Məhkəmə qərarları › İş №2(012)-3223/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3223/2020

04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3223/2020 04.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron RayonMəhkəməsininhakimiMəmmədovElmanTofiqoğlu, X1 Kredit Təşkilatı «xxxxxxxx» MMC-ninCavabdehqarşı borcun tutulmasıbarədə kiçik mübahisələr üzrə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: X1 Kredit Təşkilatı «xxxxxxxx» MMC kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən, əsas məbləğ üzrə borc 1072,20 manat, xx xxxx 2020-ci il tarixə qədər hesablanmış və ödənilməmiş faiz borcu 0,00 manat, cərimə borcu 0,00 manat olmaqla, cəmi 1072,20 və 30 manat ödənilmiş dövlət rüsumunun X3 Təşkilatı «xxxxxxxx» MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. X1 Kredit Təşkilatı «xxxxxxxx» MMC iddia ərizəsində bildirmişdir ki, X3 Təşkilatı “X4” MMCnin Qovlar filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə xx xxxx 2020-ci il tarixə qədər aylıq qalıq borcun 0 % dərəcəsini tətbiq etməklə 2230 manat məbləğində kredit verilmişdir. BOKT “X2” MMCnin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxxxxxx” MMC-yə satılmışdır. Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bunlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx xxxx 2017-ci il tarixli, LD/17066/00023 saylı kredit müqaviləsidən görünür ki, X3 Təşkilatı «xxxxxxxx» MMC tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 0 % ödəmək şərtilə istehlak yönümlü 2230 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan X3 Təşkilatı «xxxxxxxx» MMC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun X3 Təşkilatı «xxxxxxxx» MMC-yə xx.xx.2020-ci il tarixə əsas məbləğ üzrə borc 1072,20 manat, hesablanmış və ödənilməmiş faiz borcu 0,00 manat, cərimə borcu 0,00 manat olmaqla, cəmi 1072,20 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh əsas məbləğ üzrə borc 1072,20 manat, hesablanmış və ödənilməmiş faiz borcu 0,00 manat, cərimə borcu 0,00 manat olmaqla cəmi 1072,20 manat (min yetmiş iki manat iyirmi qəpik) borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq X1 Kredit Təşkilatı «xxxxxxxx» MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar