Məhkəmə qərarları › İş №2(012)-3146/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3146/2021

28.09.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3146/2021 28.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı mərhum X3 hüquqi varisi X7 nümayəndəsi İddiaçı, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı mərhum X3 hüquqi varisi X7 Cavabdehnə qarşı “borcun silinməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə 28 sentyabr 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Bakı Regional Qazın Satış Departamenti tərəfindən qanunsuz olaraq ona hesablanmış 486 (dörd yüz səksən altı) manat cərimə pulunun ləğv edilməsi, ona dəymiş 500 (beş yüz) manat maddi ziyanın və 2500 (iki min beş yüz) manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı mərhum X3 hüquqi varisi X12 məhkəməyə iddia ərizəsinə əlavə ünvanlayaraq, Cavabdeh İB-nin Bakı Regional Qazın Satış Departamenti tərəfindən qanunsuz olaraq ona hesablanmış 486 (dörd yüz səksən altı) manat cərimə pulunun ləğv edilməsi, ona dəymiş 500 (beş yüz) manat maddi ziyanın və 2500 (iki min beş yüz) manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı mərhum X3 hüquqi varisi X7 nümayəndəsi İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, 19-cu məhəllə, ünvan 2 ünvanında yerləşən 37 saylı mənzili o, 2019-cu ilin avqust ayında X10 alqı-satqı yolu ilə almışdır. Həmin mənzildə avqust-sentyabr aylarında yaşayış olmamışdır. 22 sentyabr 2019-cu ildə çıxarılan və sonradan cərimə yazılan qaz sayğacı 22 sentyabr 2019-cu il tarixədək X13 adına olmuşdur. Cavabdeh İB-nin BRQSDİ ilə mərhum həyat yoldaşı X8 arasında qazın alqı-satqısı barədə AB-567 nömrəli müqavilə 23 sentyabr 2019-cu ildə yəni, cərimə yazılan qaz sayğacı çıxarılıb aparıldıqdan sonra bağlanmışdır. Mənzilin eyvanında olan qaz sayğacında zədələnmə izləri aşkar etdiyi üçün Cavabdeh İB-nin 104 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. 22 sentyabr 2019-cu ildə Cavabdeh İB- nin 3 nəfər əməkdaşı ünvana gələrək onun iştirakı ilə qaz sayğacına baxış keçirmiş və bu barədə akt tərtib olunmuşdur. Cavabdeh İB-nin əməkdaşları Bayram Aslanovun, Rizvan Abıyevin, Ceyhun adlı şəxsin və onun iştirakı ilə tərtib olunmuş ******* nömrəli aktda çıxarılan (dəyişdirirlən) sayğacın tipi, markası, nömrəsi göstərilməklə sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisinin eyni rəqəm-01668 kub.m olması müşahidə edilmiş və bu fakt aktda öz əksini tapmışdır. Aktda o da qeyd olunmuşdur ki, sayğacın batareyka yuvası zədələnib. Cavabdeh İB-nin əməkdaşları qaz sayğacını yenisi ilə əvəz etdikdən sonra çıxarılmış sayğacı özləri ilə aparmışlar. Sonradan həmin sayğac Cavabdeh İB-nin Metrologiya Departametinin labaratoriyasmda yoxlamadan keçirilmiş və bu barədə tərtib olunmuş aktda göstərilmişdir ki, “sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plombları element yuxasına vurulan plomla eynidir. Sayğacın element yuvasının qapağının ətrafında zədə izləri aşkar olundu. Sayğacın mexaniki hissəsi keçən qazın sərfiyyatını qeyd edir, lakin elektron hissə qeyd etmir, göstəricilər arasında fərq var. Sayğacın yaddaş arxivinin oxunması mümkün deyil. (B R Q S x D tərəfindən elektron göstərici düzgün qeyd olunmayıb)” Bundan sonra həmin akt əsasında 30 oktyabr 2019-cu ildə Cavabdeh İB-nin B R Q S D -nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş və qanunsuz olaraq, özbaşınalıq edilərək ona 486 (dörd yüz səksən altı) manat cərimə kəsilmişdir. Elə həmin günü Cavabdeh İB-nin B R Q S D tərəfindən saxta - 0249333 nömrəli akt tərtib olunmuş və orada göstərilmişdir ki, guya həmin akt onlara təqdim olunmuş və onlar akta imza etməkdən imtina etmişlər. Onu da bildirir ki, cərimə barədə onlara heç bir məlumat verilməmiş, yalnız 2021-ci ilin yanvar ayında hər dəfə qaz sayğacına pul köçürəndə 2- 3 manat məbləğində pul tutulduğunu bilmişlər. Bundan xəbər tutan kimi 2021-ci ilin yanvar ayında bu məsələnin araşdırılması və qanunsuz tətbiq edilmiş cərimənin ləğv olunması üçün yazılı ərizə ilə B R Q S D-nə müraciət etmişdir. Lakin, onun ərizəsi orada it-bata salıb maraqlanmamışdırlar. Bundan sonra 2-ci dəfə 2021-ci ilin fevral ayında bu məsələnin araşdırılması üçün yazılı ərizə ilə Cavabdeh İB-nin metrologiya Departamentinə müraciət etmişdir. Həmin departamentin laborotoriya müdiri Elmar Zeynalovla şəxsən görüşüb sözügedən sayğaca onun iştirakı ilə baxış keçirilməsini və müayinə olunmasını tələb etmişdir. Lakin o, sayğacın harayasa təhvil verilməsini bəhanə edərək onun bu tələbindən imtina etmişdir və onun ərizəsinə cavab verilməmişdir. Nəhayət 3-cü dəfə 03 mart 2021-ci il tarixində analoji ərizə ilə Cavabdeh İB-nin sədrinə müraciət etmişdir. 15 mart 2021-ci il tarixində tərtib edilmiş və yalnız 12 aprel 2021-ci ildə Abşeron Qaz satışı İdarəsində ona təqdim edilmiş cavab məktubunda hesablanmış cərimənin əsaslı olması və tərəfindən ödənilməli olduğu bildirilmişdir. O, “Azəriqaz’' İB-nin ona hesabladığı cərimə ilə razı deyil və bildirir ki, tətbiq olunan cərimə əsassızdır, qanunsuzdur. Belə ki, qaz sayğacına “Azəriqaz’* İB-nin 3 nəfər əməkdaşı ilə baxış keçirən zaman sayğacın mexaniki göstəricisi ilə elektron göstəricisinin eyni-01668 kub.m olduğu müəyyən edilmiş və bu tərtib olunan aktda öz əksini tapmışdır. Bundan əlavə “Azəriqaz*’ İBnin əməkdaşarı qaz sayğacına yüklənmiş qazın sərfıyyatının saldosunu çıxarıb və laborotoriyaya bunu təqdim etsəydilər görünərdi ki, 2018-ci ilin yanvar ayından yəni həmin mənzildə yaşayış olandan bəri mütəmadi olaraq hər ay sayğaca yükləmə olmuşdur və bu da onu sübut edir ki, qaz sayğacına heç bir müdaxilə olmamışdır və heç bir qaz itkisindən söhbət gedə bilməz. Qaz sayğacının üzərində zədələnmə izlərinin olmasına gəldikdə isə onu bildirir ki, həmin şəhərcikdə 28,35, 36 və 83-cü bloklarında (binalarda) qızlarının adına müxtəlif vaxtlarda 4 mənzil əldə etmişdir. (həmin mənzilləri tikinti şirkətindən yox, vətəndaşlardan almışdı).4 mənzildən 3-nün qapısı açıq, qırıq və təmirsiz olub. Hər 3 mənzildə qaz sayğacları yararsız və qırılmış vəziyyətdə olub. Hər dəfə Cavabdeh İB-nin şəhərcikdə daimi fəaliyyət göstərən əməkdaşlarını yararsız, qırıq sayğacları dəyişdirmək üçün çağırdıqda onlar məndən bunun üçün (yeni qaz sayğacı quraşdırmaq üçün) 400- 500 manat pul tələb ediblər. Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin öz hüquq və azadlıqlarını məhkəmələrdə müdafiə edilməsinə zəmanət verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu səbəbdən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X11 məhkəmədə izahatında bildirdi ki, sözügedən sayğac mənzilin daxilində yerləşir. Sayğaca baxış keçirilən zaman sayğacın elektron hissəsi zədələnmişdir. Bununla bağlı sayğac labaratoriyaya aparılmışdır. Labaratoriya rəyinə əsasən, sayğacda qüsur olduğu müəyyən edilmişd və buna görə cərimə hesablanmışdır. Odur ki, iddiaçının iddiası əsassızdır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan qazın alqı-satqısı barədə 23.09.2019-cu il tarixli, AB-567 nömrəli müqavilədən görünür ki, paylayıcı Cavabdeh İB-nin BRQSDİ bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı X1 qazla təmin etməyi, istehlakçı X8 isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı Cavabdeh İB-nin BRQSDİ tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 130844 saylı öülm haqqında şəhadətnamədən görünür ki, X8 07.12.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri 40 saylı Notariat Ofisinin 19 fevral 2021-ci il tarixli, 159 №-li məktubundan görünür ki, 02.09.1955-ci il tarixdə anadan olmuş, ölən günədək, yəni 07.12.2020-ci il tarixdək Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yaşamış mərhum X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı qızı X12 tərəfindən Bakı şəhəri 40 saylı notariat ofisinə müraciət daxil olmuş, tərəflərindən vərəsəlik işi açılmış və o, miras qoyanın vərəsəsi kimi tanınmışdır. Abşeron rayonu. Xırdalan şəhəri, Sumqayıt şossesi, 7 km, bina 1, blok 83, mənzil 35, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7 km, bina 1, blok 28. mənzil 37 və ünvan 4 ünvanında yerləşən mənzillərə dair X3 adına mülkiyyət hüququnu təsdiq edən sənədlər verildikdən sonra mərhumun vərəsələrinin dairəsi müəyyən edilərək vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.10.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, X6 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 19-cu məhəllə, ünvan 2 ünvanında yerləşən 37 saylı mənzilə quraşdırılmış abonent kodu **********02837 olan sayğaca baxış keçirilən zaman aşkar olunmuşdr ki, MSK-29/1710-029232 rəyinə əsasən, 08AZ**********6 sayğacın yaddaş arxivinin oxunması mümkün deyildir. İş materiallarında olan Cavabdeh Bakı X17 Departamenti tərəfindən verilmiş 28.09.2021-ci il tarixli, 1671 №-li sorğuya cavaba dair arayışından görünür ki, ünvan 5 ünvanında yaşayan Qızqayıt Babayevaya məxsus yaşayış evinin qaz xətti üzərində istismarda olmuş Gulf smart kart tipli G-4 markalı 08AZ**********6 zavod nömrəli qaz sayğacı 27.09.2019-cu il tarixində qaz buraxmadığı üçün eyni markalı **********0 zavod nömrəli qaz sayğacı ilə əvəzedilmişdir. Sayğac çıxarılan zaman sayğacın batareya yuvasının zədələnməsi aşkar edilmiş və bu barədə tərtib edilmiş ******* nömrəli aktda müvafiq qeydiyyat aparılmışdır. Çıxarılmış G-4 markalı 08AZ**********6 zavod nömrəli qaz sayğacı növbədənkənar Dövlət yoxlamasına göndərilmiş və yoxlamanın nəticəsinə əsasən sayğaca müdaxilə faktı aşkar edilmişdir. Bu barədə Azəriqaz İB-nin “Metrologiya” Departamentinin 29/1710-2923-2 nömrəli 21,10.2019-cu il tarixli aktı tərtib edilmişdir. İstismara yararsız hesab edilmiş G-4 markalı 08AZ**********6 zavod nömrəli qaz sayğacı 2020-ci ilin fevral ayında silinməsi məqsədilə Azəriqaz İB-nin Anbar Təsərrüfatı idarəsinə təhvil verilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, mərhum X3 hüquqi varisi X7 Cavabdehnə borcunun silinməsi tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən X6 əsassız olaraq 30.10.2019-cu il tarixli, ******* saylı akt tərtib edilərək 486 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə tərəfindən obyektiv həqiqətə nail olmaq üçün məhkəmə tərəfindən cavabdeh şirkətə 13 sentyabr 2021-ci il tarixdə sorğu ünvanlayaraq, mülki işlə əlaqədar zərurət yarandığından məhkəmə-texniki eskpertizası keçirilməsi məqsədi X3 adına qeydiyyatdan keçmiş 08AZ**********6 saylı sayğacın məhkəmənin 24.09.2021-ci il tarixli iclasına qədər məhkəməyə təqdim edilməsini xahiş etmiş, lakin iş materiallarında olan Cavabdeh Bakı X17 Departamenti tərəfindən verilmiş 28.09.2021-ci il tarixli, 1671 №-li sorğuya cavaba dair arayışından ünvan 5 ünvanında yaşayan Qızqayıt Babayevaya məxsus yaşayış evinin qaz xətti üzərində istismarda olmuş Gulf smart kart tipli G-4 markalı 08AZ**********6 zavod nömrəli qaz sayğacı 27.09.2019-cu il tarixində qaz buraxmadığı üçün eyni markalı **********0 zavod nömrəli qaz sayğacı ilə əvəzedilməsi, sayğac çıxarılan zaman sayğacın batareya yuvasının zədələnməsinin aşkar edilməsi, bu barədə tərtib edilmiş ******* nömrəli aktda müvafiq qeydiyyat aparılması, çıxarılmış G-4 markalı 08AZ**********6 zavod nömrəli qaz sayğacı növbədənkənar Dövlət yoxlamasına göndərilməsi və yoxlamanın nəticəsinə əsasən sayğaca müdaxilə faktı aşkar edilməsi, bu barədə Azəriqaz İB-nin “Metrologiya” Departamentinin 29/1710-2923-2 nömrəli 21,10.2019-cu il tarixli aktı tərtib edilməsi, istismara yararsız hesab edilmiş G-4 markalı 08AZ**********6 zavod nömrəli qaz sayğacı 2020-ci ilin fevral ayında silinməsi məqsədilə Azəriqaz İB-nin Anbar Təsərrüfatı idarəsinə təhvil verilməsi göstərilməklə məhkəməyə təqdim edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, sorğuya cavabda yuxarıda göstərilən hallar G-4 markalı 08AZ**********6 zavod nömrəli qaz sayğacının məhkəməyə təqdim edilməməsi üçün əsas sayıla bilməz,həmin halları və sözügedən sayğacın işə baxılan dövrdə mövcud olmadığını təstiq edən sübutlar məhkəməyə təqdim olunmamış, belə olan halda sayğacda yaranan qüsurun iddiaçının təqsirli hərəkətləri nəticəsində baş verməsini müəyyən etmək mümkün deyildir, halbuki qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Məhkəmə iddia tyələbinin iddiaçı dəymiş 500 (beş yüz) manat maddi ziyanın və 2500 (iki min beş yüz) manat mənəvi ziyanın cavabdeh şirkətdən tutularaq ona ödənilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı özünün izahatından və subyektiv mülahisəsindən başqa məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etmədiyindən məhkəmə izahatın bu hissəsinə tənqidi yanaşaraq hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən abonent kodu-**********02837 olan, Abşeron rayonu, Xırdalan şəhəri, 19cu məhəllə, ünvan 2 ünvanında yerləşən 37 saylı mənzilə quraşdırılmış qaz sayğacına görə 30.10.2019-cu il tarixli, ******* saylı akt üzrə hesablanmış 486 manat cərimə silinsin. İddia tələbi iddiaçı mərhum X3 hüquqi varisi X9 dəymiş 500 (beş yüz) manat maddi ziyanın və 2500 (iki min beş yüz) manat mənəvi ziyanın ödənilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar