kəndində ev almaq qərarına gəlmişdir. Onun qaynatası Cavabdeh Digah kəndində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 83.000 (səksən üç min) manata satdığı evi almağı ona təklif etmiş, lakin İddiaçı onun 45.000 (qırx beş min) manat pulu olduğunu və bu ev almasının mümkünsüz olduğunu, əlindəki vəsaitə uyğun balaca ev alacağını bildirmişdir. Cavabdeh ona təkidlə narahat olmamasını bildirərək, çatışmayan 38.000 (otuz səkkiz min) manat məbləğin onun tərəfindən ödəniləcəyini, daha sonra isə ona, yəni qaynatasına olan borcu hissə-hissə ödəməklə qaytara biləcəyini onun diqqətinə çatdıraraq evin alınması üçün razı salmışdır. Sonradan qaynatası Cavabdeh evi öz adına sənədləşdirmişdir, lakin İddiaçı buna razı olmasa da qayınatası Cavabdeh borclu olduğu məbləği tam qaytardıqdan sonra evi onun adına keçirəcəyini bildirdiyi üçün razılaşmışdır. Bundan sonra 1 il 3 ay müddətində həmin evdə yaşamış və qaynatasına borclu olduğu puldan 4.000 (dörd min) manat qaytarmışdır. X7 ayrılmaq qərarına gələrək onu evə buraxmamış, boşanma üçün məhkəməyə müraciət etmişdir. O, həyat yoldaşı Səidə Məmmədova və qaynatası Cavabdeh tərəfindən aldadıldığını başa düşmüş, eyni zamanda həmin həyətdə olan dekorativ ağaclardan bir neçəsini kəsdiyini öyrənərək polisə müraciət etmişdir. Lakin Abşeron rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdi. İddiaçı İddiaçı tərəfindən dələduzluq cinayətinə məruz qalması ilə bağlı etdiyi şikayət əsasında Abşeron Rayon Polis İdarəsində aparılmış araşdırma nəticəsində cavabdeh Cavabdehın hərəkətlərində hazırki ərizədə göstərilən işin faktiki halları, başqa sözlə ərizəçinin mülkiyyət hüquqlarının pozulması və onun əmlakına özgəsi tərəfindən qanunsuz sahiblik edilməsi faktı təsdiq edilir. Həmçinin tərəflər arasında aparılmış söhbətlərin audio-video yazılar da hazırki ərizəyə əlavə edilmişdir. Göründüyü kimi Cavabdeh öz izahatlarında İddiaçı hazırki ərizəsində qeyd etdiyi halları dolayısı ilə etiraf edir.
8. Daha sonra, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Abşeron rayonu, Digah kəndi, Təbriz küçəsində yerləşən 0,025 ha torpaq sahəsinin üzərində ümumi sahəsi 85.8 kv.m olan fərdi yaşayış evinə və 0,025 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, Cavabdeh ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında Abşeron rayonu, Digah kəndi, Təbriz küçəsində yerləşən 0,025 ha torpaq sahəsinin üzərində ümumi sahəsi 85.8 kv.m. olan fərdi yaşayış evi və 0,025 ha torpaq sahəsi ilə bağlı bağlanmış alğı-satqı müqaviləsi bağlandığı andan etibarsız hesab edilməsi, Abşeron rayonu, Digah kəndi, Təbriz küçəsində yerləşən 0,025 ha torpaq sahəsinin üzərində ümumi sahəsi 85.8 kv.m. olan fərdi yaşayış evinə və 0,025 ha torpaq sahəsinə dair Cavabdeh adına DƏDRX tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh qanunsuz sahibliyində olan Abşeron rayonu, Digah kəndi, Təbriz küçəsində yerləşən 0,025 ha torpaq sahəsinin üzərində ümumi sahəsi 85.8 kv.m. olan fərdi yaşayış evi və 0,025 ha torpaq sahəsi iddiaçı İddiaçı geri qaytarılması, Cavabdeh və digər şəxslər əşyaları ilə birlikdə Abşeron rayonu, Digah kəndi, Təbriz küçəsində yerləşən 0,025 ha torpaq sahəsinin üzərində ümumi sahəsi 85.8 kv.m. olan fərdi yaşayış evindən və evin yerləşdiyi 0,025 ha torpaq sahəsindən çıxarılmaları, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 321 manat məbləğində pulun cavabdeh Cavabdeh tutulub iddiaçı İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddiaçının müvəqqəti təminat tədbiri barədə ərizəsi məhkəmənin qərardadı ilə təmin edilərək, cavabdeh Cavabdeh tam pay üzrə mülkiyyətində olan Abşeron rayonu, Digah kəndi, Təbriz küçəsində yerləşən 0,025 ha torpaq sahəsinin üzərində ümumi sahəsi 85.8 kv.m. olan fərdi yaşayış evinin özgəninkiləşdirilməsi (alğı-satqı, bağışlanma, 3-cü şəxslərin xeyrinə imtina, icarəyəkirayəyə verilməsi və s.) cavabdehlərə və digər şəxslərə qadağan edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Abşeron rayonu, Digah kəndi, Təbriz küçəsində yerləşən ümumi sahəsi 85.8 kv.m olan fərdi yaşayış evi ilə yanaşı eyni iddia tələbləri 0,025 ha torpaq sahəsi ilə bağlı da tələb edilmişdir. Sonuncu, ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdeh Cavabdeh vəkili və nümayəndəsi izahatında bildirmişdir ki: “Cavabdeh (qaynata) Cavabdehlə iddiaçı İddiaçı evi 83.000 manata alınması üçün razılaşmışlar. İddiaçı evin 45.000 manatını şəxsən evin mülkiyyətçisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 verib. Pul tam verilmədiyinə görə ilk öncə alğı-satqı etməyib. Sonradan qaynata, yəni cavabdeh Cavabdeh 38.000 manat pulu birtəhər düzəldərək və əlavə olaraq alğı-satqı və kommunal xərclərlə bağlı 3000 manat xərc çəkərək, 41.000 manat pulu da o qoymuşdur. Bütün bunları qaynata (cavabdeh) Cavabdeh bu ailənin xoşbəxtliyi üçün, qızı üçün, nəvələri üçün və qızının ərinin də yarı pul qoymaqla etmişdir. Lakin sənədləşmə qaynatasının, yəni cavabdeh Cavabdeh adına edilmişdir. Bir sözlə, evin pulunun bir hissəsini cavabdeh qoyur, bir hissəsini də iddiaçı qoymaqla birləşib şərikli ev alıblar. Lakin 1 ildən sonra evin alındığı ailənin, yəni qızı ilə yeznəsinin (iddiaçının) münasibəti pozulub. Bundan sonra iddiaçı evin alğı-satqı müqaviləsinin etibarsız hesab olunmasını tələb edir. Halbuki, burada aldatma elementləri olmayıb. Əksinə, qaynata (cavabdeh) bu ailəyə köməklik edib ev alıb, amma öz adına sənədləşdirib. Mülkiyyətçi ilə razılaşıblar ki, ev Racunun adına alınsın. Cavabdeh özü kirayədə yaşayır və qızı uşaqları ilə orada yaşayır və oranı sex kimi işlədirlər. Qaynata (cavabdeh) deyir ki, pulu qaytarsın, keçirim onların adına. Evi onların adına keçirərəm anlayışı ev sənindir anlamına gəlmir. Qaynata bu evi iddiaçının da, qızının da adına keçirə bilər. Hətta cavabdeh deyir ki, iddiaçı 45.000 manat yox, 35.000 və ya 34.000 manat pul verib. Həmin pul da birgə nikah dövründə əldə edildiyi üçün 50 faizi qızın (Xəyalın keçmiş həyat yoldaşının) payına düşür. İddiaçının evin alınması ilə bağlı puldan 17.000 manat payı vardır. Uzaqbaşı 17.000 pul tələbi irəli sürə bilər.” Daha sonra cavabdeh Cavabdeh vəkili və nümayəndəsi sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki: “İddiaçı polisdə də izahat verib və özü cavabdehə təklif edib ki, o, Zəngilan rayon məcburi köçkünüdür, ona görə özləri razı olmayıb ev Xəyalın adına olsun. Həm də bu evi Racu qızının ailəsi üçün alıb. Bu səbəbdən cavabdeh şərikinə alınmış evi öz adına keçirib.” Daha sonra cavabdeh Cavabdeh vəkili və nümayəndəsi izahatına davam edərək bildirmişdir ki: “Əslində ev 50.000 manata alğı-satqı edilmişdir və 41.000 manatı da cavabdeh Racu vermişdir, buna görə də evin tam pulunu Racu öz vəsaiti hesabına alıb. İddiaçı da 45.000 manatı verib mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, iddiaçı getsin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 45.000 manatı tələb etsin.” Sədrlik edənin sualına cavab olaraq cavabdeh Cavabdeh vəkili və nümayəndəsi bildirmişdir ki: “Bəli, 50.000 manatlıq evin 41.000 manatını Racu qoyub. 50.000 manatı Racu verib, çek Racunun adınadır. Racunun adından çek var notariusda. Bu da onun puludur. Racu və Xəyal polisdə izahatında bu barədə qeyd edib. Dekabr ayında verilən 50.000 manat Racunundur. Xəyal 45.000 manat pulu Fuada verəndə Racu orada olmayıb. Təsdiq olunmur və Racu evi ailə üçün almışdır (qızı və yeznəsi (Xəyal) üçün).” Sədrlik edənin sualına cavab olaraq cavabdeh Cavabdeh vəkili və nümayəndəsi şərti misal kimi bildirmişdir ki: “Mən öz qızıma ev alsam, qızımın adına alaram.” Sədrlik edən vəkilə deyir ki: “Axı Racu öz adına alıb, qızının adına almayıb?” Vəkil sonra fikrini dəyişir və deyir ki: “Yox, öz adıma alaram, qızıma hədiyyə edərəm.” Göründüyü kimi, cavabdehin vəkili də dolayısı ilə demək istəyir ki, hər bir ağıllı insan əmlakın birgə nikah dövründə əldə olunması izini itirmək üçün əvvəl evi öz adına keçirtsin, sonra həmin evini qızına hədiyyə etsin ki, oğlan ev bölgüsü etməsin. Elə görünür ki, Racu da ya bu işlərdə peşəkar olub, ya da qeyri-rəsmi şəkildə vəkildən, hüquqşünasdan bu məsələni əvvəlcədən soruşub və sonradan planlaşdırıb ki, Xəyal 45.000 manatı evin mülkiyyətçisi Fuada versin, sonra üstünü 1000 və ya 2000 manatla düzəldib 50.000 manata torpaqla birlikdə aldığı evi öz adına keçirtsin, qızının əri (Xəyal) sonradan əmlakdan pay bölgüsü tələb etməsin. Amma Xəyal və atasının təkidi ilə 45.000 manatın Fuada verilməsi Racunun özünün iştirakı və hətta özü video-görüntünü qeydə almaqla lentə alır. Amma cavabdehin vəkili məhkəmə iclasında deyirdi ki, 45.000 manat Racunun yanında verilməyib və bununla bağlı sübut yoxdur. Cavabdehin vəkili bununla demək istəyir ki, belə bir sübut, yəni 45.000 manatın Fuada verilməsində Racu iştirak etsəydi, hardasa iddiaçı haqlı ola bilərdi. Amma vəkilin iş materiallarından xəbərsiz olması və iş materiallarında olan diskə vəkilin də iştirakı ilə baxış keçirilərkən Xəyalın atasının şəxsən Racunun (hətta Ülvi Qədirli adlı şəxsin də iştirakı ilə) yanında Fuada 45.000 manat pul verməsindən məlumatsız olmuşdur. Həmin görüntülərdən müəyyən edilir ki, Fuad bir-bir aldığı pulları sayır və mart 2024-cü ildə 45.000 manat artıq Fuadın özündə olur. Bununla belə, mart ayında alğı-satqı olmur. Sonradan dekabr ayında Xəyal əvvəldən danışdığı kimi, borclu qaldığı 38.000 manatdan 4000 manatını Racuya verir. Demək ki, artıq evin pulunun 45.000 manatı Fuadda olmuş, 4000 manatı da Racuda olmuşdur. Alğı-satqı müqaviləsindən də görünür ki, Fuad evi Racuya 45.000 manata satmağı, evin altındakı (tikintialtı) torpağı isə 5000 manata satmağa razılığa gəliblər. Evin pulu olan 45.000 manat tam şəkildə videogörüntüdən də gördük ki, artıq Fuadın özündə olub, Xəyalın verdiyi 4000 manat da torpağın alınması üçün tələb olunan 5000 manatın 4000 manatı da Racuda olub. Hansı ki, həmin 4000 manat Xəyalın Racunun guya evin alınması üçün çatışmayan vəsaitinə verdiyi və Racu ilə şifahi razılaşma ilə Xəyalın borc kimi öz üzərinə götürdüyü 38.000 manatın bir hissəsi idi və Racu da 1000 manat özü düzəltməklə ev və torpağı 50.000 manat müqabilində alğı-satqı etmişlər. Qaldı ki, cavabdehin vəkilinin həmin 50.000 manat vəsaitin Racunun öz pulu olması, çeklərin Racunun adına olması və şəxsən həmin pulu Racunun verməsi bank çekləri ilə təsdiq olunmasına münasibətdə qeyd edir ki, təbii ki, dəfələrlə qeyd edildiyi və özünün də etiraf etdiyi, hətta videodan da göründüyü kimi, 2024-cü ilin mart ayından 45.000 manat Xəyalın atası Vaqif kişi şəxsən Fuada verdiyindən artıq Fuadda olmuş, dekabrda 4000 manatı Xəyal Racuya verdiyindən və dekabrın 17-si alğı-satqı günü 49.000 manatın Xəyalda və atasında olmadığı aşkardır, şübhəsizdir, aydındır. Qanunvericiliyə görə alğı-satqı zamanı satan şəxs pulu alan və əmlakı verən tərəf, alan şəxs isə pulu verən və əmlakı alan tərəf olduğundan, Fuad və Racu köhnə tanışlar olduğu üçün aralarında səmimi münasibətlər olması ehtimalını nəzərə alaraq, Fuad Xəyalgilin verdiyi və 2024-cü il mart ayından özündə saxladığı 45.000 manatı həmin gün notariat hərəkətlərindən (rəsmi alğısatqıdan) əvvəl Racuya verir və Racu da həmin 45.000 manatın üzərinə Xəyalın verdiyi 4000 manatı və özünün əlində olan 1000 manatı birləşdirərək satıcı və alıcı arasında razılaşdırılmış 50.000 manat vəsaitin ödənişini alıcı kimi Racu öz adından bank vasitəsilə edir və belə olan halda bank çekində Racunun adının əks olunması təbii hal olmuşdur. Halbuki, Xəyalı notariat ofisinə aparmaqla həmin proseduru Xəyal və yaxud qızı Səidənin adından da edə bilərdi. Çünki Xəyal evin həyat yoldaşı Səidənin adına rəsmiləşməsinə də razı olub. Yəni evin alınması vəkilin də etiraf etdiyi kimi ailə üçün, ər-arvad və uşaqlar üçün olmuşdursa onda onların ikisindən birini adına rəsmiləşməli idi. Amma qaynata Racu bunun əksinə, məhkəmədə də sübut olunan və 49.000 (qırx doqquz min) manatı Xəyala, yalnız 1000 (bir min) manatı özünə məxsus olan ümumilikdə 50.000 manat razılaşdığı evi, yəni 1000 manatdan artıq qoymadığı evi öz adına rəsmiləşdirmişdir. Artıq evin çıxarışı Xəyala təqdim edildiyindən və Xəyal da aldadıldığını gördüyü andan etiraz etmiş və nəticədə vəziyyətin heç də yaxşı olmadığını görən qaynata Racu öz qızının ailəsini dağıtmaqla əslində özünə məxsus olmayan əmlakın, onun mülkiyyətindən çıxmamasına səy göstərmişdir. Halbuki, hətta bu vəziyyətdə belə Xəyal öz ailəsini dağıtmaq istəməmiş, öz haqlı tələbini onlardan istəmiş və Racunun təkidi ilə Xəyalın həyat yoldaşı Səidə Məmmədova boşanma davası açmış, məhkəmədə Xəyal nikahın pozulmasına razı olmamış, məhkəmə barışıq üçün vaxt vermiş, Səidə 3 ayın tamamında barışmamış və Xəyal nikahın pozulmasının qarşısını ala bilməmiş və yekunda nikah rəsmi olaraq ləğv edilmişdir. Bununla da Racu öz istəyinə nail olmuşdur. Bu yerdə qeyd etmək yerinə düşərdi ki, cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında biri digərinə uyğun olmayan, zidd olan və evin dəyərinin gah 83.000 (səksən üç min) manat olmasını, 41.000 (qırx bir min) manatını cavabdeh tərəfindən verilməsini, gah da iddiaçının 45.000 (qırx beş min) manat yox, 34.000 (otuz dörd min) manat pul qoyduğunu, daha sonra əslində evin 50.000 (əlli min) manata satıldığını, 41.000 (qırx bir min) manatını cavabdeh verməklə, 50.000 (əlli min) manat ödənişi təsdiq edən çekdə cavabdeh Cavabdeh adının qeyd edildiyini bildirməklə müxtəlif ziddiyətli fikirlər səsləndirmişdir. Onda belə çıxır ki, 83.000 (səksən üç min) manatlıq evin 34.000 (otuz dörd min) manatını Xəyal vermiş, yerdə qalan 49.000 (qırx doqquz min) manatı Racu vermiş, halbuki, həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmənin baxış iclasında cavabdehin vəkili 41.000 (qırx bir min) manatı cavabdeh birtəhər düzəldiyini qeyd edir, bəs əlavə olaraq 8.000 (səkkiz min) manatı haradan tapdı? Bütün bunlar bir daha onu göstərir ki, cavabdeh tərəf (o cümlədən vəkil) səmimi deyil, tələblərində və etirazlarında nə istədiklərini, nə dediklərini özləri də bilmir. Bununla da heç bir əsası və sübutu olmayan yalan dəlillər, məlumatlar uydururlar. Dolayısı ilə həqiqəti gizlətməklə, özlərini haqlı çıxartmaq istəyirlər. Bir növ cavabdeh özünü vicdanlı alıcı kimi göstərməyə çalışır və iddiaçını aldatmadığını iddia edir. Eyni zamanda diqqət ediləsi məqam ondan ibarətdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 həyat yoldaşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 həmin notariusda razılıq ərizəsini ##.##.2024-ci ildə təqdim etmiş, hansı ki, Xəyalgilin bundan xəbəri olmayıb. Çünki növbəti gün, yəni ##.##.2024-cü ildə Xəyalı notariusa aparıblar, amma Fuad və Racu öz arasında ev alğı-satqısı ediblər. Halbuki Fuad yoldaşını elə həmin gün ##.##.2024-cü ildə notariusa aparıb Racu və Xəyalın da iştirakı ilə bu alğı-satqı prosesini edə bilərdilər. Əgər belə olsaydı artqı Xəyal evin alğı-satqısına görə notariusa gəldiyini və buna etirazını bildirəcəkdi. Amma Racu bəlkə də Fuada da yalan danışaraq, guya Xəyalın məcburi köçkündür deyib, evin Xəyalın adına olmamasını onun özü ilə razılaşdırdığını qeyd edərək, evi özünün adına olacağını bildirmişdir. Fuad Xəyalı da notariusda gördüyündən düşünmüşdür ki, Xəyal da razıdır ki, ev qaynatasının adına keçsin. Çünki Fuad da bilirdi ki, evin 49.000 (qırx doqquz min) manatının ən azı 45.000 (qırx beş min) manatını Xəyalgil, şəxsən atası Fuada Racunun gözü qarşısında sayıb vermişdir. Bütün bunlar iddiaçının iddiasında haqlı olduğunun və iddianın əsaslı olmasının aşkar və şübhəsiz sübutudur. Amma cavabdeh tərəfin şifahi etirazında qeyd etdiyi halları sübut edəcək bir dənə də belə hər hansı sübut yoxdur. Belə ki, cavabdeh Racunun vəkili həmçinin məhkəmənin hazılıq iclaslarında iştirak etmiş və bildirmişdir ki, cavabdeh Racu özü deyir ki, ev 83.000 (səsən üç min) manata alınıb və 45.000 (qırx beş min) manatı iddiaçı Xəyal, 38.000 (otuz səkkiz min) manatı da cavabdeh Racu qoyub. Artıq cavabdeh tərəf özləri 83.000 (səksən üç min) manatlıq evin 45.000 (qırx beş min) manatının iddiaçıya məxsus olmasını etiraf edir. Belə olan halda Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Göründüyü kimi artıq cavabdeh iddiaçının alınmış ev üçün ödədiyi 49.000 (qırx doqquz min) manatın 45.000 (qırx beş min) manatını etiraf etmiş, bu etiraf həm hazırlıq və həm də ##.##.2026-cı il tarixli məhkəmə baxış iclaslarının fasiləsiz aparıldığı audio yazısında qeydə alınmışdır. Evin alınmasına iddiaçı tərəfindən çəkilən 45.000 (qırx beş min) manat xərc faktı sübut edildiyindən, iddiaçının bu faktı sübut etmə vəzifəsi yoxdur, belə bir vəzifədən azaddır. Lakin iddiaçının bu halı sübut etmə vəzifəsi olmamasına baxmayaraq, iddiaçı tərəfindən təqdim edilmiş yazılı, səs və video yazıları, şahidlərin ifadələri və işdə iştirak edən şəxslərin izahatları ilə təsdiq edilir. Yazılı sübut dedikdə, ##.##.2025-ci il tarixli istintaq orqanın qərarı nəzərdə tutulur və həmin qərarda əks olunmuş cavabdeh Cavabdeh verdiyi izahatında 83.000 (səksən üç min) manata satılan evin 45.000 (qırx beş min) manatını iddiaçı tərəfin qoymasını, 38.000 (otuz səkkiz min) manatını isə o verdiyini bildirmişdir. Səs və video yazı sübutu dedikdə məhkəməyə disk şəklində təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş cavabdeh tərəfin vatsap səs yazıları, Cavabdeh və Ülvi Qədirlinin də iştirakı ilə iddiaçının atası Məmmədov Vaqifin şəxsən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tək-tək sayılaraq 45.000 (qırx beş min) manat pulun verilməsi barədə cavabdeh Cavabdeh özünün mobil telefonla qeydə aldığı video görüntülərdir. Şahidlərin ifadələri və işdə iştirak edən şəxslərin izahatlarla bağlı sübut dedikdə, yuxarıda da qeyd edildiyi kimi iddiaçının izahatı, cavabdehin 45.000 (qırx beş min) manatla bağlı etiraf izahatı və eləcə də şahidlər 45.000 (qırx beş min) manatı şəxsən verən iddiaçının atası Vaqif Məmmədovun ifadəsi, digər şahidlərin 45.000 (qırx beş min) manatın yığılması üçün iddiaçı İddiaçı borc verməsi, o cümlədən Xəyalın nikahdan əvvəl mülkiyyətində olmuş avtomobilin satışından əldə olunan vəsait barədə izahat və ifadələri nəzərdə tutulur. Cavabdeh Cavabdeh, vəkili və nümayəndəsi isə həmçinin iddia edirlər ki, 83.000 (səksən üç min) manata alınan evin 38.000 (otuz səkkiz min) manatını da cavabeh Cavabdeh qoymuş, hətta alğı-satqı prosesində 2000 (iki min) manat və evin kommunal borclarına 1000 (bir min) manat da əlavə xərc çəkib. Lakin cavabdeh tərəf bu tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallarla bağlı bir dənə də olsun hər hansı sübut təqdim etməmişlər. Belə ki, cavabdeh tərəf ancaq məhkəmədə verdiyi izahatlarında bunu bildirirlər, o cümlədən cavabdehin vəkili və nümayəndəsi ##.##.2025-ci il tarixli istintaq orqanın qərarına istinad etməklə bildirir ki, həmin qərarla müəyyən olunur ki, İddiaçı guya izahatında qeyd edir ki, ev 83.000 (səksən üç min) manata satılmış, 45.000 (qırx beş min) manatını o, 38.000 (otuz səkkiz min) manatını da qaynatası Cavabdeh verib. Bununla bağlı qeyd edir ki, əvvəla cavabdehin vəkili və nümayəndəsi ##.##.2025-ci il tarixli istintaq orqanın qərarında İddiaçı izahatını təhrif olunmuş, mənası bilərəkdən dəyişdirilmiş şəkildə təqdim edərək, məhkəmənin diqqətini iddianın əsassız olmasına süni şəkildə cəlb etməyə çalışmış və bununla da məhkəməni iddianın əsassız olmasına süni şəkildə və qanunsuz, əsassız yollarla inandırmağa çalışmışdır. Halbuki ##.##.2025-ci il tarixli istintaq orqanın qərarında qeyd edilmiş İddiaçı izahatında bildirir ki, “İddiaçı qaynatası Cavabdeh Digah kəndində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 83.000 (səksən üç min) manata satdığı evi almağı ona təklif etmişdir. Lakin, İddiaçı onun 45.000 (qırx beş min) manat pulu olduğunu və bu evin alınmasının mümkünsüz olduğunu, əlindəki vəsaitə uyğun balaca da olsa ev alacağını bildirdi. Cavabdeh ona təkidlə bildirərək, narahat olmamasını, çatışmayan 38.000 (otuz səkkiz min) manat məbləği onun tərəfindən ödəniləcəyini, daha sonra ona, yəni qaynatasına olan borcu hissə-hissə ödəməklə qaytara biləcəyini İddiaçı diqqətinə çatdıraraq, evin alınması üçün onu razı salmışdır. Sonradan qaynatası Cavabdeh evi öz adına sənədləşdirmişdir”. İddiaçı izahatından da görünür ki, Xəyal evin 83.000 (səksən üç min) manata satıldığını və 38.000 (otuz səkkiz min) manatını qaynatası Cavabdeh verdiyini özü şəxsən bildirmir, etiraf etmir, sadəcə qaynatası ona 83.000 (səksən üç min) manata ev olduğunu bildirir, təklif edir ki, əlindəki 45.000 (qırx beş min) manatı versin, o da 38.000(otuz səkkiz min) manat qoysun, sonra həmin pulu hissə-hissə qaytarsın və Xəyal da qaynatasına inanaraq sadəcə qaynatasının dediklərinə, təkliifnə razı olmuşdur. Zatən ##.##.2025-ci il tarixli istintaq orqanın qərarında qeyd edilmiş Cavabdeh öz izahatını eyni ilə bu cür vermişdir. Bu mənada çox vacib nüansı və zəruri məsələni məhkəmənin diqqətinə çatdıraraq bildirir ki, hər 2 tərəfin izahatından görünür ki, əslində dolayısı ilə qaynata 83.000 (səksən üç min) manatlıq evin 38.000 (otuz səkkiz min) manatını yeznəsi İddiaçı hissə-hissə ödəməklə borc verir, yəni əgər ev həqiqətən də (cavabdehin sözünə inansaq) 83.000 (səksən üç min) manata alınıbsa bütöv məbləğ hamısı Xəyala məxsusdur, çünki 38.000 (otuz səkkiz min) manat da ona borc kimi verilmişdir və ev də onun əmlakıdır. Belə ki, Mülki Məcəllənin borcla bağlı 739.1-ci maddəsində verdiyi anlayışa görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi əgər Cavabdeh dediyinə inansaq 38.000 (otuz səkkiz min) manat ev üçün verdiyi pul Xəyala verilmiş borc puldur və verildiyi andan onun (Xəyalın) mülkiyyətinə keçmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, mübahisəli ev və torpaq İddiaçı Məmmədov Səidə ilə birgə nikah dövründə ərin, yəni İddiaçı vəsaiti hesabına, amma üçüncü şəxsin, yəni Cavabdeh aldatma yolu ilə bağladığı əqd əsasında üçüncü şəxs öz adına keçirtməklə (vicdansız alıcı kimi) özü üçün fayda götürmüşdür. Halbuki, İddiaçı 2024-cü ilin mart ayında evin mülkiyyətçisinə 45.000 (qırx beş min) manat vermiş və həyat yoldaşı Səidə Məmmədova və uşaqları ilə birlikdə o evdə yaşamaqla faktiki sahiblik etmişlər. Lakin, sonradan 2024-cü ilin dekabr ayında üçüncü şəxs bu halı, yəni əmlakın ər-arvadın (Xəyal-Səidə Məmmədovların) birgə nikah dövründə əldə etdiyi və faktiki sahibliyini bilə-bilə, əvvəlcədən qızının əri İddiaçı əmlakın onun adına alınacağı vədini yerinə yetirməməklə aldatmışdır. Əmlakın Xəyal və Səidə Məmmədovlar üçün alındığını cavabdeh özü də etiraf edir, amma heç bir nə faktiki və nədəki hüquqi izahı olmayan, sübutu olmayan hərəkərlərə yol vermişdir. Belə olan halda cavabdeh Cavabdeh Mülki Məcəlləsinin 339.2 və 339.3-cü maddəsinin tələblərini pozmuşdur. Lakin Cavabdeh əməli həm də Cinayət Məcəlləsinin 178.2-ci maddəsinin tərkibini də yarada bilər. Bununla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma gedir. Vicdanlı alıcı, vindikasiya və restitusiya qaydasında əmlak tələbi, sahibliyin pozulması və sahibliyin müdafiəsi ilə, o cümlədən, məhkəmə təcrübəsinin vahidliyini müəyyən edən ər-arvadın birgə mülkiyyətinin anlayışı, prezumpsiya və sübutetmə yükü ilə bağlı Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenumunun kifayət qədər qərarları mövcuddur.
10. Cavabdehin vəkili və nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, iddiaçı özü bildirir ki, cavabdeh Cavabdeh heç bir məbləğdə pul verməyib, pulu alğı-satqıdan təxminən 8-10 ay əvvəl satıcıya öz atası vasitəsilə verib. Lakin Cavabdeh sözügedən evi satıcıdan ##.##.2024cü il 50.000 (əlli min) mant ödəməklə almışdır. Bu hal notariat işində olan alğı-satqı müqaviləsi və ödəniş çeklərindən təsdiq olunur. İddiaçının 2024-cü ilin mart ayında atası vasitəsi ilə verdiyi pul hazırki alğı-satqı müqaviləsində nəzərdə tutulan ödəniş deyil. Bundan başqa irəli sürülən iddiaçının dəlilləri Cavabdeh onu aldatmasına dəlalət etmir. Əksinə Cavabdeh öz adına ev alaraq öz qızı və nəvələrinin, hətta iddiaçının yaşaması üçün onların istifadəsinə vermişdir.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, oğlu İddiaçı ona Digahdan ev almaq istədiyini bildirmişdir. O isə Digahın uzaq olduğunu bildirmiş, lakin oğlu belə məsləhət olduğunu bildirmişdir. Belə ki, oğlu evə görə 45000 (qırx beş min) manat pul lazım olduğunu demiş və qohum-əqrabadan birtəhər 45.000 (qırx beş min) manat pul əldə etmişlər. Oğlu ona zəng edərək bildirmişdir ki, Racu (öz aralarında Rəcəb) deyir ki, pulu gətir. O, 39000 (otuz doqquz min) manat pul toplamış, oğlu isə qalan 6.000 (altı min) manatı dostundan alacaqdır. Onlar Racuyla birlikdə evə baxmağa getmişdirlər. Odur ki, evin pulunun 45.000 (qırx beş min) manatını oğlunun, qalanının isə Racunun verməsi razılaşdırılmışdır. Lakin 45.000 (qırx beş min) manatdan əlavə lotoreya pulu olan 4.000 (dörd min) manatı da oğlu evə görə vermişdir. Belə ki, evin qiyməti 83.000 (səksən üç min) manat razılaşdırılmış, həmin məbləğin 3.000 (üç min) manatı əşyalara aiddir. Evin sənədləşdirilməsi 8 ay sonraya danışılmışdır. Onun həyat yoldaşının gözündə xərçəng xəstəliyi olmuş və təcili əməliyyat olunması üçün 20.000 (iyirmi min) pul tələb olunmuşdur. Lakin həyat yoldaşı bundan imtina etmiş və əsas övladının evinin olmasını istəmişdir. Cavabdeh Seyfəfddin oğlu bu evi öz adına keçirmişdir. Lakin onların ağıllarına belə gəlməmişdir ki, Cavabdeh, öz qızı ilə İddiaçı boşatdıraraq, İddiaçı evdən çıxaracaqdır. Belə ki, Racu evin qalan pulunu da onların ödəməsini bildirmişdir. Bu Racu tərəfindən məqsədli şəkildə edilmişdir. Hətta oğlu evə görə maşınını da satmışdır. O, dəfələrlə Racuyla danışaraq övladlarının ailələrini dağıtmamağı bildirsə də bir nəticəsi olmamışdır. O, evi ikili müqaviləylə həm Racunun, həm oğlunun adına keçirilməsini təklif etsə də, Racu bununla razılaşmamışdır. Onlar notariat qaydada alğı-satqı etməmişdirlər. Belə ki, aralarında kağıza yazaraq qol çəkmişlər və o kağız Racuda olmuşdur.
12. İddiaçı tərəfindən təqdim edilmiş CD-disk-də olan videogörüntülərdən görünür ki, iddiaçı İddiaçı atası X5 pulları sayaraq hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 vermişdir.
13. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia təmin edilməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin iddiaçının hazırki iddiasının qaldırılmasının əsas səbəbinin alğısatqı müqaviləsinin bağlanması zamanı onun aldadılması, bu müqavilənin yalan və uydurma olmaqla digər münasibəti pərdələməsi kimi deyil, onun ailə münasibətlərinin pozulması səbəbi ilə evdən çıxarılması ilə bağlı olması, həmçinin iddiaçının alğı-satqı müqaviləsinin etibarsızlığı ilə tələbinin hüquqi əsası olmasa da və bu hal ehtimal olaraq öz təsdiqini tapdığı halda belə iddianın bu hissəsinin təmini ilə də onun hüquqlarının real bərpa olunması mümkün olmayacağı, belə ki, qanunvericiliyin tələblərinə əsasən alğı-satqı müqaviləsinin etibarsızlığı halında tərəflər ilkin vəziyyətə gətirildikdə ev əvvəlki mülkiyyətçinin adına qayıtdığı halda ödənilmiş rəsmi pul da satıcı tərəfindən alıcı olan cavabdehə qaytarılmalı, yəni, faktiki olaraq alğı-satqı müqaviləsinin etibarsızılığı nəticəsində mübahisəli evin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adında qalmaqla iddiaçıya İddiaçı geri qaytarılmasının mümkün olmaması və əmlakların onun mülkiyyəti kimi qiymətləndirilə bilməməsi barədə mövqeyi də tamamilə əsassızdır və qanunsuzdur. Çünki işdə olan səs yazıları məhkəmə tərəfindən tədqiq edilmədən belə bir qənaətə gəlinib. Belə ki, həmin səs yazılarında həm cavabdehin, həm cavabdehin oğlunun, həm də şahid kimi təmin edilməsi məhkəmədən tələb edilsə də, iştirakı məhkəmə tərəfindən təmin edilməyən (heç bir rəsmi bildiriş (SMS) göndərilməyən) pulun verilməsində bir-başa iştirak edən (video görüntüdə əks olunur) Ülvi Qədirin səs yazısında da Racu ona (Ülviyə) evin Xəyalın adına keçirəcəyini şəxsən bildirdiyini qeyd etməsi, Racunun və onun oğlunun şəxsən evin 2/1-də iddiaçı Xəyalın payı (haqqı) olması barədə Xəyalın özünə bildirmələri açıq-aşkar müəyyən (sübut) olunur. Alğı-satqı müqaviləsinin etibarsızılığı nəticəsində mübahisəli evin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adında qalmaqla iddiaçıya İddiaçı geri qaytarılmasının mümkün olmaması və əmlakların onun mülkiyyəti kimi qiymətləndirilə bilməməsi məsələsinə münasibətdə isə məhkəmənin bu mövqeyi olduqca absurd və məntiqsizdir. Belə ki, əvvəla Mülki Məcəllənin 337.5-ci maddəsində aydın şəkildə qeyd edilir ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi mübahisəli ev mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adında qalmaqla iddiaçıya İddiaçı geri qaytarılması mümkün olmasa belə onun dəyəri iddiaçı İddiaçı qaytarılması barədə qətnamə qəbul edilə bilərdi. Digər tərəfdən alğı-satqı müqaviləsi qismən də, yəni alıcıya (cavabdehə) münasibətdə (iş üzrə aldatma sübut olunduğundan) etbarsız hesab oluna bilərdi. Belə olan halda iddia qismən təmin edilib, alğı-satqı müqaviləsinin alıcıya (Cavabdeh) münasibətdə etibarsız hesab olunmaqla, müqavilə üzrə alıcı yerində İddiaçı çıxış edəcəkdi, onun mülkiyyət hüququ təmin ediləcəkdi. Eyni zamanda cavabdeh özü etiraf etmişdir ki, ev ailəyə alınıb, yəni qızına, uşaqlarına və kürəkəni (iddiaçı) İddiaçı. Biz də bu səbəbdən İddiaçı keçmiş həyat yoldaşı Səidə Məmmədovanı əlavə cavabdeh kimi cəlb edilməsini və bundan sonra iddia tələbində dəqiqləşdirmə aparıb, mübahisəli evə birgə nikah dövründə əldə edilmiş əmlak kimi mülkiyyət hüququnun tanınmasını tələb edəcəkdik. Lakin məhkəmə vəsatətini təmin etməmiş və heç öz təşəbbüsü ilə də hüquq və vəziflərinə toxunan Səidə Məmmədovanı işə cəlb etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. (...)
20. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (...) 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
21. Maddə 340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir
22. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
24. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
25. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
28. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
32. İşə baxmış birinci instansiya məhkəməsi iddianın təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri olmadığı qənaətinə gələrək iddianı rədd etmişdir.
33. İş materiallarından görünür ki, Abşeron rayonu, Digah kəndi, Təbriz küçəsində yerləşən ümumi sahəsi 85.8 kv.m olan fərdi yaşayış evinə və 0,025 ha torpaq sahəsinə dair Cavabdeh adına DƏDRX tərəfindən verilmiş çıxarış sonuncu ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında Abşeron rayonu, Digah kəndi, Təbriz küçəsində yerləşən 0,025 ha torpaq sahəsinin üzərində olan ümumi sahəsi 85.8 kv.m olan fərdi yaşayış evi və 0,025 ha torpaq sahəsi ilə bağlı bağlanmış alğı-satqı müqaviləsi əsasında verilmişdir.
34. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı ilk olaraq mübahisəli torpaq sahəsinə və evə mülkiyyət hüququnun tanınmasını tələbini irəli sürsə də, hazırki iş üzrə tələblərdən ilk olaraq bağlanmış alğı-satqı müqaviləsinin qanuniliyi ilə bağlı dəlillərə hüquqi qiymət verilməsi zəruridir. Belə ki, digər bütün tələblər törəmə tələblər olmaqla bu tələbə veriləcək hüquqi qiymətdən aslıdır.
35. Əqdin etibarsız sayılmasının hüquqi əsası Mülki Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan normaya əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
36. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.
37. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.
38. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir.
39. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli evin alınması üçün satış qiymətinin satıcı ilə 83000 manata razılaşmasını, bunun üçün iddiaçının həmçinin atası vasitəsilə 45000 manat verməsi həm şahid ifadəsi, həm cavabdeh tərəfin izahatı, həm də işdə olan CD-diskin məzmunu ilə təsdiqlənməsinə baxmayaraq evin məhz iddiaçının adına rəsmiləşdirilməli olmasına dair iddia dəlili tam olaraq sübuta yetirilmir. Lakin müəyyən edilmişdir ki, iddiaçı həmin evin onun özü tərəfindən ailəsi üçün alınmasını bildirsə də, evin özünün və ya həyat yoldaşının adına rəsmiləşdirilməməsinin səbəblərinə tam aydınlıq gətirə bilməmişdir. Belə ki, onun dəlillərinə əsasən evin qalan pulunu cavabdeh verdiyi üçün evi onun adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. Cavabdeh tərəf isə əksinə evin əvvəldən öz adına alınmalı olmasına dair iddiaçının məlumatlandırılmasını və bunun sübut kimi evin pulunun tam formada satıcıya verməsini göstərmişdir. Cavabdeh tərəf 45000 manat pulun iddiaçının verdiyini inkar etməsə də, evin özünə və qızına, nəvələrinə aid olmasını, iddiaçının yalnız pul tələbi ilə müraciət edə bilməsini, lakin qızının da bu pulda payının olmasını vurğulamışdır.
40. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının evin müqavilədən kənar satış pulunu tam ödəməməsi işin mübahisəsiz halıdır və bu halda onun həmin evin özünün olmasına və cavabdehin də həmin əmlaka mülkiyyət hüququnun qanunsuzluğuna dair dəlilləri də əsaslı sayıla bilməz. Həmçinin iş materiallarından görünür ki, alğı-satqı müqaviləsinin ##.##.2024-cü ildə bağlanmasından iddiaçının məlumatı olmuş, buna etiraz etməmiş və həyat yoldaşı ilə münasibətləri korlanaraq evdən çıxıb getməklə faktiki ayrıldıqdan sonra evin ona məxsus olması ilə bağlı hazırki iddianı qaldırmışdır.
41. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tələbinin hüquqi əsası olmasa da və bu hal ehtimal olaraq öz təsdiqini tapdığı halda belə iddianın bu hissəsinin təmini ilə iddiaçının hüquqlarının real bərpa olunması mümkün olmur. Belə ki, qanunvericiliyin tələblərinə əsasən alğı-satqı müqaviləsinin etibarsızlığı halında tərəflər ilkin vəziyyətə gətirildikdə ev əvvəlki mülkiyyətçinin adına qayıtdığı halda ödənilmiş rəsmi pul da satıcı tərəfindən alıcı olan cavabdehə qaytarılır. Yəni, faktiki olaraq alğı-satqı müqaviləsinin etibarsızılı nəticəsində mübahisəli evin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adında qalmaqla iddiaçı İddiaçı geri qaytarılması mümkün deyil və əmlaklar onun mülkiyyəti kimi qiymətləndirilə bilməz.
42. Kollegiya birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən alğı-satqı müqaviləsi onun tərəflərinin həqiqi iradə ifadəsini özündə əks etdirmişdir. Həmin müqavilənin etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. Mübahisələndirilən alğı-satqı müqaviləsi Mülki Məcəllənin müddəalarına və tərəflərin iradə ifadələrinə uyğun olaraq həyata keçirilmiş və müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
43. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
44. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, mübahisə predmeti olan müqavilə bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur.
45. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası hesab edir ki, alğı-satqı müqaviləsinin etibarsız hesab olunması üçün qanunvericilikdə göstərilən əsaslar müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi iddiaçının – mübahisəli fərdi yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, Cavabdeh ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında həmin fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin fərdi yaşayış evi və torpaq sahəsinə dair cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi, fərdi yaşayış evi və torpaq sahəsinin geri qaytarılması, cavabdehin və digər şəxslərin əşyaları ilə birlikdə həmin fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılmaları, vəkilin göstərdiyi yardıma görə ödənilmiş pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə mövcud iddia tələblərini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
46. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.