Məhkəmə qərarları › İş №2(012)-3221/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3221/2024

09.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3221/2024 09.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «aliment borcunun tutulması və alimentin artırılması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırki vaxta qədər yığılmış 4000 manat məbləğində aliment borcunun, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2009cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, hər uşağa görə hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması və mediasiya üçün ödədiyi 50 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun iştirakı olmadan iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşağa görə hər ay 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbəğində aliment tutulması qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almış və icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə icra şöbəsinə göndərilmişdir. Qeyd edir ki, cavabdeh tərəfindən aliment icra olunmamış, hazırki vaxtda cavabdehin 4000 manat aliment borcu yaranmışdır. Göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, o, alimentin artırılmasına razı deyildir. Belə ki, o, təxminən 4-5 ildir ki, İddiaçı ilə birgə nikahdan olan övladlarını görmür. Qeyd edir ki, iddiaçı vaxtilə ona xəyanət etmişdir. O, məhkəmə tərəfindən müvafiq qətnamə əsasında təyin edilmiş aliment məbləğini ödəyə bilmir, buna baxmayaraq qızlarının saxlanması üçün iddiaçıya 06 dekabr 2023-cü il tarixdə 1500 manat pul vermişdir. Bildirir ki, o, onkoloji xəstəlikdən əziyyət çəkir. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin rədd edilməsini xahiş edir. İş materiallarında olan AA4432082 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından olan X6 xx.xx.2009-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan AA4432083 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından olan X7 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-511/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, X9 ilə Cavabdeh arasında 26 avqust 2008-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış və 576 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş 05 dekabr 2009-cu il təvəllüdlü X6 və 12 dekabr 2014-cü il təvəllüdlü X4 anası X5 yanında saxlanılması, Cavabdeh 05 dekabr 2009-cu il təvəllüdlü X6 və 12 dekabr 2014-cü il təvəllüdlü X4 anası X1 üçün 11 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 160 manat olmaqla ümumilikdə 320 manat sabit pul məbləğində alimentin X5 xeyrinə tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan X9 tərəfindən Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinə ünvanlanmış və notarial qaydada təsdiq olunmuş 18 aprel 2024-cü il tarixli ərizədən görünür ki, X2 Baxşəli Rəfayil oğlu tərəfindən ödənilən alimentin hesablanaraq ödənilməsinin 1 illik dayandırılmasına etiraz etmədiyini və razı olduğunu bildirmişdir. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-122/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hökm edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, bütün sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı və işin mübahisə edilməyən halları ilə müəyyyən edilir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-511/2021 saylı, 20 may 2021ci il tarixli qətnaməsi ilə Cavabdeh 05 dekabr 2009-cu il təvəllüdlü X6 və 12 dekabr 2014-cü il təvəllüdlü X4 anası X1 üçün 11 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 160 manat olmaqla ümumilikdə 320 manat sabit pul məbləğində alimentin X5 xeyrinə tutulması qət edilmiş,cavabdehin həmin qətnamə üzrə aliment borcu yığılmış, X9 Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinə ünvanlanmış və notarial qaydada təsdiq olunmuş 18 aprel 2024-cü il tarixli ərizəsi ilə Cavabdeh tərəfindən ödənilən alimentin hesablanaraq ödənilməsinin 1 illik dayandırılmasına etiraz etmədiyini və razı olduğunu bildirmiş,həmçinin Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-122/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bələliklə,işin faktiki hallarından göründüyü kimi,hal-hazırda alimentin artırılması cavabdehin hazırki maddi durumu ilə heç cür uyğunlaşmır, cavabdehin maddi vəziyyətində müsbətə doğru dəyişiklik olması ilə bağlı hər hansı bir hal müəyyən edilmir və hazırki tələb iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozisiya şərti ilə uzlaşmır,digər tələb isə qanuni qüvvəsi almış qətnamənin icrası daxilində həll olunmalı olduğundan,həmin tələb ilə bağlı məhkəmə hesab edir ki,iddiaçı subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bundan əlavə məhkəmə iddia tələbinin mediasiya üçün ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin xərc məhkəmə xərclərinə aid olmadığından, iddia tələbi bu hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar hazırkı məhkəmə üçün məcburi olmaqla yanaşı, həmin qətnamədə müəyyən edilmiş faktlar yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı hazırki vaxta qədər yığılmış 4000 manat məbləğində aliment borcunun, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, hər uşağa görə hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması və mediasiya üçün ödədiyi 50 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar