Məhkəmə qərarları › İş №2(012)-309/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-309/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-309/2022 02.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ İ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «elektrik enerjisinə görə qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-yə olan ümumilikdə 3830,10 manat borcunun silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdeh "xxxx" ASC-yə olan ümumilikdə 3803,10 manat borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 23 avqust 1993-cü il tarixdən Qarabağ hadisələrindən sonra Füzuli rayonundan məcburi köçkün olaraq əvvəlcə, Bakı şəhəri, Binəqədi rayonunda məskunlaşmışdır. 23 fevral 2010-cu il tarixdən isə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. 23 fevral 2010-cu il tarixdən 2016-cı ilin dekabr ayınadək “X2” haqqında Qanunun tələblərinə görə kommunal ödənişlər dövlət tərəfindən ödənilmişdir. Onun 2016-cı ilin dekabr ayınadək məcburi köçkün olaraq sərf etdiyi elektrik enerjisinə görə borcu 3803,10 manat təşkil etmişdir. Lakin buna baxmayaraq onun borcu "xxxx" ASC tərəfindən silinməmişdir. Hazırda cavabdeh "xxxx" ASC sayğacı dəyişdirərək, kart sisteminə çevirmiş, yəni məbləğdən asılı olaraq, hər yükləmə zamanı 50 % cavabdeh təşkilatın hesabına tutulmuşdur. Dəfələrlə bu barədə cavabdeh təşkilata rəsmi ərizə ilə müraciət etmiş, lakin tam araşdırma aparılmamış, məcburi köçkünlərə aid sayğaclara şişirdilmiş rəqəmlər göstərilməklə xeyli miqdarda borc yazılmışdır. Hətta qoyulmuş sayğacın labaratoriyada yoxlanılmasını tələb etsə də, onun tələbinə əhəmiyyət verilməmişdir. Ailədə yalnız o işləyir. Bu səbəbdən yığılmış borcun ödənilməsində maddi cəhətdən çətinlik çəkir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı Turabov X4 Rayon Məhkəməsində iddia qaldıraraq, “Azərişıq’’ ASC tərəfindən hesablanmış 3830,10 manat manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində yaşadıqları ünvana aid sayğac koduna "xxxx" ASC tərəfindən 31 dekabr 2016-cı il tarixə qədər 3803,10 manat qaçqın limiti üzrə yaranmış borcun silinmədiyini qeyd etmişdir. Qeyd edilən pul məbləğini qanunsuz hesab edən iddiaçı əslində borc kimi hesablanmayan, ümumiyyətlə isə mövcud olmayan pul məbləğinin məhkəmədən silinməsini xahiş edir. Belə ki, məhkəməyə təqdim etdikləri abonentin hərəkət cədvəlinin (saldonun) 3-cü səhifəsinin “bağlanan aktlar” qarafasında 31 dekabr 2016-cı il tarixdə 3803,10 manat pulun qarşısında “qaçqın borcu silinməsi” ifadəsinin yazılması, eləcə də qeyd edilən məbləğin qarşısında işarəsinin qoyulması (saldoda həmin rəqəmlər xüsusi boya ilə boyanmışdır) məhkəmədən silinməsi tələb edilən pulun "xxxx" ASC tərəfindən silindiyi deməkdir.Bundan başqa iddiaçı iddia ərizəsinin əsaslandırıcı hissəsində 3803,10 manat borcun, nəticə hissəsində isə 3830,10 manat borcun silinməsini gəstərmiş,lakin bunu iddia ərizəsində əsaslandırmamış,çox güman ki,texniki səhvə yol vermişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respubllksaı Mülki Prosessual Məcəlləsinin 154, 216-220-cl maddələrini rəhbər tutaraq İddiaçı "xxxx" ASC tərəfindən **********00252 saylı abonent kodu üzrə hesablanmış 3830,10 manat borcun silinməsi barədə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən görünür ki, **********00252 saylı Abunə kodu üzrə 31 dekabr 2016-cı il tarixədək sərf olunan elektirik enerjisinə görə abonentin 3803,10 manat qaçqın borcu silinmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia ərizəsində göstərilənlərlə işin faktiki halları uyğunluq təşkil etmir. İddiaçı cavabdeh "xxxx" ASC-yə olan 3830,10 manat borcunun silinməsini xahiş etsə də, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən göründüyü kimi **********00252 saylı Abunə kodu üzrə 31 dekabr 2016-cı il tarixədək sərf olunan elektirik enerjisinə görə abonent İddiaçı 3803,10 manat qaçqın borcu silinmiş və bu hal cavabdehin nümayəndəsinin izahatı ilə yanaşı, iş materiallarında olan abonentin saldosu ilə tam təstiq olunur.Bundan başqa iddiaçı iddia ərizəsinin əsaslandırıcı hissəsində borc məbləğini 3803,10 manat, xahiş edir hissəsində isə borc məbləğini 3830,10 manat göstərmiş,lakin tədqiq edilmiş işin faktiki hallarından görünür ki,əslində debitor borc məbləği 3803,10 manat olmuş, həmin məbləğ yuxarıda qeyd olnduğu kimi "xxxx" ASC tərəfindən silinmişdir. Ona görə də məhkəmə yuxarıda qeyd olunan faktiki hallara istinad edərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdeh "xxxx" ASCyə olan ümumilikdə 3830,10 manat borcunun silinməsinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdeh "xxxx" ASC-yə olan ümumilikdə 3830,10 manat borcunun silinməsinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar