Məhkəmə qərarları › İş №2(012)-3171/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3171/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3171/2020 12.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşıborcun qaytarılması tələbinə dair mülki işə xx xxxxxxx 2020ci il tarixdə,Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıCavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciətedərək, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan aldığı 3000 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumu üçün 30 manatın Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh iddiaçının ona verdiyi 3000 manatı xx.xx.2019-cu il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, iddiaçı tərəfindən ona borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq olunsa da, cavabdeh borcunu qaytarmamışdır. Belə olan halda da məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, izahat verərək bildirdi ki, cavabdeh gözəllik salınlarından sifariş götürdükdən sonra iddiaçıdan aldığı malları ora verib, pullarnı yığaraq ona verməliydi. Həmişə də pul əksik gəlirdi. Cavabdeh 1700 manat pulu itirdikdən sonra iddiaçı onunla müqavilə bağlayıb. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini bildirib izahat verdi ki, aralarında pul vermək məsələsi olmayıb. Malların qarşılığında borc müqaviləsi bağlamışlar. Mallar satılıb və pullar qaytarılıb. Sifariş verib pulları yığırmışlar, iddiaçıya borcu qalmayıb. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarından olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh qızna 3000 manat məbləğində borc verir, sonuncu isə pul məbləğini xx.xx.2019-cu il müddətinə qaytarmağı öhdəsinə götürür. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki,cavabdeh tərəflər arasında imzalanan müqavilənin şərtlərini pozmuş, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Mülki işin materialları arasında cavabdehin borcunu ödədiyini təsdiq edən hər hansı bir sənəd yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı bağlanır. Həmin Məcəllənin 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanan xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3000 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.3-cü maddəsində göstərildiyi kimi tərəflər məhkəməyə lazımi sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini təqdim etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2014-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh əsas borc üzrə 3000 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar