Məhkəmə qərarları › İş №2(012)-3252/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3252/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3252/2020 03.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda saxlanılması və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, YSLMB-5503 saylı kredit müqaviləsi üzrə 631,12 manat əsas, 21,21 manat faiz, 0 manat cərimə olmaqla, cəmi 652,33 manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh məxsus girov qoyulmuş çəkisi - 18,3 qram, əyarı 583 olan 1 ədəd qolbağ, çəkisi 14,8 qram, əyarı 583 olan 1 ədəd sırğa olmaqla, cəmi 33.10 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilməsi, bu əmlakların açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, YSLMB-5503 saylı kredit müqaviləsi üzrə cəmi 652,33 manat və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, YSLMB-5503 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 29 faiz olmaqla 12 ay müddətinə 1320 manat məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.3 və 2.4-cü bəndləri). xx xxxxxxxx 2019-cu il tarixli, YSLMB-5503 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir (kredit müqaviləsinin 3.1.11 və 4.2-ci bəndləri). Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh öhdəliklərin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, YSLMB-5503 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 631,12 manat əsas, faiz borcuna görə 21,21 manat, cərimə borcuna görə 0 manat olmaqla, cəmi 652,33 manat təşkil edir. xx xxxxxxxx 2019-cu il tarixli, YSLMB-5503 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh qızma məxsus olan qızıl-zinət əşyaları həmin müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx xxxxxxxx 2019-cu il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Yasamal” filialına saxlanca verilmişdir. Belə ki, çəkisi - 18,3 qram, əyarı 583 olan 1 ədəd qolbağ, çəkisi 14,8 qram, əyarı 583 olan 1 ədəd sırğa olmaqla, cəmi 33.10 qram olan qızıl-zinət əşyaları təşkil edir. Odur ki, o, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, YSLMB-5503 saylı kredit müqaviləsi üzrə 631,12 manat əsas, 21,21 manat faiz, 0 manat cərimə olmaqla, cəmi 652,33 manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh məxsus girov qoyulmuş çəkisi - 18,3 qram, əyarı 583 olan 1 ədəd qolbağ, çəkisi 14,8 qram, əyarı 583 olan 1 ədəd sırğa olmaqla, cəmi 33.10 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilməsi, bu əmlakların açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, YSLMB-5503 saylı kredit müqaviləsi üzrə cəmi 652,33 manat və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçınınnümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, YSLMB-5503 saylı kredit müqaviləsi üzrə 501,12 manat əsas, 56,16 manat faiz, 0 manat cərimə olmaqla, cəmi 557,28 manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh məxsus girov qoyulmuş çəkisi - 18,3 qram, əyarı 583 olan 1 ədəd qolbağ, çəkisi 14,8 qram, əyarı 583 olan 1 ədəd sırğa olmaqla, cəmi 33.10 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilməsi, bu əmlakların açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, YSLMB-5503 saylı kredit müqaviləsi üzrə cəmi 557,28 manat və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və göndərməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən, həmçinin iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İşdə olan xx xxxxxxxx 2019-cu il tarixli, YSLMB-5503 saylı (qızıl-zinət əşyalarının təminatı ilə) kredit müqaviləsindən görünür ki, “Kreditverən”İddiaçı ASC tərəfindən “Kreditalan” Cavabdeh 12 ay müddətinə illik 29 % dərəcəsi ilə istehlak məqsədi üçün 1320 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən “Kreditalan” aldığı krediti 1xx xxxxxxxx 2020-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən “Kreditalan” kredit almaq üçün Banka saxlancına girov qismində zərgər-ekspert tərəfindən qiymətləndirilmiş qızılzinət əşyalarını təhvil vermişdir. İşdə olan xx xxxxxxxx 2019-cu il tarixli,YSLMB-5503 saylı saxlanc girovu haqqında müqavilədən görünür ki, “Girovqoyan” Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi 18,3 qram, əyarı 583 olan 1 ədəd qolbağ, çəkisi 14,8 qram, əyarı 583 olan 1 ədəd sırğa olmaqla, cəmi 33.10 qram çəkidə qızıl-zinət əşyalarını “Girovsaxlayan”a verir. İşdə olan xx xxxxxxxx 2019-cu il tarixli, Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktdan görünür ki, Cavabdeh kredit məbləğinin və ona hesablanmış faizlərin təminatı kimi 18,3 qram, əyarı 583 olan bazar qiyməti 1085,74 manat dəyərində 1 ədəd qolbağı, çəkisi 14,8 qram, əyarı 583 olan 1 ədəd sırğa olmaqla, cəmi 33.10 qram çəkidə qızıl-zinət əşyalarını kredit mütəxəssisinin iştirakı ilə İddiaçı ASC-nin “Yasamal” filialına saxlanca verilmişdir. İşdə olan RB/xx/xx-4994 saylı, xx xxxx 2020-ci il tarixli pretenziya məktubundan görünür ki, Bank cavabdehə borcu haqqında məlumat vermiş, 3 iş günü müddətində borcun ödənilməsini tələb etmiş, əks təqdirdə müvafiq qanunamüvafiq tədbirlərin görüləcəyini bildirmişdir. İşdə olan RB-02/PK-6123 saylı, xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixə banka xx xxxxxxxx 2019-cu il tarixli, YSLMB-5503 saylı kredit müqaviləsi üzrə 501,12 manat əsas, 56,16 manat faiz, 0 manat cərimə olmaqla, cəmi 557,28 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borclu Cavabdeh bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılması, 269.4-cü maddəsinə əsasən isə ipoteka daşınmaz əşyalara, habelə rəsmi qaydada reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Sübutların məcmusuna mövcud hüquq normaları əsasında qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 501,12 manat əsas borc, 56,16 manat faiz borcu olmaqla, cəmi 557,28 manat borc və 30 manat məbləğində dövlət rüsumu tutulmalı, həmin məbləğ xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə girov qoyulmuş, cavabdehə məxsus 18,3 qram, əyarı 583 olan 1 ədəd qolbağ, çəkisi 14,8 qram, əyarı 583 olan 1 ədəd sırğa olmaqla, cəmi 33.10 qram çəkidə olan qızıl-zinət əşyalarına yönəldilməli, həmin qızıl-zinət əşyaları açıq hərracda satılmalı və borc məbləği satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Eyni Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyinə görə məhkəmə, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 501,12 (beş yüz bir manat, on iki qəpik) manat əsas borc, 56,16 (əlli altı manat, on altı qəpik) manat faiz borcu olmaqla, cəmi 557,28 (beş yüz əlli yeddi manat, iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb girov predmeti olan Cavabdeh məxsus girov qoyulmuş 18,3 qram, əyarı 583 olan 1 ədəd qolbağ, çəkisi 14,8 qram, əyarı 583 olan 1 ədəd sırğa olmaqla, cəmi 33.10 qram çəkidə olan qızıl-zinət əşyalarına yönəldilsin, həmin qızılzinət əşyaları açıq hərracda satılsın və borc məbləği satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar