Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3219/2025 28.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Abşeron Rayonu Xırdalan Bələdiyyəsinin Cavabdeh qarşı «əmrlərin etibarsız hesab edilməsi və mükafat məbləğlərinin geri qaytarılması, həmçinin mövcud öhdəliklərin yalnız hazırki rəhbərliyə yönləndirilməsinin qarşısının alınması və məsuliyyətin düzgün bölgüsünün təmin edilməsi» barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, МÜƏYYƏNETDİ: İddiaçı Abşeron Rayonu Xırdalan Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş bələdiyyə sədri Cavabdeh tərəfindən vəzifə səlahiyyətlərini aşmaqla əsassız və şişirdilmiş məbləğdə verilmiş mükafatların vətəndaşlar X2 və X1, eyni zamanda bu mükafatların büdcə vəsaitlərinə zərər vurmasını nəzərə alaraq, qanunun tələbləri əsasında həmin əmrlərin etibarsız sayılması və verilmiş mükafat məbləğlərinin geri qaytarılaraq Xırdalan bələdiyyəsinin büdcəsinə yatırılmasını, həmçinin mövcud öhdəliklərin yalnız hazırki rəhbərliyə yönləndirilməsinin qarşısının alınması və məsuliyyətin düzgün bölgüsü üçün ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İV bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının bələdiyyələri inzibati orqandır. Odur ki, hazırki iddia tələbi Abşeron Rayonu Xırdalan Bələdiyyəsinin keçmiş sədri Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq bələdiyyə əməkdaşlarına mükafat verilməsinə dair qəbul edilmiş əmrlərin etibarsız sayılması ilə bağlı olduğundan hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyrimümkün olduğunu nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı Abşeron Rayonu Xırdalan Bələdiyyəsi sözügedən əmrlərin etibarsız sayılması barədə inzibati qaydada müvafiq məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh оlunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Abşeron Rayonu Xırdalan Bələdiyyəsinin Cavabdeh qarşı «əmrlərin etibarsız hesab edilməsi və mükafat məbləğlərinin geri qaytarılması, həmçinin mövcud öhdəliklərin yalnız hazırki rəhbərliyə yönləndirilməsinin qarşısının alınması və məsuliyyətin düzgün bölgüsünün təmin edilməsi» barədə iddia ərizəsindən iddianın yolverilməzliyinə görə imtina olunsun. İddiaçıya Abşeron Rayonu Xırdalan Bələdiyyəsinin keçmiş sədri Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq bələdiyyə əməkdaşlarına mükafat verilməsinə dair qəbul edilmiş əmrlərin etibarsız sayılması ilə bağlı inzibati qaydada müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3219/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3219/2025
28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver