Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3239/2021 03.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Abaszadə Sevda Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.04.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED televizor üçün 828 (səkkiz yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 248 (iki yüz qırx səkkiz) manat dəbbə, 18.06.2019-cu il tarixli müqaviləsinə əsasən, SAMSUNG Kinoteatr üçün 714 (yeddi yiiz on dörd) manat ödənilməmiş hissə, 214 (iki yüz on dörd) manat dəbbə, 27.07.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Paltaryuyan üçün 905 (doqquz yiiz beş) manat ödənilməmiş hissə, 274 (iki yüz yetmiş dörd) manat dəbbə pulu, ümumilikdə, 3183 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3213 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh, "xxxx" MMC ilə 01.04.2019-cu il, 18.06.2019-cu il və 27.07.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED televizor, SAMSUNG Kinoteatr, Samsung Paltaryuyan almış və nəticədə 3183 (üç min yüz səksən üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1281 (min iki yüz səksən bir) manat (18 ay x 69 manat + 39 manat ilkin ödəniş) Samsung LED televizor üçün ümumilikdə, 1076 (min yetmiş altı) manat olmaqla ondan, 828 (səkkizyüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 248 (iki yüz qırx səkkiz) manat dəbbə; 18.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 923 (doqquz yüz iyirmi üç) manat (18 ay x 51 manat + 5 manat ilkin ödəniş) SAMSUNG Kinoteatr üçün ümumilikdə, 928 (doqquz yüz iyirmi səkkiz) manat olmaqla ondan, 714 (yeddi yüz on dörd) manat ödənilməmiş hissə, 214 (iki yüz on dörd) manat dəbbə; 27.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1103 (min yüz üç) manat (18 ay x 61 manat + 5 manat ilkin ödəniş) Samsung Paltaryuyan üçün ümumilikdə, 1179 (min yüz yetmiş doqquz) manat olmaqla ondan, 905 (doqquz yüz beş) manat ödənilməmiş hissə, 274 (iki yüz yetmiş dörd) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 860 manat təşkil edir. Cavabdehə iddiaçı tərəfindən edilmiş müraciətlər heç bir nəticə verməmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01.04.2019-cu il tarixli 00593309 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 18 aya 69 manat aylıq icarə haqqı + 39 manat ilkin ödəniş ödəmək şərti ilə Samsung LED televizor almışdır. -01.04.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 00593309 nömrəli müqaviləyə əsasən Samsung LED televizoru "xxxx" MMC-dən tam qüsursuz halda təhvil almışdır. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18.06.2019-cu il tarixli 00730013 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 12 aya 51 manat aylıq kredit haqqı + 5 manat ilkin ödəniş ilə Samsung Kinoteatr almışdır. -18.06.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 00730013 nömrəli müqaviləyə əsasən Samsung Kinoteatrı "xxxx" MMC-dən tam qüsursuz halda təhvil almışdır. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27.07.2019-cu il tarixli 00808742 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 18 aya 61 manat aylıq kredit haqqı + 5 manat ilkin ödəniş ilə Samsung Paltaryuyan almışdır. -27.07.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 00808742 nömrəli müqaviləyə əsasən Samsung Paltaryuyanı "xxxx" MMC-dən tam qüsursuz halda təhvil almışdır. -11 sentyabr 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada yerinə yetirilməmiş, sonuncu hal-hazıra qədər 860 manat ödəniş etmiş, nəticədə onun aldığı Samsung LED televizor üçün 828 (səkkiz yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 248 (iki yüz qırx səkkiz) manat dəbbə, SAMSUNG Kinoteatr üçün 714 (yeddi yiiz on dörd) manat ödənilməmiş hissə, 214 (iki yüz on dörd) manat dəbbə, Samsung Paltaryuyan üçün 905 (doqquz yiiz beş) manat ödənilməmiş hissə, 274 (iki yüz yetmiş dörd) manat dəbbə pulu, ümumilikdə, 3183 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3213 manat borc təşkil etmişdir. -13 avqust 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx"MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu qısa bir zamanda ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin); 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə iş materiallarında olan sənədlərdən və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-dən yuxarıda qeyd olunan müqaviləyə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə Samsung LED televizor, SAMSUNG Kinoteatr, Samsung Paltaryuyan almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən hər üç müqavilə üzrə əsas borca müqavilədə nəzərdə tutulmuş qaydada dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış 01.04.2019-cu il tarixli 00593309 nömrəli müqavilə üzrə 828 manat ödənilməmiş hissə üzrə hesablanmış 248 manat məbləğində cərimənin azaldılaraq 10 manat, 18.06.2019-cu il tarixli 00730013 nömrəli müqavilə üzrə 714 manat ödənilməmiş hissə üzrə hesablanmış 214 manat məbləğində cərimənin azaldılaraq 10 manat və 27.07.2019-cu il tarixli 00808742 nömrəli müqavilə üzrə 905 manat ödənilməmiş hissə üzrə hesablanmış 274 manat məbləğində cərimənin azaldılaraq 10 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. 11 sentyabr 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 01.04.2019-cu il tarixli 00593309 nömrəli müqaviləsinə əsasən Samsung LED televizor üçün 828 (səkkiz yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 838 (səkkiz yüz otuz səkkizı) manat, 18.06.2019-cu il tarixli 00730013 nömrəli müqaviləyə əsasən Samsung Kinoteatr üçün 714 (yeddi yiiz on dörd) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 724 (yeddi yüz iyirmi dörd) manat borc, 27.07.2019-cu il tarixli 00808742 nömrəli müqaviləyə əsasən Samsung Paltaryuyan üçün 905 (doqquz yiiz beş) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 915 (doqquz yüz on beş) manat borc, cəmi 2478 (iki min dörd yüz yetmiş səkkiz) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 2508 (iki min beş yüz səkkiz) manat borc Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 01.04.2019-cu il tarixli 00593309 nömrəli müqaviləsinə əsasən Samsung LED televizor üçün 828 (səkkiz yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 838 (səkkiz yüz otuz səkkiz) manat, 18.06.2019-cu il tarixli 00730013 nömrəli müqaviləyə əsasən Samsung Kinoteatr üçün 714 (yeddi yiiz on dörd) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 724 (yeddi yüz iyirmi dörd) manat borc, 27.07.2019-cu il tarixli 00808742 nömrəli müqaviləyə əsasən Samsung Paltaryuyan üçün 905 (doqquz yiiz beş) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 915 (doqquz yüz on beş) manat borc, cəmi 2477 (iki min dörd yüz yetmiş yeddi) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 2507 (iki min beş yüz yeddi) manat borc Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3239/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3239/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver