Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3183/2022 20.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqlarımız 12 aprel 2006-cı il təvəllüdlü X1 və 15 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa onun xeyrinə tutulan alimentin məbləği 154 manatdan artırılaraq 250 manat olmaqla cəmi hər 500 manat müəyyən olunması və mediasiya xidməti haqqı kimi ödədiyim 50 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 01 oktyabr 2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan 12 aprel 2006-cı il təvəllüdlü X3 və 15 mart 2010-cu il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin 17 oktyabr 2016-ci il tarixli, 2(012)-4416/2016 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah ləğv edilmiş, birgə nikahdan anadan olmuş 12 aprel 2006-cı il təvəllüdlü X3 və 15 mart 2010-cu il təvəllüdlü X4 adlı uşaq onun himayəsində saxlanılmış və uşağın saxlanılması hər ay onun xeyrinə 234 manat məbləğində aliment tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2(012)-2228/2018 saylı qətnaməsinə əsasən təyin edilmiş alimentin məbləği artırılaraq 308 manat (hər uşaq üçün 154 manat) olmuşdur. Həmin qərarla tutulan aliment məbləği uşağın minimum tələbatının ödənilməsinə yetmir. Uşaq böyümüş, inkişaf etməsi üçün məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 (yüz doxsan üç) manat müəyyən edilmişdir. Həmin məbləğ də uşağın düzgün inkişafı üçün yetərli deyildir. Uşağın bütün qayğısını, ehtiyacını demək olar ki, mən çəkirəm. Uşağı həm təlim-tərbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçı üçün çox çətindir. Buna görə də alimentin artırılması ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə prosesində iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəbin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh uşaqlarının hər biri üçün 200 manat aliment ödəməyə razı olması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-2228/2018 saylı qiyabi qətnaməsinin surətindən görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(012)-4752/2016 saylı qətnaməsi ilə tutulması qət edilmiş alimentin məbləği artırılmış və Cavabdeh 12 aprel 2006-cı il təvəllüdlü X1 və 15 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, alimentin artırılmış (dəyişdirilmiş) miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulması qət edilmişdir. -Nikahın pozulması haqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 12 sentyabr 2016-cı il tarixdə ləğv edilmişdir. -Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 12 aprel 2006-cı il təvəllüdlü X3 və 15 mart 2010-cu il təvəllüdlü X4 doğulmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahlarından 12 aprel 2006-cı il təvəllüdlü X3 və 15 mart 2010-cu il təvəllüdlü X4 anadan olmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-2228/2018 saylı qiyabi qətnaməsinə əsasən, Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(012)-4752/2016 saylı qətnaməsi ilə tutulması qət edilmiş alimentin məbləği artırılmış və Cavabdeh 12 aprel 2006-cı il təvəllüdlü X1 və 15 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, alimentin artırılmış (dəyişdirilmiş) miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulması qət edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqlarımız 12 aprel 2006-cı il təvəllüdlü X1 və 15 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa onun xeyrinə tutulan alimentin məbləği 154 manatdan artırılaraq 250 manat olmaqla cəmi hər 500 manat müəyyən olunması və mediasiya xidməti haqqı kimi ödədiyim 50 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh uşaqlarının hər biri üçün 200 manat aliment ödəməyə razı olması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Abşeron rayon Məhkəməsinin qətnaməsi ilə tutulmuş alimentin miqdarı olan 154 manat hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi qeyd olunan məhkəmə qətnaməsi ilə uşaqların saxlanması üçün 154 manat aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə həmin uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, 154 manat aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşağın saxlanması üçün yetərli hesab edilə bilməz. İddiaçı tələb etdiyi hər ay, hər bir uşaq üçün 250 manat olmaqla cəmi 500 manat sabit pul məbləğində alimentin cavabdehin ödəməyə imkanının olub-olmamasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, o, buna dair hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı təyin edilərkən, 2022-ci il üçün uşaqların yaşayış minimumunun 193 manat məbləğində nəzərdə tutulmasını da əsas götürərək, alimentin məbləğinin artırılaraq hər ay hər bir uşaq üçün 200 manat, cəmi 400 manat müəyyən edilməsini lazım bilir. Bundan başqa məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-2228/2018 saylı qiyabi qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 12 aprel 2006-cı il təvəllüdlü X1 və 15 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulsun. Cavabdeh 50 manat dövlət rüsumuna görə dövlət nəfinə pul tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3183/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3183/2022
20.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver