Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3256/2021 03.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Abaszadə Sevda Nizami qızının katibliyi, İddiaçı X3 Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 13.05.2020-ci il tarixli, NZNPU-4590 saylı kredit müqaviləsi üzrə 4518.68 manat əsas, 420.75 manat faiz, 680.87 manat cərimə olmaqla cəmi 5620.3 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Rabitəbank ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 13.05.2020-ci il tarixli, NZNPU-4590 saylı kredit müqaviləsinə əsasən illik 20 % dərəcəsi olmaqla 36 ay müddətinə 4820 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). 13.05.2020-ci il tarixli, NZNPU-4590 saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 13.05.2020-ci il tarixli, NZNPU- 4590 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 13-dən gec oİmayaraq hər ay 179,13 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 13.05.2020-ci il tarixli, NZNPU-4590 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 4518,68 manat, faiz borcuna görə 420,75 manat, dəbbə borcuna görə 680,87 manat olmaqla cəmi məbləği 5620,3 manat təşkil edir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Rabitəbank ASC-nin nümayəndəsi X1 məhkəməyə verdiyi 02.06.2021-ci il tarixli RB- 05/PX-5281 saylı ərizəsinə əsasən, iddiaçı mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı Rabitəbank ASC-nin Nizami filialı ilə bağladığı 13.05.2020-ci il tarixli, NZNPU- 4590 saylı kredit müqaviləsinə əsasən ona illik 20 % dərəcəsi olmaqla 36 ay müddətinə 4820 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etsə də Covid-19 pandemiyası ilə əlaqədar olaraq çalışdığı Laçın Ticarət Mərkəzində mühafizəçi vəzifəsindən uzaqlaşdırılmışdır. Hazırda yeni iş tapmış, çalışır və kredit müqaviləsi üzrə ödənişlərini etməkdən yayınmır. Ailəlidir və himayəsində azyaşlı uşağı vardır. Bu səbəbdən də qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Rabitə Bank ASC ilə Cavabdeh arasında bağlanmış 13.05.2020-ci il tarixli, NZNPU- 4590 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana illik 20 faizlə 36 ay müddətinə 4820 manat məbləğində kredit verilmişdir. -13.05.2020-ci il tarixli, NZNPU-4590 saylı kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 13.06.2020-ci il tarixdən başlayaraq, 13.05.2023-cü il tarixədək, 4820 manat əsas, 1627.50 manat faiz olmaqla cəmi 6447.50 manat borcu hər ay hissə-hissə ödəməklə Banka qaytarmalıdır. -13.05.2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, bank tərəfindən müştəri Cavabdeh 4820 manat pul vəsaiti verilmiş, müştəri həmin pul vəsaitini imza edərək təhvil almışdır. -09.04.2021-ci il tarixli RB-02/PK-3745 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 13.05.2020-ci il tarixli, NZNPU-4590 saylı kredit müqaviləsi üzrə 4518.68 manat əsas, 420.75 manat faiz, 680.87 manat cərimə olmaqla cəmi 5620.3 manat borcu vardır. -Rabitəbank ASC tərəfindən Cavabdeh ünvanlanmış 18.03.2021-ci il tarixli 777 saylı bildirişdən görünür ki, bank tərəfindən cavabdehə kredit müqaviləsi üzrə borc 3 iş günü müddətində ödənilmədiyi təqdirdə qanunamüvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, X3 Cəmiyyəti – adlı qurum, hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 33 saylı ev, qanuni təmsilçisi X2 olmaqla VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə 30.06.1993cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. -Azərbaycan Respublikası Vətəndaşının Seriya AA № ******* saylı Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 423.2. maddəsinin mahiyyətindən görünür ki, tərəf müqavilənin ləğv edilməsi tələbini məhkəməyə təklifdə göstərilmiş müddətdə irəli sürə bilər. 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına əsasən Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə hesab edir ki, borclu Cavabdehnın iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbindən görünür ki iddiaçı tərəfindən əsas borc məbləğinə 680,87 manat məbləğində dəbbə pulu hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 4518.68 manat məbləğində əsas borc üzrə hesablanmış 680.87 manat məbləğində dəbbənin azaldılaraq, 10 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 14.04.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin yuxarıda göstərilən tələbləri nəzərə alınaraq, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 13.05.2020-ci il tarixli NZNPU-4590 saylı kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 4518.68 manat əsas, 420.75 manat faiz, 10 manat cərimə olmaqla cəmi 4949.43 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaiti tutulmalıdır. Mülki Prosessual Məcəllənin; 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. X3 Cəmiyyətinin xeyrinə Cavabdeh 4518.68 (dörd min beş yüz on səkkiz manat altmış səkkiz qəpik) manat əsas, 420.75 (dörd yüz iyirmi manat yetmiş beş qəpik) manat faiz, 10 (on) manat cərimə olmaqla cəmi 4949.43 (dörd min doqquz yüz qırx doqquz manat qırx üç qəpik) manat borc və dövlət rüsumuna görə 30 (otuz) manat pul məbləği tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.
Məhkəmə qərarları › İş №2(012)-3256/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3256/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver