Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3199/2022 12.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 aprel 2021-ci il tarixli kredit müqaviləsi ilə müəyyən edilən 12000 manat məbləğində pulun, dövlət rüsumu üçün ödənilmiş 126 manat pul olmaqla, cəmi 12126 manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, 23 aprel 2021-ci il tarixində onunla cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Aralarında bağlanmış kredit müqaviləsi notorial qaydada təsdiqlənmişdir. Müqavilənin birinci bəndinə əsasən o, Cavabdeh 12000 manat məbləğində pul borc vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən həmin borc məbləği xx.xx.2022-ci il tarixinə qədər tam olaraq ona qaytarılmalıdır. Lakin üstündən bu qədər müddət keçməsinə və onun cavabdehə dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq cavabdeh ondan aldığı 12000 manat pulu qaytarmaqdan imtina edir. Göründüyü kimi o, göstərdiyi humanist münasibətin qurbanı olmuşdur. Özünün də ehtiyac içində olduğu bir vaxtda belə vəziyyətə düşməyi onu məhkəməyə müraciət etmək məcburiyyətində qoymuşdur. Bundan başqa işin məhkəməyə verilməsi üçün də dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən çəkilmiş xərclərin də cavabdehdən alınaraq ona qaytarılmasını tələb edir. Bundan əlavə cavabdeh hazırda istintaq təcridxanasındadır. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Bakı İstintaq Təcridxanasında olduğundan məhkəmə tərəfindən sənədlər rəsmi qaydada istintaq təcridxanasına göndərilərək, iddia ilə bağlı etiraz və ya mülahizəsinin Abşeron Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Cavabdeh iddiaya münasibət bildirilərək ərizə ünvanlamış və ərizədə bildirmişdir ki, o, İddiaçı ilə xx.xx.2021-ci il tarixində borc müqaviləsi bağlamış və bağladığı müqaviləyə məsuliyyətlə yanaşaraq iddiaçının öz razılığı ilə xx.xx.2021-ci il tarixində 1000 (min) manat, xx.xx.2021-ci il tarixində 1000 (min) manat pulu İddiaçı məxsus bank kartına terminal vasitəsilə ödəniş etmişdir. xx.xx.2021-ci il tarixində həbs edilməsi ilə əlaqədar olaraq ödənişlər edə bilməmişdir. Ödəniş qəbzləri saxlanılır və sübut kimi məhkəməyə təqdim edəcəkdir. Hal-hazırda təcridxanada olduğu üçün ödəniş qabiliyyəti olmadığından məhkəmənin dayandırılmasını xahiş etmişdir. İş materiallarında olan 23 aprel 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 12000 manat məbləğində pulu verməyi, Cavabdeh isə həmin məbləği xx.xx.2022-ci il tarixinədək İddiaçı qaytarmağı öz öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisə edilməyən hallarından məlum olur ki, 23 aprel 2021-ci il tarixli kredit müqaviləsinə əsasən, borc verən İddiaçı borc alan Cavabdeh 12000 manat məbləğində pulu verməyi, Cavabdeh isə həmin məbləği xx.xx.2022-ci il tarixinədək İddiaçı qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini pozmuş və borcunu ödəməmişdir. Cavabdehin iddiaçıdan borc alması və pulun ödənilməməsi halı Cavabdeh tərəfindən yazılaraq istintaq təcridxanasından göndərilmiş ərizə ilə də öz təsdiqini tapır. Cavabdeh məhkəməyə ünvanladığı mülahizədə xx.xx.2021-ci il tarixində 1000 (min) manat, xx.xx.2021-ci il tarixində 1000 (min) manat pulu İddiaçı məxsus bank kartına terminal vasitəsilə ödəniş etdiyini göstərmiş,lakin həmin halı təstiq edən sübutları əlavə etmədiyi üçün,məhkəmə həmin xüsusata tənqidi yanaşmışdır. Odur ki, Cavabdeh sözügedən müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən, məhkəmə hesab edir ki, Cavabdeh 12000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 126 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 12000 manat pul və dövlət rüsumu üçün ödənilmiş 126 manat olmaqla, cəmi 12126 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3199/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3199/2022
12.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver