Məhkəmə qərarları › İş №2(012)-3159/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3159/2020

30.07.2020 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3159/2020 30.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiqoğlu, Kreditor Borclu qarşı əmr icraatı qaydasında aliment tələbinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: KreditorBorclu qarşı əmr icraatı qaydasında aliment tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2010-cu ildə doğulmuş X1 üçün hər ay 170 manat sabit pul məbləğində alimentin Borclu tutularaq ona verilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə olduğu üçün sübutlar məhkəmə iclasında tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən işə əmr icraatı qaydasında tam, obyektiv və hərtərəfli baxıla bilməz. Bu səbəbdən də, işə iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 276.1-ci maddəsinin tələbinə görə, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Kreditorun tələbinin aşkar olması dedikdə, məhkəmə əmrinin verilməsi haqqında ərizəyə əlavə olunmuş sübutların məhkəmə iclasında tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən kreditor tərəfindən irəli sürülən pul məbləğinin alınması və ya əmlakın tələb edilməsinə dair tam əsaslığının məhkəmə üçün aşkar olması başa düşülməlidir. Tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması dedikdə isə, burada mübahisəsiz olan bütövlükdə hüquq münasibətləri deyil, yalnız borclunun müəyyən pul məbləğini ödəmək və ya əmlakı vermək vəzifəsidir ki, bu da kreditorla borclu arasında olan hüquq münasibətlərinin yalnız bir ünsürünü təşkil edir. Ona görə də borclunun müəyyən pul məbləğini ödəmək və ya əmlakı vermək vəzifəsinin və yaxud belə bir vəzifənin mövcudluğunun hər hansı bir formada tam və ya qismən mübahisələndirilə bilməsi işə əmr qaydasında baxılmasını istina edir. Bu halda işə iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 279.2.3-cü maddəsinə əsasən, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Kreditora izah edilməlidir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 276, 279, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Kreditor Borclu qarşı əmr icraatı qaydasında aliment tələbinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Kreditora izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina haqqında qərardaddan şikayət verilə bilməz. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar