Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3102/2020 30.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşıpul tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən zəhmət haqqı üçün 400 manat, sağlamlığına vurduğu zərər üçün 500 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşayış binalarının birində malyar olaraq fəaliyyət göstərir. 610 manat zəhmət haqqı alacağı olan iddiaçı, həmin binanın briqadiri olan cavabdehdən pulunun 220 manatını alsa da, 390 manatını ala bilməmişdir. Pulunu geri tələb etdiyi zaman tərəflər arasında münaqişə yaranmış, Abşeron Rayon Polis İdarəsinə daxil olmuş müraciət əsasında araşdırılma aparılmışdır. Daha sonra Polis İdarəsində cinayət işinin başlanılması rədd edilmiş və aidiyyatı qaydada məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh məhkəmənin əvvəlki iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, cavabdeh fəhlə kimi tikintidə işləyib,aralarında narazılıq yarandığından onu tikintidən qovub,sonuncu dəfə ona 60-70 manat məbləğində pul verilməli idi. Cavabdeh məhkəmənin sonuncu iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etmədi.AzərbaycanRespublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 769-ci maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasəsn zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin araşdırılan hallarından görünür ki, cavabdeh iddiaçı tərəfindən aparılan tikintidə işləmiş lakin ona çatmalı olan pul məbləğini ala bilməmişdir.Tərəflər arasında bu münasibət şifahi qaydada aparılmışdır.İddiaçı zəhmət haqqı kimi qalıq borcun 400 manat olduğunu bildirsə də, cavadeh bunun 60-70 manat oduğunu bildirdiyindən, məhkəmə iddianın 70 manat həddində sübut olunmuş hesab edir.Ona görə də, məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli 70 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. İddia tələbinin 500 manat sağlamlığa vurulan ziyan hissəinə münasibətdə məhkəmə qeyd edir ki, işin materiallarında olan Abşeron rayon Pİ-nin təhqiqat şöbəsinin xx xxxxx 2020-ci il tarixli Qərarından görünür ki, İddiaçı Nudrət oğluna xx.xx.2020-ci il tarixdə yetirlmiş sağlamlığa zərər vurmayan bədən xəsarəti ilə əlaqədar Cavabdeh barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün material və qərarın surəti aidiyyatı üzrə İTŞ-nə göndərilməsi qərara alınmışdır. Beləliklə, iş materiallarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirilmişdir. İddiaçı iddia edir ki, müalicəsi ilə əlaqədar 500 manat ziyan çəkmişdir.lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bununla belə məhkəmə işin mövcud olan faktiki hallarını nəzərə alaraq bu hissədə iddianı ağlabatan məbləğdə 200 manat məbləğində hesab edərək, iddianın qismən təmin edilməsi və sağlamlığa vurulan ziyanına aradan qaldırılması ilə əlaqədar çəkilən xərc kimi 200 manat məbləğində pulun cavabdehdən tutulub iddiaçıya verilməsi nəticəsinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, zəhmət haqqı üçün 70 manat , sağlamlığa vurulan ziyanına aradan qaldırılması ilə əlaqədar çəkilən xərc kimi 200 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh zəhmət haqqı üçün 70 manat, sağlamlığa vurulan ziyanına aradan qaldırılması ilə əlaqədar çəkilən xərc kimi 200 manat və 20 manat dövlət rüsumuna görə pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3102/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3102/2020
30.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver