Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3098/2020 25.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh Əsgərov Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh Əsgərov Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən hesablanmaqla Abşeron Rayon Məhkəməsinin 2(012)-509/2019 saylı, xx xxxxxx 2020-ci il qətnaməsi ilə xx xxxxxx 2010-cu il təvəllüdlü Əsgərli Cavidan Cavabdeh oğlunun saxlanması üçün müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin Əsgərov Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 509/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Əsgərov Cavabdeh Qalib oğlu ilə onun arasında xx xxxxxxxx 2009-cu il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, xx xxxxxx 2010-cu il təvəllüdlü Əsgərli Cavidan Cavabdeh oğlu onun himayəsinə verilməsi, xx xxxxxx 2010-cu il təvəllüdlü Əsgərli Cavidan Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Əsgərov Cavabdeh Qalib oğlundan hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda qət edilən alimentlə uşağın ehtiyaclarını ödəmək qeyri mümkündür, o özü də heç bir yerdə işləmir. Cavabdeh isə gündəlik qazanc əldə edir və uşağa daha yaxşı maddi yardım göstərmək imkanına malikdir. Hazırki şəraitdə o, himayəsində olan uşağı saxlamağa çətinlik çəkir. Belə ki, övladı Əsgərli Cavidan Cavabdeh oğlunun 10 yaşı var, 4-cü sinifə keçir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Əsgərov Cavabdeh sadəcə məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. O, fəhlə olaraq işləyir. Hazırda mövcud olan karantin rejimi ilə əlaqədar işləyə bilmir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-509/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki Əsgərov Cavabdeh Qalib oğlu ilə X2 arasında xx xxxxxxxx 2009-cu il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, xx xxxxxx 2010-cu il təvəllüdlü Əsgərli Cavidan Cavabdeh oğlu onun himayəsinə verilməsi, xx xxxxxx 2010-cu il təvəllüdlü Əsgərli Cavidan Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Əsgərov Cavabdeh Qalib oğlundan hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq X1 ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən 2020-ci il üçün uşaqların yaşayış minumumu nəzərə alınmaqla xx xxxxxx 2010-cu il təvəllüdlü Əsgərli Cavidan Cavabdeh oğlunun saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment Əsgərov Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin alimentin iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən hesablanması hissəsi ilə razılaşmır. Belə ki, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi alimentin məhkəməyə təqdim edildiyi gündən hesablanması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ət etdi: İddia tələbi qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-509/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxxxx 2010-cu il təvəllüdlü Əsgərli Cavidan Cavabdeh oğlununyetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Əsgərov Cavabdeh hər ay 170(bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. İddia tələbi alimentin məhkəməyə təqdim edildiyi gündən hesablanması hissəsində rədd edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh Əsgərov Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3098/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3098/2020
25.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver