Məhkəmə qərarları › İş №2(012)-3105/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3105/2020

16.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3105/2020 16.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı Sadiq oğlu və onun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Sadiq oğlunun Cavabdeh MMC-yə qarşı “sağlamlığa vurulan zərərə görə aylıq ödənclərin müəyyən edilib ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sadiq oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən müayinə və müalicə xərcləri ilə bağlı 15000 manat, 24000 manat məbləğində əldən çıxmış faydanın tutularaq ödənilməsi, həmçinin minimum əmək haqqı məbləğinin 100 % miqdarında aylıq müavinətin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sadiq oğlu iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, xx xxxxxx 2012-ci il tarixdə ‘'Cavabdeh” MMC tərəfindən tikinti aparılan binada işləyərkən binanın dördüncü mərtəbəsi səviyyəsindən yerə yıxılaraq yıxılaraq, ağır dərəcəli bədən xəsarətləri alaraq, həmin xəsarətlər nəticəsində birinci qrup əlil olmuşdur. Müalicə xərclərini ödəmək üçün kifayət qədər maddi vəsaitə malik olmadığından, maddi yardım edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə yalnız aylıq müavinətlərdən imtina etməyi və baş vermiş bədbəxt hadisə ilə əlaqədar cavabdehə qarşı heç bir tələbi olmayacağı, cavabdehə qarşı müavinətin ödənilməsi və müalicə xərcləri ilə bağlı gələcəkdə də heç bir iddia qaldırmayacağı təqdirdə ona birdəfəlik 15.000 manat ödəyəcəyini bildirmişdir. Çıxılmaz vəziyyətdə olduğundan, həmin şərtləri qəbul etmək məcburiyyətində qalmış və bu barədə aralarında xx xxxxx 2013-cü il tarixli “Razılaşdırma müqaviləsi” imzalanmışdır. O, müqaviləni imzalayarkən tam oxumamışdır. 2016-cı ildə onun tərəfindən Cavabdeh MMC-yə qarşı “razılaşma müqaviləsinin etibarsız hesab edilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş (Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnamələri) və Ali Məhkəmənin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə ona vurulmuş maddi zərərə görə 4.170,10 manat, mənəvi zərərə görə 25.000 manat olmaqla, cəmi 29.170,10 manatın cavabdehdən tutularaq ona ödənilməsi qərara alınmışdır. Bundan sonra isə cavabdeh ona qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “razılaşma müqaviləsi”nə əsasən ona ödədiyi 15.000 manatın qaytarılmasını tələb etmiş və Ali Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin iddiası təmin edilərək, razılaşma müqaviləsinə əsasən ona ödənilmiş 15.000 manat geri alınmışdır. Məhz cavabdehin günahı üzündən o, sağlamlığımdan məhrum olmuş, sərbəst hərəkət etmək qabiliyyətimi itirmiş, İ qrup əlil olmaqla əlil arabasına məhkum olunmuş, başqalarının yardımından asılı vəziyyətə düşmüşdür. Həyat üçün təhlükəli olan belə ağır xəsarətin müayinə və müalicə, dava-dərman, əlavə qidalanma və s. olmadan sağalmasının qeyri-mümkünlüyü və ya həmin ağır xəsarətin fiziki, mənəvi əzab və iztirablara səbəb olması mübahisəsizdir, bunları sübuta yetirməyə lüzum yoxdur. Belə olduğu təqdirdə sağlamlığı əlindən alınmış, gənc yaşında əlil arabasına məhkum edilərək gələcəyə ümidini itirmiş bir vətəndaş kimi ona cəmi 14.170,10 manat (25.000+4170,10-15.000=14170,10) kompensasiya ödəniləcəksə, hansı ədalətdən, hansı humanizmdən söhbət gedə bilər? İddia tələbim qismən təmin olunmaqla, ona 14.170 manat pul ödənilməsi 2016-cı ilin iyul ayınadək, yəni qeyd olunan ilkin iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etdiyi dövrədək çəkdiyi xərclərlə bağlı olmuşdur. Lakin onun 2016-cı ilin iyul ayından sonra da həmin hadisə nəticəsində gündəlik səhhəti və sağlamlığıyla bağlı xərclər çəkir, müayinələrdə olur, müalicələr alır və yuxarıda qeyd olunan məhkəmə qərarı ilə 14,170 manatın cavabdehdən alınaraq ona ödənilməsi iddia ərizəsinin verilməsindən sonrakı müddətdə çəkdiyi xərcləri və məhrum olunduğu əmək haqqı və digər gəlirləri ehtiva edə bilməz. Belə ki, həmin hadisə nəticəsində o, bugünkü günə qədər dərmanlardan asılı maqla. həm maddi, həm də mənəvi zərərə məruz qalmaqdadır. Mütəmadi olaraq xəstəxanalarda müayinə və müalicə alır, dava-dərmanlara kifayət qədər yüksək məbləğdə vəsait xərcləyir. Çünki sağlamlığına vurulmuş çoxsaylı xəsarətlər dərəcəsinə görə ağır olmaqla yanaşı həyat üçün əhəmiyyətli orqanlarım fəaliyyətinin itirilməsi ilə nəticələnmişdir. İddia tələbinin verildiyi tarixdən keçən 4 ilə yaxın müddət ərzində müayinə, müalicə, dava-dərman üçün 15.000 manat məbləğində pul xərcləmişdir (real zərər). Həmçinin, həmin hadisə nəticəsində əmək qabiliyyətini tamamilə itirdiyindən ona İ qrup əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 021273 nömrəli Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2013-cü il tarixli qərarı ilə barəmdə birinci dərəcəli əlillik müəyyən edilmişdir, TSEK-in həmin qərarından sörünür ki, əmək zədəsi nəticəsində əmək qabiliyyətinin 100 faizini itirmişdir. Ailənin yeganə qazanc gətirəni olaraq fiziki sağlamlığını və bununla da peşəsinə uyğun iş qabiliyyətini itirdiyindən, faktiki 8 ilə yaxın müddət işsiz qalmış, ayda minimum əmək haqqının müəyyən olunmuş məbləğinə uyğun olaraq 250 manat olmaqla ümumilikdə (250x12x8) 24.000 manat əmək haqqmdan məhrum olunmuşdur(əldən çıxmış fayda). Bundan əlavə, əmək qabiliyyətini itirdiyindən gələcəkdə də hər hansı işdə çalışmağı mümkün deyil, buna görə də ona zərərin əvəzinin ödənilməsi ilə yanaşı cavabdehin günahı üzündən ümumi əmək qabiliyyətinin itirildiyi 100 % nəzərə alınmaqla, qanunla müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 100 %-i miqdarında müavinət müəyyən edilməlidir. İlkin vəziyyətə qayıtsalar o, pulu hissə-hissə ödəyəcəkdir. O, ancaq pensiya yaşına qədər olan pensiyanı tələb edir. Göstərilənlərə əsasən, o, iddia ərizəsinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, 2012-ci ildə oğlu İddiaçı Sadiq oğlu Cavabdeh MMC-də əmək müqaviləsi ilə fəhlə işləmişdir. Oğlu dam ustası idi. Oğlu işləyəndə kranın səhvi ucbatından damdan düşmüş və beli qırılmışdı. Bu səbəbdən də oğlu yataq xəstəsidir. Əgər məhkəməyə müraciət etməsələr, onlara köməklik ediləcəyi vəd edilmişdir. Müvafiq qurumlara müraciət etdikdən sonra oğluna 15000 manat pul vermişlər. Sonradan hesablayanda görmüşlər ki, oğlunun ömürlük müavinəti 15000 manat deyildir. Sonradan oğlunu məhkəməyə vermiş və 15000 manatı faizi ilə birlikdə geri istəmişlər. Ondan 16700 manat pul istəyirlər. Onlar həmin pulu veririk, lakin oğlunun ömürlük müavinətini geri istəyir. CavabdehMMC-nin nümayəndəsi X7 iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı Sadiq oğlunun cavabdeh "xxxxxxxxxx" MMC-nə qarşı Abşeron Rayon Məhkəməsində qaldırdığı iddiası qanunsuz və əsassızdır, bu səbəbdən rədd olunmalıdır. Hazırki iş üzrə cavabdeh İddiaçı Sadiq oğlu Cavabdeh MMC- yə eyni iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanılmış xx xxxxx 2013-cü il tarixli, “razılaşma müqaviləsinin” etibarsız hesab edilməsi, vurulmuş maddi zərərə görə 250.000 manat, mənəvi zərərə görə 100.000 manat pul məbləğinin tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Abşeron rayon Məhkəməsinin 2(012)-2680/2016 saylı xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Sadiq oğlunun cavabdeh "Cavabdeh" MMC-nə qarşı "razılaşma müqaviləsinin etibarsız hesab edilməsi, vurulmuş maddi zərərə görə 250.000 manat, mənəvi zərərə görə 100.000 manat pulun tutulması" barədə iddiası qismən təmin edilərək, tərəflər arasında xx xxxxx 2013-cü il tarixdə bağlanmış razılaşma müqaviləsi etibarsız hesab edilmiş və cavabdeh təşkilatdan vurulmuş maddi zərərə görə 200.000 manat, mənəvi zərərə görə 10.000 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3458/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməklə, iş üzə Abşeron rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı Sadiq oğlunun cavabdeh "Cavabdeh" MMC-nə qarşı "razılaşma müqaviləsinin etibarsız hesab edilməsi, vurulmuş maddi zərərə görə 250.000 manat, mənəvi zərərə görə 100.000 manat pulun tutulmasf'na dair iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2( 102)-3423/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarı ilə İddiaçı Sadiq oğlunun nümayəndəsi və vəkili X1 şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2( 105)-3458/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərarın qəbul edilməsi, iddia ərizəsinin qismən təmin olunmaqla, Cavabdehndən dəymiş maddi zərərə görə 4.170,10 manat, mənəvi zərərə görə 25.000 manat pulun tutulub İddiaçı Sadiq oğluna verilməsi, qalan hissədə iddia ərizəsinin təmin olunmaması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülk Kollegiyasının 2(102)-3423/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarı elan olunduğu gündən qanuni qüvvəsini alaraq icra da olunmuşdur. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən olunur ki, iddiaçı X5 cavabdeh "Cavabdeh" MMC-nə qarşı "razılaşma müqaviləsinin etibarsız hesab edilməsi, vurulmuş maddi zərərə görə 250.000 manat, mənəvi zərərə görə 100.000 manaı pulun tutulması" barədə iddia qaldırarkən bildirmişdir ki, baş vermiş bədbəxt hadisi nəticəsində əmək qabiliyyətini ömürlük itirmişdir. Fəhlə kimi onunla bağlanmış əmək müqaviləsində əmək haqqı 120 manat göstərildikdə belə, o, 37 il 9 ay əmək fəaliyyəti gösərit qüvvədə olan qanuna əsasən 63 yaşı tamam olduqdan sonra əmək pensiyasına çıxmalı olduğu xx xxxx 2050-ci il tarixədək ona hesablanacaq cəmi əmək haqqı 54.360 manat təşkil edəcəkdir. (453 ay x 120 manat = 54.360 manat). Bədbəxt hadisə nəticəsində əmək haqqı şəklində itirmiş olduğu həmin məbləğ müqabilində belə, cavabdeh təşkilat ona cəmi 15.000 manat pul ödəmişdir. Halbuki yuxarıda göstərildiyi kimi, cavabdeh təşkilatda işə başlayana qədər olan dövrdə tikinti sahəsində işləməklə aylıq əmək haqqı təqribən 600-700 manat olmuşdur. Bədbəxt hadisə baş verməsəydi normal əmək fəaliyyəti göstərər, digər iş yerlərində çalışmaqla hər ay minimum 500 manat əmək haqqı qazanacaqdı və yaşa görə əmək pensiyasına çıxdığı tarixədək 37 il 8 ay əmək fəaliyyəti göstərib qazanacağı əmək haqqı cəmi 226.000 manat təşkil edəcəkdi (452 ay x 500 manat = 226.000 manat). Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi İddiaçı əvvəlki iddia tələbində də hazırkı iddiasının predmetini təşkil edən maddi zərər, əldən çıxmış fayda və minimum əmək haqqı məbləğinin 100 faizi miqdarında aylıq müavinat təşkil edirdi. Məhkəmə aktları ilə müəyyən olunur ki, işə baxmış məhkəmə (Ali Məhkəmə) iddianı yalnız maddi zərərə görə 4.170,10 manat, mənəvi zərərə görə 25.000 manat pulun tutulub İddiaçı Sadiq oğluna verilməsini, qalan hissədə isə iddia ərizəsinin təmin olunmamasına qərara almışdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3423/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarı elan olunduqdan sonra, "Cavabdeh" MMC Oğuz rayon Məhkəməsində İddiaçı qarşı iddia qaldıraraq, İddiaçı Sadiq oğlu ilə iddiaçı Cavabdeh MMC arasında xx xxxxx 2013-cü il tarixdə bağlanmış “Razılaşma müqaviləsi”nin etibarsız hesab edilməsi və onun nəticəsi olaraq ödənilmiş 15000 (on beş min) manat pulun cavabdehdən tutularaq, iddiaçıya geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(054)-228/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçıla xx xxxxx 2013-cü il tarixdə bağlanmış “Razılaşma müqaviləsi” ləğv edilməklə ona ödənilmiş 15.000 (on beş min) manat, eləcə də 30 (otuz) manat dövlət rüsumu tutulmaqla, ümumiklikdə 15.030 (on beş min otuz) manat “xxxxxxxxx” MMC-yə ödənilməsi qət edilmişdir. İddiaçı Oğuz Rayon Məhəkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə razılaşmayaraq Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə mürəciət etmişdir və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(107)-2469/2019 saylı qətnaməsi ilə cavahdehin apellyasiya şikayəti təmin edilməmiş və Oğuz Rayon Məhəkəməsinin xx.xx.2019-cu il tarixli, 2(054)-228/2019 saylı qətnaməsini dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı Şəki Apellyasiya Məhkəməsinə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə razılaşmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayət: ilə müraciət etsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinnin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-1270/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(107)-2469/2019 saylı qətnaməsini dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə aktları ilə müəyyən olunur ki, İddiaçı istərsə əvvəlki iddiasının, istərsə hazırkı iddiasının predmetini təşkil edən halları, sübut və dəlilləri məhkəməyə bildirsə də, işə baxan məhkəmə instansiyaları həmin halları əsassız hesab etmiş və “xxxxxxxxx” MMC-nin iddiasını təmin etmişdir. Bu da öz növbəsində hesab edirik məhkəmə aktları ilə müəyyən olunan hallardır və hazırkı iş üçün prinsipial əhəmiyyət kəsb edir. Bu səbəbdəndir ki, cavabdeh İddiaçı “sağlamlığa vurulan zəzərə görə aylıq ödənclərin müəyyən edilib ödənilməsinə dair” iddia ərizəsi məhkəmənin qanuni qüvvəyə minmiş qərarları ilə qismən təmin edildiyindən, cavabdehin eyni məzmunlu iddiası ilə məhkəməyə müraciət etməsi əsassız və qanunsuzdur.Göstərilənləri nəzərə alaraq cavabdeh İddiaçı “Sağlamlıöa vurulan zərərə görə aylıq ödənclərin müəyəyn edilib edilməməsinə dair” iddia ərizəsi heç bir hüquqi əsasa və qanuna söykənmədiyindən həmin iddianın təmin olunmaması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə işdə iştirak edən idiaçını, onun nümayəndəsini dinləyib, cavabdehin etirazını və işin digər materiallarını araşdırıb,işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müyyən edilir ki, İddiaçı Sadiq oğlunun hazırkı iddiasının predmetini təşkil edən maddi zərər, əldən çıxmış fayda və minimum əmək haqqı məbləğinin 100 faizi miqdarında aylıq müavinatın təyin edilməsi tələbi ilə bağlı əvvəlki iddia tələblərində baxılmış və həmin hallara hüquqi qiymət verilmiş, iddiaçı yenidən Cavabdeh MMCdən müayinə və müalicə xərcləri, əldən çıxmış fayda və həmçinin minimum əmək haqqı məbləğinin 100 % miqdarında aylıq müavinətin müəyyən edilməsi tələbi ilə müraciət etsə də həmin tələblərin yenidən təmin edilməsinə əsas verən halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Sadiq oğlunun CavabdehMMC-yə qarşı Cavabdeh MMC-dən müayinə və müalicə xərcləri ilə bağlı 15000 manat, 24000 manat məbləğində əldən çıxmış faydanın tutularaq ödənilməsi, həmçinin minimum əmək haqqı məbləğinin 100 % miqdarında aylıq müavinətin müəyyən edilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar