Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-324/2022 17.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı «borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evindən çıxarılma» tələbinə dair mülki işə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 29 oktyabr 2018-ci il tarixli, 200810-593699/1 saylı kredit müqaviləsi üzrə əsas borc 3121,91 manat, əsas borca hesablanmış faiz borcu 791,66 manat olmaqla, cəmi 3913,57 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 70,50 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1, Cavabdeh2 və X3 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 70,50 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X8 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ASC ilə borcalan X10 arasında 29 oktyabr 2018-ci il tarixli, 200810-593699/1 saylı kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən X6 illik 26 faiz dərəcəsi ilə 36 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, X5 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 70,50 kv.m-dən ibarət fərdi yaşayış evi 29 oktyabr 2018-ci il tarixli, 200810-593699/1 saylı ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Borcalan Kredit Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən "İpoteka haqqında" ARnın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli, 001/007/3338/2021 saylı Bildiriş ipotekaqoyan X6 xx.xx.2021-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (bildirişin dövlət qeydiyyatına alınması barədə ərizə, X11 vasitəsi ilə müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi iddia ərizəsinə əlavə edilir). Kredit müqaviləsi üzrə borclu X10 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması qanunvericiliklə bağlı müddəalarda ətraflı qeyd edilmişdir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 29 oktyabr 2018-ci il tarixli, 200810-593699/1 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən İddiaçı ASC Cavabdeh1 illik 26 faiz dərəcəsi ilə 36 ay müddətinə 6000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 29 oktyabr 2018-ci il tarixli, 200810-593699/1 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında olan 29 oktyabr 2018-ci il tarixli, 200810-593699/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin təminatı üsulu kimi ipoteka müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən X5 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 70,50 kv.m-dən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri 45000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan «X12 Mərkəzi» MMC-nin 14 fevral 2022-ci il tarixli, YDQM № 012-008/2022 saylı ekspert rəyindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən ümumi sahəsi 70,50 kv.m-dən ibarət fərdi yaşayış evinin bazar dəyərinə uyğun 42200 manat, likvid dəyərinin 39000 manat olduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, tərəflər arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, cavabdeh 29 oktyabr 2018-ci il tarixli, 200810-593699/1 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, 29 oktyabr 2018-ci il tarixli, 200810-593699/1 saylı kredit müqaviləsi üzrə əsas borc 3121,91 manat, əsas borca hesablanmış faiz borcu 791,66 manat olmaqla, cəmi 3913,57 manat məbləğində borc Cavabdeh1 İddiaçı ASC-in xeyrinə tutulmalıdır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, İddiaçı ASC-nin X5 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 70,50 kv.m-dən ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməsi, bu əmlakın hərracda satılması tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələblərinə əsasən, X5 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 70,50 kv.m-dən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1, Cavabdeh2 və X1 rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 70,50 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılmalı, həmin əmlak boşaldılmalı və Banka təhvil verilməlidir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-5240/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. «X12 Mərkəzi» MMC-nin 14 fevral 2022-ci il tarixli, YDQM № 012-008/2022 saylı ekspert rəyinə əsasən, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən ümumi sahəsi 70,50 kv.m-dən ibarət fərdi yaşayış evinin bazar dəyərinə uyğun 42200 manat, likvid dəyərinin 39000 manat olduğu müəyyən edilmişdir. İş materiallarında 29 oktyabr 2018-ci il tarixli, 200810-593699/1 saylı ipoteka müqaviləsindən görünür ki, X5 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən ümumi sahəsi 70,50 kv.m-dən ibarət fərdi yaşayış evi 45000 manat qiymətləndirilmişdir. Lakin məhkəmə «X12 Mərkəzi» MMC-nin 14 fevral 2022-ci il tarixli, YDQM № 012-008/2022 saylı ekspert rəyi ilə razılaşaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti 39000 manat müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı və işə məhkəmədə baxılması üçün ödənilmiş 30,40 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 29 oktyabr 2018-ci il tarixli, 200810-593699/1 saylı kredit müqaviləsi üzrə əsas borc 3121,91 manat, əsas borca hesablanmış faiz borcu 791,66 manat olmaqla, cəmi 3913,57 manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia üzrə tələb ipoteka predmeti olan Cavabdeh1 tam mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 70,50 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilsin, ipoteka predmeti açıq hərracdan satılsın, borc hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilsin və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti 39000 manat məbləğində müəyyən edilsin. Cavabdeh1 tam mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 70,50 kv.m-dən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1, Cavabdeh2 və X1 rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 70,50 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılsın, həmin əmlak boşaldılsın və Banka təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-324/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-324/2022
17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver