Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3250/2020 31.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı X3 Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən “Xiaomi Mİ A2” markalı telefon üzrə 624 manat borc, 150 manat faiz borcu və “Samsung Galaxy J3” markalı telefon üzrə 156 manat borc, 60 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1020 manat pulun alınaraq iddiaçı X4 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, ********** №-li VÖEN əsasında fəaliyyət göstərən, Sumqayıt şəhərində yerləşən “Beko” mağazasının sahibi, fiziki şəxs X5 ilə Cavabdeh arasında xx.xx.2019cu il və xx.xx.2018-ci il tarixlərdə alqı-satqı müqavilələri bağlanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli, ******* saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 654 manat olan “Xiaomi Mİ A2” markalı telefon almış, nəticədə 624 manat borc yaranmış və xx.xx.2018-ci il tarixli, ******* saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 498 manat olan “Samsung Galaxy J3” markalı telefon almış, nəticədə 156 manat borc yaranmışdır.Bugünədək cavabdehə edilən müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozmuş və alqı-satqı qiyməti 654 manat olan “Xiaomi Mİ A2” markalı telefon üçün 624 manat ödənilməmiş hissə, 150 manat faiz borcu yaranmış və digər müqavilə üzrə alqı-satqı qiyməti 498 manat olan “Samsung Galaxy J3” markalı telefon üçün 156 manat ödənilməmiş hissə, 60 manat faiz borcu yaranmışdır.Cavabdeh axırıncı ödəniş kimi xx.xx.2019-cu il tarixli, ******* saylı müqavilə üzrə axırıncı ödəniş xx.xx.2019-cu il tarixdə 30 manat və xx.xx.2018-ci il tarixli, ******* saylı müqavilə üzrə xx.xx.2019-cu il tarixdə 39 manat olmaqla, cəmi 342 manat ödəniş etmişdir. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ******* saylı və xx.xx.2018-ci il tarixli, ******* saylı müqavilələrdən görünür ki, Cavabdeh ilə iddiaçı X5 arasında müqavilə bağlanmış və Cavabdeh iddiaçı X2 müvafiq olaraq “Xiaomi Mİ A2” və “Samsung Galaxy J3” markalı telefonları qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı X4 xx.xx.2019-cu il tarixli müqavilə üzrə 624 manat əsas borc, 150 manat faiz borcu və xx.xx.2018-ci il tarixli müqavilə üzrə 156 manat əsas borc, 60 manat faiz borcu qalmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 624 manat əsas borc, 150 manat faiz borcu və xx.xx.2018-ci il tarixli müqavilə üzrə 156 manat əsas borc, 60 manat faiz borcu və dövlət rüsumu üçün ödənilmiş 30 manat, cəmi 1020 manat pul alınaraq iddiaçı X4 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3250/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3250/2020
31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver