Məhkəmə qərarları › İş №2(012)-3228/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3228/2022

09.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3228/2022 09.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1628/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, Cavabdeh xx.xx.2020-ci ildə anadan olmuş qızları X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 193 manat alimentin tutulub ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan onların xx.xx.2020-ci ildə X3 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün nikahları Abşeron rayon məhkəməsinin 07 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və xx.xx.2020-ci il təvəllüdlü qızları X1 üçün Cavabdeh hər ay sabit pul məbləğində 150 manat aliment tutulması qət edilmişdir. Cavabdeh 8 aydır ki, aliment ödəmir. Həmçinin cavabdeh qazidir və 380 manat müavinət alır. Hazırda cəmi 150 manat həcmində aliment uşağın təminatlarının normal ödənilməsi üçün yetərli deyildir. Cavabdeh müəyyən olunmuş aliment məbləğindən başqa uşağın saxlanılmasında heç bir maddi yardım göstərmir və onun problemləri ilə maraqlanmır. Onun hər ay hər uşağın saxlanması üçün 400 manata qədər xərci çıxır ki, bunun yarısı da cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh alimentdən başqa ona heç bir başqa köməklik göstərmir, nə də ki, uşağın mənəvi cəhətdən qayğısına qalır. Uşağın geyimini, ehtiyaclarını təmin etmək olduqca çətindir, hətta qeyri-mümkündür. Lakin, cavabdeh uşağın normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında ona hər hansı bir köməklik göstərmir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə görə valideynlər uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göstərilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, Abşeron rayon məhkəməsinin 07 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən, iddiaçıyla aralarında olan nikahın pozulması və birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat aliment ödəməsi qət edilmişdir. O, 3-cü qrup əlildir və 300 manat pensiya alır. Lakin o, "xxxx" ASC-dən kredit götürdüyü üçün aylıq pensiyasının 210 manatı bank tərəfindən tutulur. Odur ki, o, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt “ASAN Xidmət” X4 tərəfindən verilmiş AZ-İV № 499735 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X3 xx.xx.2020-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1628/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci ildə 5 saylı Bakı “ASAN Xidmət” X4 tərəfiindən nikahın bağlanması haqqında akt qeydləri kitbında 3749 № ilə qeyd edilməklə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2020-ci il təvəllüdlü X2 İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hə ay 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixində aparılan qiymətləndirilməyə əsasən, 3-cü dərəcə əlildir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, bütün sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi hazırki iş üzrə cavabdehin iddiaçıya hər ay 193 manat sabit pul məbləğində aliment ödəməsi real olmadığından faktiki olaraq onun imkanı xaricindədir. Belə ki, cavabdeh 3-cü qrup əlildir hə həmin əlilliyə görə pensiya alır,həmçinin cavabdehin maddi durumunda hər hansı bir dəyişiklik olması barədə məhkəmədə sübut müəyyən edilməmiş, h həmçinin ididaçının özü də məhkəmədə izahatında göstərmişdir ki, cavabdehin alimentin ödənilməsində gecikmələri olmuş və mövcuddur. Bu halın özü də cavabdehin maddi durumunda dəyiklik olmaması qənaətinə gəlməyə məhkəməyə əsas verir. Bundan başqa iş materiallarından görünür ki, cavabdehin "xxxx" ASC-yə kredit borcu vardır. Ona görə də məhkəmə qeyd olunanları məcmu halında qiymətləndirərək iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Abşeron Rayon Məhkəməsinin 2(012)-1628/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, Cavabdeh xx.xx.2020-ci ildə anadan olmuş qızları X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 193 manat alimentin tutulub ona ödənilməsi haqqında iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar