Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3168/2020 04.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Abşeron Rayon Məhkəməsinin 2(012)- 1655/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş xx xxxx 2018-ci il tarixdə anadan olmuş Nuriyev Ömər Əhəd oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında və 31 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək cavabdehdən hər ay bir uşaq üçün 170 manat sabit pul məbləğində aliment və Nuriyev Ömər Əhəd oğlu 3 yaşına çatana qədər onun maddi ehtiyaclarının qarşılanması üçün hər ay 100 manat pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı izahatında göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1655/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsinə görə birgə nikahdan olan xx xxxx 2018-ci il tarixdə anadan olmuş Nuriyev Ömər Əhəd oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında və 31 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.Lakin bu məbləğ uşağın ehtiyaclarının ödənilməsi üçün kifayət etmir.Cavabdeh isə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də sürücü vəzifəsində çalışmış və aylıq əmək haqqı 516,10 manat təşkil etmişdir Lakin cavabdeh işdən ayrılmış və alimenti ödəməmişdir. Hal-hazırda müəyyən edilmiş aliment uşağın ehtiyaclarının ödənilməsi üçün kifayət etmir.Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1655/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə arasında xx xxxx 2017-ci il tarixdə bağlanmış nikah pozulmuş və birgə nikahdan doğulmuş Nuriyev Ömər Əhəd oğlunun iddiaçının himayəsində qalması və övladının yetkinlik yaşına çatanadək əmək haqqından aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə icraya yönəldiyi gündən bu günədək valideyn kimi üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirmiş, alimentin ödənilməsi ilə bağlı hər hansı bir gecikmə etməmişdir. Ədliyyə Nazirliyi Ağdam rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli,74557 saylı arayışdan göründüyü kimi 2020-ci ilin may ayınadək borcu yoxdur. Bundan əlavə 2020-ci ilin iyun ayında 100, iyul ayında isə 100 manat aliment ödənişi etmişdir. Hazırda İddiaçı alimentin miqdarının dəişdirilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək ondan 170 manat miqdarında alimentin və iddiaçının maddi ehtiyaclarının qarşılanması üçün 100 manat miqdarında pulun tutulmasının xahiş etmişdir. O, Ağdam rayonundan məcburi köçkün olmaqla, Ağdam rayonu Qasımbəyli qəsəbəsində məskunlaşaraq yaşayır, əvvəllər əmək müqaviləsi əsasında işləyərək əmək haqqı aldığı halda hazırda işsizdir və çətin olan maddi vəziyyəti daha da ağırlaşmışdır. Bundan əlavə valideynləri də onun himayəsindədir. Yeni tipli pnevamaniya COVİD-19 koronavirusu pandemiyasının Respublikamızın ərazisində geniş yayılması və bununla bağlı rayonlardan Bakı şəhərinə giriş-çıxışa məhdudiyyətlərin qoyulması yeni iş tapmağına maneçilik törətməklə yanaşı maddi vəziyyətini daha da ağırlaşdırmışdır. Bir ata kimi övladının saxlanılmasından qərəzli olaraq yayınmır sadəcə maddi vəziyyətiylə əlaqədar əgər aliment artırılarsa ödəmək iqtidarında deyil. Həmçinin uşağın saxlanılması təkcə atanın deyil, ananın da borcudur. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən uşaqlar üçün yaşayış minimumu 170 manat nəzərdə tutulsa da qeyd olunan məbləğin yalnız ondan tutulması düzgün deyil. Həmin məbləğ ikisi arasında bölüşdürülməsi daha ədalətli olardı, onun kimi iddiaçının da övladını saxlama xərclərində iştirakı zəruridir. Övladı xx xxxx 2018-ci il təvəllüdlü Nuriyev Ömər Əhəd oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün əvvəlki kimi 110- 120 manat məbləğində aliment ödəyə bilər. Hazırda vəziyyəti ağır olduğundan alimentin artırılması onun üçün çox çətindir. İş materiallarında olan AZE seriyalı, AZ-İV 125789 №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Nuriyev Ömər Əhəd oğlu xx xxxx 2018-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinın 2(012)-1655/2019 saylı, xx xxx 2019cu il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında xx xxxx 2017-ci il tarixdə Ağdam rayon İHB–nin Kəngərli kənd İHD üzrə nümayəndəliyində bağlanmış 01 №-li akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş xx xxxx 2018-ci il təvəllüdlü Nuriyev Ömər Əhəd oğlunun anası ilə qalması, Cavabdeh xx xxxx 2018-ci il təvəllüdlü Nuriyev Ömər Əhəd oğlunun yetkinlik yaşına saxlanılması üçün hər ay qazancının(başqa gəlirinin) ¼ hissəsi miqdarında və 31 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İddiaçı tərəfindən cavabdehin qazancı və gəlirləri barədə məhkəməyə mötəbər sübut təqdim edilməməsinə baxmayaraq, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında sərgilədiyi mövqeyi nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği artılaraq 170 (yüz yetmiş) manat həddində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin Nuriyev Ömər Əhəd oğlu 3 yaşına çatana qədər onun maddi ehtiyaclarının qarşılanması üçün hər ay 100 manat pulun tutulması ilə bağlı qeyd edir ki, cavabdehin həmin məbləği ödəmək iqtidarında olması ilıə bağlı məhkəmədə sübutlar müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1655/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxx 2018-ci il təvəllüdlü Nuriyev Ömər Əhəd oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 170(yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. İddia tələbinin Nuriyev Ömər Əhəd oğlu 3 yaşına çatana qədər onun maddi ehtiyaclarının qarşılanması üçün hər ay 100 manat pulun tutulması hissəsi rədd edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3168/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3168/2020
04.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver