Məhkəmə qərarları › İş №2(012)-3234/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3234/2021

05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3234/2021 05.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə 05 avqust 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.03.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********57910 olan Hoffmann X Prime markalı telefon üçün 72 manat ödənilməmiş hissə, 21 manat dəbbə pulu, 12.05.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann Paltaryuyan, Hoffmann Tozsoran üçün 684 manat ödənilməmiş hissə, 182 manat dəbbə pulu, 13.07.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********85853 olan Hoffmann X Prime markalı telefon üçün 220 manat ödənilməmiş hissə, 66 manat dəbbə pulu və 13.07.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann Soyducu, Hoffmann Led televizor üçün 1320 manat ödənilməmiş hissə, 316 manat dəbbə pulu olmaqla, ümumilikdə 2881 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 10.03.2019-cu il tarixli, 12.05.2019-cu il tarixli, 13.07.2019-cu il və 13.07.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********57910 olan Hoffmann X Prime markalı telefon, Hoffmann Paltaryuyan, Hoffmann Tozsoran, İMEİ Kodu **********85853 olan Hoffmann X Prime markalı telefon və Hoffmann Soyducu, Hoffmann Led televizor almış və nəticədə 2881 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və 10.03.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 288 olan İMEİ Kodu **********57910 olan Hoffmann X Prime markalı telefon üçün 72 manat ödənilməmiş hissə, 21 manat dəbbə olmaqla, cəmi 93 manat borcu yaranmışdır. 12.05.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 914 manat olan Hoffmann Paltaryuyan, Hoffmann Tozsoran üçün 684 manat ödənilməmiş hissə, 7 manat dəbbə pulu pulu olmaqla, cəmi 866 manat borcu yaranmışdır. 13.07.2019cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 306 manat olan İMEİ Kodu **********85853 olan Hoffmann X Prime markalı telefon üçün 220 manat ödənilməmiş hissə, 66 manat dəbbə pulu pulu olmaqla, cəmi 286 manat borcu yaranmışdır. 13.07.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1584 manat olan Hoffmann Soyducu, Hoffmann Led televizor üçün 1320 manat ödənilməmiş hissə, 316 manat dəbbə pulu olmaqla, cəmi 1636 manat borcu yaranmışdır. Cavabdehin ümumi olaraq 2881 manat borcu yaranmışdır. Onun cəmi ödədiyi məbləğ isə 4 müqavilə üzrə cəmi 796 manat təşkil edir. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan 10.03.2019-cu il tarixli, № 00555785 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********57910 olan Hoffmann X Prime markalı telefonu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 12.05.2019-cu il tarixli, № 00657419 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən Hoffmann Paltaryuyan, Hoffmann Tozsoranu qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür İş materiallarında olan 13.07.2019-cu il tarixli, № 00779358 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********85853 olan Hoffmann X Prime markalı telefonu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 13.07.2019-cu il tarixli, № 00779327 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən Hoffmann Soyducu, Hoffmann Led televizoru qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 08 aprel 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 10.03.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********57910 olan Hoffmann X Prime markalı telefon üçün 72 manat ödənilməmiş hissə və 21 manat dəbbə olmaqla, ümumilikdə 93 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə 12.05.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann Paltaryuyan, Hoffmann Tozsoran üçün 684 manat ödənilməmiş hissə və 7 manat dəbbə pulu olmaqla, ümumilikdə 866 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə 13.07.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********85853 olan Hoffmann X Prime markalı telefon üçün 220 manat ödənilməmiş hissə və 66 manat dəbbə pulu olmaqla, ümumilikdə 286 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə 13.07.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann Soyducu, Hoffmann Led televizor üçün 1320 manat ödənilməmiş hissə və 316 manat dəbbə pulu, ümumilikdə 1636 manat borcu vardır. Cavabdehin 4 müqavilə üzrə cəmi 2881 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 10.03.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 21 manat dəbbənin məbləği azaldılmalı, 2 manat müəyyən edilməli, 12.05.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 182 manat dəbbənin məbləği azaldılmalı, 18 manat müəyyən edilməli, 13.07.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 66 manat dəbbənin məbləği azaldılmalı, 7 manat müəyyən edilməli və 13.07.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 316 manat dəbbənin məbləği azaldılmalı, 32 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, iddia qismən təmin edilməli, Cavabdeh 10.03.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********57910 olan Hoffmann X Prime markalı telefon üçün 72 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, 12.05.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann Paltaryuyan, Hoffmann Tozsoran üçün 684 manat ödənilməmiş hissə, 18 manat dəbbə pulu, 13.07.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********85853 olan Hoffmann X Prime markalı telefon üçün 220 manat ödənilməmiş hissə, 7 manat dəbbə pulu və 13.07.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann Soyducu, Hoffmann Led televizor üçün 1320 manat ödənilməmiş hissə, 32 manat dəbbə pulu olmaqla, ümumilikdə 2355 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat məbləğində hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10.03.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********57910 olan Hoffmann X Prime markalı telefon üçün 72 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, 12.05.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann Paltaryuyan, Hoffmann Tozsoran üçün 684 manat ödənilməmiş hissə, 18 manat dəbbə pulu, 13.07.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********85853 olan Hoffmann X Prime markalı telefon üçün 220 manat ödənilməmiş hissə, 7 manat dəbbə pulu və 13.07.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann Soyducu, Hoffmann Led televizor üçün 1320 manat ödənilməmiş hissə, 32 manat dəbbə pulu olmaqla, ümumilikdə 2355 manat və dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar