Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3232/2024 11.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh maddi zərərin əvəzi olaraq 2422.61 manat məbləğində pul vəsaitinin və hüquqi yardıma görə 50 manat məbləğində xidmət haqqının alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ilə “X2” Bakı filialından kredit rəsmiləşdirilmişdir. Kredit müqaviləsinə əsasən, Cavabdeh əsas borclu qismində müəyyən olunmuş, həmin şəxsə zamin qismində isə İddiaçı müəyyən olunmuşdur. Nəticədə 2325 manat məbləğində pul vəsaiti restrukturizasiya olunmaqla, illik 1 % ödəmək şərtilə 5 il müddətinə verilmişdir. Kredit müqaviləsinin təminatı kimi zaminlik müqaviləsi imzalanmışdır. Abşeron rayon məhkəməsinin 2(012)-3653/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, cavabdehlər Cavabdeh və İddiaçı 2325 manat əsas borc, 53.82 manat faiz borcu olmaqla, cəmi 2378.82 manat məbləğində xx.xx.2022-ci il tarixinə olan kredit borcu və ödənilmiş 43,79 manat dövlət rüsumunun tutularaq “X2” Bakı filialına ödənilməsi qət edilmişdir. Adıçəkilən müqavilə borclu tərəfindən icra edilməmiş, nəticədə borcun məcburi tutulması barədə qərar qəbul olunaraq həmin borc məbləği iddiaçıdan tam şəkildə tutulmuşdur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iş materiallarına əlavə edilmiş “X2” Bakı filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2024-153 saylı arayışdan da göründüyü kimi, iddiaçı 2325 manat ödəniş etmişdir. Qeyd olunan məbləğdə pul vəsaitini çox çətinliklə ödəmiş, qarşı tərəf ödənişlə bağlı heç bir yardım göstərməmişdir. Uzun illərdir ki, cavabdeh dəfələrlə iddiaçıya yalan vədlər verərək borcunu ödəyəcəyini bildirmiş, lakin ödənişdən hər dəfə boyun qaçırdaraq yubatmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.2019-cu il tarixli 36 nömrəli Güzəştli kredit (Restrukturizasiya) müqaviləsindən görünür ki, sonuncuya illik kreditdən istifadə haqqı 1 % ödəmək şərtilə 5 il müddətinə 2325 manat məbləğində kredit verilmişdir. -xx.xx.2019-cu il tarixli 42 nömrəli Zaminlik müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli 36 nömrəli Güzəştli kredit (Restrukturizasiya) müqaviləsi üzrə öhdəliklərin təminatçısı kimi Cavabdeh zamin durmuşdur. -Abşeron rayon məhkəməsinin 2(012)-3653/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh və İddiaçı 2325 manat əsas borc, 53.82 manat faiz borcu olmaqla, cəmi 2378.82 manat məbləğində xx.xx.2022-ci il tarixinə olan kredit borcu və ödənilmiş 43.79 manat dövlət rüsumunun tutularaq “X2” Bakı filialına ödənilməsi qət edilmişdir. -“X2” Bakı filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2024-153 saylı arayışdan görünür ki, “X2” Bakı filialı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 2325 manat məbləğində bağlanmış Güzəştli kredit müqaviləsinin təminatı olan İddiaçı arasında həmin tarixdə Zaminlik müqaviləsi bağlanmışdır və bu kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilmişdir. Hal-hazırda bu Kredit müqaviləsi üzrə Zaminlik öhdəliyi qalmamışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı verilmiş 003356 nömrəli vəsiqənin surətindən görünür ki, vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir. -xx.xx.2024-cü il tarixdə saat 11:17-də ödənilmiş ********** saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmətə görə Bakı şəhəri 34 saylı Vəkil Bürosuna 50 manat pul vəsaiti ödənilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı ünvan 1 ünvanında, Cavabdeh isə ünvan 2i ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 36 nömrəli Güzəştli kredit (Restrukturizasiya) müqaviləsi üzrə 5 il müddətinə götürdüyü 2325 manat məbləğində kreditinin icrasını yerinə yetirməmişdir. Abşeron rayon məhkəməsinin 2(012)-3653/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh və İddiaçı 2325 manat əsas borc, 53.82 manat faiz borcu olmaqla, cəmi 2378.82 manat məbləğində xx.xx.2022-ci il tarixinə olan kredit borcu və ödənilmiş 43.79 manat dövlət rüsumunun tutularaq “X2” Bakı filialına ödənilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixli 42 nömrəli Zaminlik müqaviləsinə əsasən, zamin qismində İddiaçı isə həmin tarixli kredit müqaviləsi üzrə 2325 manat borcu “X2” Bakı filialına ödəmişdir. Hazırda iddiaçı ödədiyi həmin pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə iddia qaldıraraq təmin olunmasını məhkəmədən xahiş etmişduir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbi ilə bağlı Məhkəmə qeyd edir ki, işin araşdırılan hallarından, tədqiq edilmiş sübutlarla iddiaçının cavabdehin əvəzindən kredit müqaviləsi üzrə borcun tam ödənlməsi bankın verdiyi arayışda öz təsdiqini tapmışdır. İddiaçının qətnamədə göstərilən 2422.61 manat borcu cavabdehə qarşı reqress qaydada tələb etmək hüququ yaranmış və iddiaçı bu hüququndan istifadə edərək iddia ərizəsi ilə məhkəməyə pul tələbi ilə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli 36 nömrəli Güzəştli kredit (Restrukturizasiya) müqaviləsi üzrə 2325 manat məbləğindəki borc iddiaçı tərəfindən ödənildiyindən Cavabdeh həmin pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 509.1. maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlandırılacaq);
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun; 9.1.20-ci bəndinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4. bəndinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan 44.72 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə iddiaçı tərəfindən hüquqi xidmətə görə Bakı şəhəri 34 saylı Vəkil Bürosuna 50 manat pul vəsaiti ödənildiyindən və iddia tələbi tam təmin edildiyindən həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli, 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 150 və 216-236cı maddələrinə əsaslanaraq, məhkəmə
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 2422.61 (iki min dörd yüz iyirmi iki manat altmış bir qəpik) manat və hüquqi yardıma görə xidmət haqqı olaraq 50 (əlli) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh dövlət rüsumuna görə 44.72 (qırx dörd manat yetmiş iki qəpik) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov