Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3133/2021 04.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abaszadə Sevda Nizami qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbi barədə ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 31.05.2018-ci il tarixli 521946 saylı borc müqaviləsi üzrə 493 manat, 15.07.2018-ci il tarixli 522743 saylı borc müqaviləsi üzrə 445 manat, 25.11.2018-ci il tarixli MPK5678454 saylı borc müqaviləsi üzrə isə 514 manat, ümumilikdə 1452 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 31.05.2018-ci il tarixli 521946 saylı borc müqaviləsinə əsasən cavabdeh dəyəri 732 manat olan məişət avadanlığına görə ödənişlər etdikdən sonra kreditora 493 manat, 15.07.2018ci il tarixli 522743 saylı borc müqaviləsinə əsasən dəyəri 919 manat olan məişət avadanlığına görə ödənişlər etdikdən sonra kreditora 445 manat, 25.11.2018-ci il tarixli MPK5678454 saylı borc müqaviləsinə əsasən isə dəyəri 708 manat olan məişət avadanlığına görə ödənişlər etdikdən sonra kreditora 514 manat borcu qalmışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə 16.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və 20.04.2021-ci il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 31.05.2018-ci il tarixli 521946 saylı borc müqaviləsindən görünür ki, cavabdeh ümumi dəyəri 732 manat olan əşyanın dəyərindən ilkin ödəniş olaraq 30 manat ödəniş etmiş, qalan 702 manat məbləği 18 ay müddətinə aylıq 39 manat olmaqla kreditora ödəməyi öhdəsinə götürmüşdür. - Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 15.07.2018-ci il tarixli 522743 saylı borc müqaviləsindən görünür ki, cavabdeh ümumi dəyəri 919 manat olan əşyanın dəyərindən ilkin ödəniş olaraq 19 manat ödəniş etmiş, qalan 900 manat məbləği 15 ay müddətinə aylıq 60 manat olmaqla kreditora ödəməyi öhdəsinə götürmüşdür. - Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 25.11.2018-ci il tarixli MPK5678454 saylı borc müqaviləsindən görünür ki, cavabdeh ümumi dəyəri 708 manat olan əşyanın dəyərindən ilkin ödəniş olaraq 3 manat ödəniş etmiş, qalan 705 manat məbləği 15 ay müddətinə aylıq 47 manat olmaqla kreditora ödəməyi öhdəsinə götürmüşdür. -İddiaçı MMC tərəfindən verilmiş 30.09.2020-ci il tarixli 2519 saylı maliyyə arayışından görünür ki, Cavabdeh MMC-yə 31.05.2018-ci il tarixli 521946 saylı borc müqaviləsi üzrə 493 manat, 15.07.2018-ci il tarixli 522743 saylı borc müqaviləsi üzrə 445 manat, 25.11.2018-ci il tarixli MPK5678454 saylı borc müqaviləsi üzrə isə 514 manat, ümumilikdə 1452 manat borcu vardır. -23.12.2016-cı il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri M.Mirqasımov küçəsi 2D saylı evdə qeydiyyatdadır. - Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, İddiaçı MMC hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 72 saylı ev, VÖEN **********, qanuni təmsilçi X1 olmaqla 12.06.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İşin araşdırılan hallarından və tədqiq olunmuş sənədlərdən təsdiq olunur ki, cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri nəticəsində cəmi 1452 manat məbləğində əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan 28.01.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirib, yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Cavabdeh 31.05.2018-ci il tarixli 521946 saylı borc müqaviləsi üzrə 493 manat manat, 15.07.2018-ci il tarixli 522743 saylı borc müqaviləsi üzrə isə 445 manat, 25.11.2018-ci il tarixli MPK5678454 saylı borc müqaviləsi üzrə isə 514 manat, ümumilikdə 1452 manat borc və 30 manat dövlət rüsumu tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdeh 31.05.2018-ci il tarixli 521946 saylı borc müqaviləsi üzrə 493 (dörd yüz doxsan üç) manat, 15.07.2018-ci il tarixli 522743 saylı borc müqaviləsi üzrə 445 (dörd yüz qırx beş) manat və 25.11.2018-ci il tarixli MPK5678454 saylı borc müqaviləsi üzrə isə 514 (beş yüz on dörd) manat olmaqla, ümumilikdə 1452 (min dörd yüz əlli iki) manat borc və 30 (otuz) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3133/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3133/2021
04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver