Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-323/2021 24.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Elçin Məmməd oğlu Kazımovun sədrliyi ilə, Yunuslu Elvin Kamil oğlunun katibliyi, İddiaçı və nümayəndəsi, vəkil X4, cavabdeh X11 və nümayəndəsi, Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər X15 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X15 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdeh X9 113,500 manat, digər cavabdeh X10 və X6 8000 manat məbləğində borc pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh X17 20 ildən artıq müddətdir ki, tanışdırlar. Sonuncu iddiaçıdan bir neçə dəfə rus pulunu borc almış, eyni zamanda iddiaçıya Bakı şəhəri, Yasamal rayonu, X27 küçəsi ev 16 ünvanında yerləşən iki mərtəbəli qeyri-yaşayış sahəsinin birinci mərtəbəsinin alqı-satqısı üçün 95000 ABŞ dolları miqdarında pul borcu qalmışdır. Digər Cavabdeh2 bilavasitə həmin əmlakla bağlı onların münasibətlərində iştirak edən şəxs olmuş və iddiaçıdan həmin şəxsin tanış olmasında yerlisi Vasif adlı şəxsin vasitəçiliyi olmuşdur. Bunun müqabilində iddiaçıdan 10000 manat məbləğində pul almışdır. İddiaçı həmişə iddiasını sübut etməyə çətinlik çəkmiş, amma cavabdeh X17 iddiaçıya qarşı pul tələbi irəli sürərkən ona 95000 ABŞ dolları məbləğində borclu olmasını faktiki olaraq etiraf etmişdir. Bununla bağlı Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin cinayət işinin rədd edilməsinə dair xx.xx.2020-ci il tarixli qərar vardır. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X27 küçəsi ev 16 ünvanında yerləşən iki mərtəbəli qeyri-yaşayış sahəsinin birinci mərtəbəsinin istifadəçisi və sahibi olduğu halda cavabdeh X3 Məsələləri Dövlət Komitəsinin bəzi əməkdaşları ilə qanunsuz hərəkətlərə yol verərək öz adına özəlləşdirmişdir. Əvvəllər iddiaçının sübutları kifayət etmədiyindən və X17 haqqı gizlətdiyindən iddialarını sübut etməkdə çətinlik çəkmişdir. Yuxarıda göstərilən qərar faktiki olaraq iş üzrə yeni hallar açır. Cavabdeh hüquqdan sui-istifadə etməklə iddiaçını çox çətin maddi vəziyyətə və əmlakı ilə bağlı əlverişsiz vəziyyətə salmış, mülki hüquqlarını pozmuş və onların mübahisələrinin məhkəmə qaydasında həlli mümkündür. Belə ki, cavabdehlərlə iddiaçının arasında işgüzar münasibətlər olmuşdur. Onların 2003-2005-ci illərdə tikiş sexi olmuş və malların satışından X11 iddiaçıya borcu qalmışdır. Qarşılıqlı razılaşmaya əsasən, iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, cavabdehlər isə üzərinə düşən öhdəliyi icra etməmişdir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı cavabdehlərdən, xüsusilə də Cavabdeh1 pullarını tələb etmiş olsa da, onun müraciətlərinə məhəl qoymamışdır. Cavabdeh X17 xx.xx.2015-ci il tarixində borcundan 7.000 manat, xx.xx.2016-cı il tarixdə 8.500 manat və xx.xx.2017-ci il tarixdə 12.000 manat və 2020-ci ilin mart ayında 4000 manat pul qaytarmışdır. Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 9 mərtəbəli binanın 1 və 2-ci mərtəbəsindəki 343,8 kv.metr qeyri-yaşayış sahəsi vardır və o, həmin əmlakı təcili surətdə satmaq istəyir. Digər cavabdehlər faktiki olaraq mülkiyyətlərində olan dəyərli əmlakları özgəninkiləşdirmişlər. Beləliklə, qeyd edilən normalardan və işin faktiki hallarından məlum olur ki, iddiaçı ilə cavabdehin işgüzar münasibətləri olmuşdur. Bu səbəbdən cavabdeh, iddiaçının inamından sui-istifadə edərək iş qurmaq adı ilə külli miqdarda pul vəsaiti almış, lakin, heç bir iş qurmamışdır. İddiaçı dəfələrlə cavabdehdən aldığı pulu geri qaytarmasını tələb etsə də, pulunu geri qaytarmamışdır. Odur ki, cavabdeh X9 113,500 manat, digər cavabdeh X10 və X6 8000 manat məbləğində borc pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbləri əsasında iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək bildirdi ki, iddia ərizəsinin nəticə hissəsində mexaniki olaraq yanlışlığa yol vermişdir. Həmin iş üzrə bir neçə nəfər şəxs ona borclu olduğu üçün belə yanlışlığa yol verilmişdir. İddia ərizəsinin təsviri hissəsində qeyd olunduğu kimi onun hazırki iddia tələbi X15 və Cavabdeh2 qarşı yönəldilmişdir. Odur ki, cavabdeh X9 113,500 manat, digər Cavabdeh2 10000 manat məbləğində borc pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı və nümayəndəsi, vəkil X12 iddia tələbini müdafiə edərək iddia ərizəsində və iddia ərizəsinə dəqiqləşmə barədə ərizədə göstərilənlərə uyğun məzmunda izahat verdilər və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə baxışında cavabdeh X17 iddia tələbinə etiraz ərizəsi təqdim edərək izahatında göstərdi ki, iddia ərizəsində qeyd edilən 113.500 manat məbləğində borc mövcud deyildir. Bu iddia məqsədli olaraq məhkəmə qətnaməsinin icrasını yubatmaq üçündür. Qeyd olunan əmlakla bağlı artıq 2 ildir ki, iddiaçı ilə mübahisələri davam edir və bu barədə məhkəmə aktları vardır. Məhkəmə qətnaməsi icraya yönəldiyindən, iddiaçının zəbt etdiyi əmlakı daha artıq müddət əlində saxlayıb, əsassız bəhrələnmək məqsədi daşıyır. Çünki, hazırki iddia birinci deyildir, iddiaçı artıq eyni iddia ilə dörd məhkəməyə müraciət etmişdir. O, iddia ərizəsində cavabdehlərin sırasında qeyd edilmiş Cavabdeh2, eləcədə pulun tutulmasını tələb etdiyi X16 və X13 tanımır. O, İddiaçı heç vaxt borc pul almamış və onunla ortaq biznes əməkdaşlığı olmamışdır. Əksinə, iddiaçı onu aldadıb əmlaka görə 95.000 manat beh pul almış və qaytarmamışdır. Belə ki, iddiaçı onu Bakı şəhəri, Yasamal rayonu, X27 küçəsi 16 ünvanda yerləşən ümumi sahəsi 346,8 kv.metr olan qeyri-yaşayış sahənin ona məxsus olduğuna inandırıb alqı-satqısına razılaşdırmışdır. Əmlakın dəyərini 190.000 ABŞ dolları məbləğə razılaşmış və yarı qiymətini, yəni 95.000 ABŞ dolları beh vermişdir. Razılaşmaya əsasən iddiaçı 2 ay müddətinə obyektin sənədlərini qaydasına qoyub satqını rəsmiləşdirməli idi. Lakin, iddiaçı müxtəlif bəhanələr ilə məsələnin həllini uzatmış və sonunda verdiyi vədə əməl etməmişdir. Ona görə də, məcburiyyət qarşısında qalaraq, qeyd olunan əmlakı onun əsil sahibindən çıxarılmış hərracdan tam əvəzini ödəməklə satın almış və qeyd olunan qeyriyaşayış sahəsi hazırda onun mülkiyyətindədir. Lakin İddiaçı həmin obyekti ona satmaq adı ilə beh aldığı 95.000 ABŞ dollarının qaytarılmasını təmin etməməklə yanaşı, həm də mülkiyyətçi olaraq iradəsinə zidd olaraq əmlakı qanunsuz istifadə etməyə davam etdiyindən, ona qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-5133/2018 saylı qətnaməsinə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X27 küçəsi 16 ünvanda yerləşən 346,8 kv.m. qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsini boşaldılıb ona təhvil verilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Eyni zamanda iddiaçı Dövlət Əmlak Komitəsinə və ona qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmış, adı çəkilən qeyri-yaşayış sahəsinə dair adına aparılmış özəlləşdirmənin və qeydiyyat sənədlərinin ləğvini tələb etmişdir. Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçının iddiası rədd edilmişdir. İddiaçı hər dəfə iddianın təmini tədbiri ilə bağlı ərizə verərək, məhz Bakı şəhəri, Yasamal rayonu, X27 küçəsi 16 ünvanında yerləşən 346,8 kv.m. qeyri-yaşayış sahəsinin boşaldılmasının qadağan edilməsini xahiş edərək, məhkəmələri aldatmış, bununla bağlı əldə etdiyi qərardadı Yasamal rayon icra və probasiya şöbəsinə təqdim edərək, icranın dayandırılmasına nail olmuşdur. Belə ki, Yasamal Rayon Məhkəməsinin qətnaməsinin icrası üçün icra məmurunun qərarını aldıqdan sonra İddiaçı ona və qeyrilərinə qarşı pul tələbi ilə bağlı Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış, ondan 104.500, digər cavabdeh X1 isə 8.000 manat məbləğində pul tələb etmişdir. Eyni zamanda iddianın təmin edilməsi üçün ərizə təqdim etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-7230/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizəsi təmin edilərək, mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X27 küçəsi 16 ünvanda yerləşən 346,8 kv.m. qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi, habelə qeyri-yaşayış sahəsinin boşaldılması cavabdeh olaraq ona və başqalarına qadağan edilmiş, iddiaçı qərardadı təqdim edib icranı dayandırmışdır. Həmin qərardad ləğv ediləndən sonra, iddiaçı tərəf sonrakı məhkəmə iclaslarına gəlmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Daha sonra iddiaçı eyni iddia ilə Pirallahı Rayon Məhkəməsinə müraciət etmiş, burada yalnız cavabdehlərdən X5, Pirallahı rayonunda qeydiyyatda olan X14 dəyişdirmişdir. Eyni qayda ilə iddianın təmin edilməsi üçün eyni məzmunda ərizə vermişdir. Pirallahı Rayon Məhkəməsinin 2(094)-162/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilərək, mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X27 küçəsi 16 ünvanda yerləşən 346,8 kv.metr qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi, habelə qeyriyaşayış sahəsinin boşaldılması cavabdeh olaraq ona və başqalarına qadağan edilmişdir. Həmin qərardad Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5162/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə ləğv edilmiş və yenidən baxılması üçün Pirallahı Rayon Məhkəməsinə göndərilmişdir. İş hazırda həmin məhkəmənin icraatında baxış mərhələsindədir. Bundan sonra da, İddiaçı ona və qeyrilərinə qarşı pul tələbi ilə bağlı Cəlilabad Rayon Məhkəməsində iddia qaldırmış, cavabdeh ondan 113.500 manat, digər cavabdeh X16 və X7 müştərək olaraq 8.000 manat məbləğində pulun tutulub ona verilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı tərəfin iddianın təmin edilməsi barədə ərizəsi Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 1476/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilərək, mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair onun tərəfindən hər hansı hərəkətlərin edilməsi (satılması, boşaldılması, təmir edilməsi və ya özgəninkiləşdirilməsi) qadağan edilmişdir. Eyni qayda ilə həmin qərardadı icra zamanı təqdim edib, icranı təxirə salmağına nail olmuşdur. Cəlilabad Rayon Məhkəməsi iddianın təmini tədbiri barədə qərardadı ləğv etmiş və ərizəni rədd etmişdir. Bundan sonra İddiaçı Abşeron Rayon Məhkəməsinə eyni iddia ilə müraciət etmiş və istəyinə nail ola bilməmişdir. İddiaçının Cəlilabad Rayon Məhkəməsinə təqdim etdiyi eyni predmetli iddia ərizəsi hələ də icraatdadır və cavabdeh tərəf olaraq iddianın baxılmasında israrlıdır. Bundan əlavə, İddiaçı onu aldadıb əmlakını ələ keçirmək barədə şikayətinə Bakı şəhəri Yasamal RPİ-in 28-ci polis bölməsində baxılmış və mülki xarakterli olduğundan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxx 2020-ci il tarixdə qərar qəbul edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan obyekti satmaq üçün ondan 95.000 ABŞ dollar məbləğində beh alması sübutunu tapmışdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin məhkəmə aktının icrasına qəsdən maneçilik törətmək üçün məqsədli şəkildə məhkəmədə iddia qaldırmış İddiaçı barəsində xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh X17 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, İddiaçı qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş məhkəmə iclasına qəsdən gəlməməklə iclası yubadır. Odur ki, mülki işə İddiaçı iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında cavabdehin nümayəndəsi, Vəkil Cavabdeh1la eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, cavabdehin nümayəndəsi, Vəkil məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək izahatında göstərdi ki, iddiaçı X22 cavabdehlər X17 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Füzuli Əşrəfovdan 113.500 manat, digər cavabdehlər X10 və X6 isə 8.000 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Füzuli Əşrəfovdan 113.500 manat məbləğində pulun, Cavabdeh2 isə 10.000 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş etirazda iddiaçının iddia ərizəsində qeyd etdikləri yalan və uydurmadan başqa bir şey olmadığı, tələbin isə tamamilə qanunsuz və əsassız olmaqla məhkəmə qətnaməsinin icra olunmasının kecikdirilməsinin növbəti oyunlarından biri olduğunu göstərilmişdir. İddia ərizəsindən göründüyü kimi iddiaçı irəli sürdüyü tələblə bağlı iddia müddətini ötürmüşdür. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Buna görə də, iddia müddətinin tətbiq edilərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında digər Cavabdeh2 iddia tələbini qəbul edərək izahatında göstərdi ki, 2007-ci ildə o, İddiaçı 10000 manat məbləğində pul almış, atası xəstə olduğu və digər şəxsi problemlərinə görə həmin pulu xərcləmişdir. Əgər İddiaçı ona vaxt versə, həmin pulu geri qaytarmaq niyyətindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 izahatında göstərdi ki, əvvəllər X17 ilə qonşu olmuş və münasibətləri həmişə yaxşı olmuşdur. Füzulinin qeyri-yaşayış sahəsi almaq istədiyini bilmişdir. Sonuncu qeyri-yaşayış sahəsi tapandan sonra 190.000 ABŞ dolları pul müqabilində həmin yeri almışdır. O, tikiş sexi işlətdiyi üçün Füzuli ondan daima mallar almış, malların bəzilərini nisyə olaraq götürmüş və sonradan isə pullarını ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib belə hesab edir ki, iddia cavabdeh Füzuli Əşrəfova qarşı rədd, digər Cavabdeh2 qarşı isə təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş Seriya RX, ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X27 küçəsi 16 ünvanda yerləşən 346,8 kv.metr qeyri-yaşayış sahəsi xx.xx.2018-ci il tarixdən cavabdeh X11 adına qeydə alınmışdır. İşdə olan X11 şikayəti əsasında toplanmış material üzrə Bakı şəhəri Yasamal RPİ-in 28ci polis bölməsinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, toplanmış fakt üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(004)-5133/2018 saylı qətnaməsindən görünür ki, X11 İddiaçı qarşı beh məbləğinin və əmlakın qanunsuz istifadədən geri qaytarılması tələbi qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X27 küçəsi 16 ünvanda yerləşən 346,8 kv.m. qeyri-yaşayış sahəsindən çıxarılması və sonuncunun həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq X15 təhvil verilməsi qət edilmişdir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(005)-3771/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı X15 və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı hərrac və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İşdə olan Pirallahı Rayon Məhkəməsinin 2(094)-162/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı X15 qarşı borc tələbinə dair iddiası əsassız olduğundan rədd olunması qət edilmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh2 İddiaçı 10000 manat məbləğində borc pul almış, cavabdeh qeyd edilən pul vəsaitini iddiaçıya ödəməyi öhdəsinə götürmüş, lakin üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Cavabdeh2 izahatından görünür ki, o, İddiaçı 10000 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Bundan əlavə, iş materiallarına əsasən İddiaçı ilə X17 arasında hər hansı yazılı müqavilənin bağlanması müəyyən olunmamışdır. Digər tərəfdən, istər iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman, istərsə də məhkəmə tədqiqatı zamanı İddiaçı tərəfindən cavabdeh X15 113.500 manat məbləğində pulun verilməsinə dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X25 Məhkəməsi “X2rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Cavabdeh X11 nümayəndəsi, Vəkil məhkəməyə ərizə təqdim edərək, iddiaçının iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddianın digər cavabdeh X15 aid hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Eyni Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. “Stanyo Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında Avropa Məhkəməsi müəyyən etmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (bax, Affaire Stagno c. Belgique, no. 1062/07, § 26, xx xxxx 2009-cu il). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, hazırki halda qətnamənin təsviri hissəsində şərh edilmiş digər əsaslarla yanaşı, iddia müddəti tətbiq edilməklə iddiadan imtina barəsində qərar vermək üçün əsas mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun qismən təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Cavabdeh2 10000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh2 tutulub İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia Cavabdeh2 aid hissədə təmin, digər cavabdeh X17 hissədə rədd edilsin. Cavabdeh2 10000 (on min) manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə verilsin. Qətnamə tərəflərə rəsmi təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-323/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-323/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver