Məhkəmə qərarları › İş №2(012)-3127/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3127/2021

30.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3127/2021 30.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir Rayon Məhkəməsinin 2(012)- 2213/2015 saylı, 13.10.2015-ci il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş 06.05.2007-ci il təvəllüdlü X5 və 19.11.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 80 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq cavabdehdən hər ay bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 2213/2015 saylı, 13.10.2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh tutulan alimentin məbləği artırılaraq 06 may 2007-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 80 (səksən) manat və 19 noyabr 2008-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 80 (səksən) manat müəyyən edilməsi qət edilmişdir. O, azyaşlı övladları ilə birlikdə yaşlı validenylərinin himayəsində yaşayır. Maddi vəziyyəti ürək açan deyil. Bir uşağa verilmiş 80 manat pulla mən övladlarının heç bir təlabatını ödəyə bilmir. Cavabdehdə qətnamədə göstərilən puldan əlavə ona bir manatda olsa, əlavə yardım göstərmir. Maddi cəhətdən əziyyət çəkdiyim üçün və övladlarının maddi xərclərini ödəyə bilmədiyi üçün alimentin artırılmasını istəyir. Ona görə də hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan AA2060426 №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 06.05.2007-ci ildə anadan olmuşdur. İş materiallarında olan AA2060425 №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 19.11.2008-ci ildə anadan olmuşdur. İş materiallarında olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 206588 №-li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah 14 yanvar 2015-ci il tarixində ləğv edilmişdir. İş materiallarında olan Mingəçevir Rayon Məhkəməsinin 2(012)-2213/2015 saylı, 13.10.2015ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh tutulan alimentin məbləği artırılaraq 06 may 2007ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 80 (səksən) manat və 19 noyabr 2008-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 80 (səksən) manat aliment müəyyən edilməsi qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmədə alimentin tələb olunan miqdarda cavabdeh tərəfindən ödəmək iqtidarında olması ilə bağlı sübutlar müəyyən edilmədiyindən, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini nəzərə alaraq məhkəmə hesab edir ki,alimentin miqdarı artırılaraq hər uşaq üçün 150 manat həddində müəyyən edilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPMnin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Mingəçevir Rayon Məhkəməsinin 2(012)-2213/2015 saylı, 13.10.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 06.05.2007-ci il təvəllüdlü X5 və 19.11.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar