Məhkəmə qərarları › İş №2(012)-3254/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3254/2020

03.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3254/2020 03.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1317/2010 saylı, xx xxxxxx 2010-cu il tarixli qətnaməsinə əsasən iddiaçının xeyrinə təyin olunmuş xx xxxx 2002-ci il təvəllüdlü X3 və xx xxxx 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsinin dəyişdirilərək, xx xxxx 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında xx xxxxxx 2000-ci il tarixdən faktiki nikah münasibətləri olmuş, ailə kimi yaşamağa başlamışdırlar. Tərəflərin birgə münasibətlərindən iki uşaqları-xx xxxx 2002-ci il təvəllüdlü X3 və xx xxxx 2005-ci il təvəllüdlü X4 anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)- 1317/2010 saylı, xx xxxxxx 2010-cu il tarixli qətnaməsi əsasında azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh tərəfindən hər ay qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında iddiaçıya aliment ödənilmişdir. Lakin, hazırda xx xxxx 2002-ci il təvəllüdlü X3 18 yaşı tamam olduğu üçün cavabdehdən alimentin tutulması dayandırılmışdır. İddiaçı qeyd edir ki, o, hazırda digər övladı-iyun 2005-ci il təvəllüdlü X1 ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Məhkəmə prosesində iştirak edən zaman İddiaçıiddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, uşaqlardan biri yetkinlik yaşına çatdığı üçün aliment ödənilməsinin dayandırıldığı gündən bugünədək cavabdeh digər övladı üçün aliment ödəmir və onunla qətiyyən maraqlanmır. Məhkəmə prosesində iştirak edənzaman Cavabdeh iddianı qismən qəbul etdiyini ifadə edərək izahat verdi ki, o, digər nikahdan olan uşaqlarına da baxdığına görə 170 manat aliment ödəməyə imkanı çatmır. Cavabdeh uşaqları ilə maraqlandığını, ünsiyyətinin olduğunu bildirərək 150 manat aliment müyyən edilməsini məhkəmədən xahiş etdi. Mülki işin materiallarından olan, “xxxxxxxx” MMC tərəfindən verilən № 1088 saylı, xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh həqiqətən də, xx.xx.2014cü il tarixdən bugünədək X2, Anbar Şöbəsində Anbardar vəzifəsində işləyir və aylıq əməkhaqqısı 656 manat təşkil edir. Məhkəmə tərəflərin izahatlarını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2 maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat təşkil edir. Məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1317/2010 saylı, xx xxxxxx 2010-cu il tarixli qətnaməsinə əsasən iddiaçının xeyrinə təyin olunmuş xx xxxx 2002-ci il təvəllüdlü X3 və xx xxxx 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında təyin olunan aliment hazırda 2002-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatdığı üçün, indi yalnız tərəflərin digər övladı üçün ödəndiyindən və bu miqdar da uşağın saxlanılması üçün kifayət etmədiyindən, xx xxxx 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 20 manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1317/2010 saylı, xx xxxxxx 2010-cu il tarixli qətnaməsinə əsasən təyin edilən alimentin miqdarı artırılsın. xx xxxx 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablansın. Cavabdeh 20 manat dövlət rüsumuna görə pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar