Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3136/2021 12.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 12 iyul 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" QSC arasında bağlanmış 22.07.2019-cu il tarixli, 005A********** saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh "xxxx" QSC-nin xeyrinə 3.762,93 manat məbləğində kredit borcu, 19,89 manat məbləğində faiz borcu və 763,87 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4.546,69 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" QSC ilə 22.07.2019-cu il tarixdə bağladığı 005A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0,0833% olmaqla 60 ay müddətinə, müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3.762,933 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq dəfələrlə ödənişi yubatmış, müqavilə üzrə 24.08.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 0,003 manat ödəniş etmiş və onun iddiaçıya 3.762,933 manat məbləğində kredit borcu qalmışdır. Müqaviləyə əsasən faiz qaytarmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Buna görə də 10.03.2021-ci il tarixə 198 gün üçün hesablanmış faiz borcu 19.89 manat təşkil edir. Müqaviləyə əsasən borclu kredit və faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. Buna görə də 10.03.2021-ci il tarixə 198 gün üçün hesablanmış cərimə 793,97 manat təşkil edir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 22.07.2019-cu il tarixli, 005A********** nömrəli kredit müqaviləsindən və ödəniş planından müəyyən edilir ki, Cavabdeh "xxxx" QSC tərəfindən aylıq faiz dərəcəsi 0,0833% olmaqla 60 ay müddətinə, müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3.762,933 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan 08.04.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh iddiaçı "xxxx" QSC-yə 22.07.2019-cu il tarixli, 005A********** nömrəli kredit müqaviləsi üzrə 10.03.2021-ci il tarixinə olan borcu əsas məbləğ üzrə 3.762,93 manat, faiz borcu üzrə 19,89 manat, cərimə borcu üzrə 763,87 manat, cəmi borcu 4.546,69 manat təşkil edir. Mülki işin materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh 22.02.2021-ci il tarixdə borcun ödənilməsi barədə "xxxx" QSC tərəfindən xəbərdar olunmuşdur. Mülki işin materiallarında olan 12.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" QSC tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir; 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 22.07.2019-cu il tarixli 005A********** saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh 60 ay müddətinə aylıq 0,0833% dərəcəsi ilə 3.762,933 manat məbləğində kredit vermişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə onun banka 3.762,93 manat əsas borc, 19,89 manat faiz borcu, 763,87 manat cərimə borcu yaranmışdır. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 19 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 22.07.2019-cu il tarixli, 005A********** saylı kredit müqaviləsi ləğv edilməli, 22.07.2019-cu il tarixli, 005A********** saylı kredit müqaviləsi üzrə 3.762,93 manat əsas borc, 19,89 manat faiz borcu, 19 manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 3.831,82 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 22.07.2019-cu il tarixli, 005A********** saylı kredit müqaviləsi ləğv edilsin. 22.07.2019-cu il tarixli, 005A********** saylı kredit müqaviləsi üzrə 3.762,93 manat əsas borc, 19,89 manat faiz borcu, 19 manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 3.831,82 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3136/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3136/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver