Məhkəmə qərarları › İş №2(012)-3265/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3265/2021

25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3265/2021 25.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə 25 may 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən, cavabdeh Cavabdeh onun xeyrinə 1238,13 manat əsas borc, 64,56 manat faiz borcu olmaqla, ümumilikdə 1302,69 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 08 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən «xxxx» İKB ASC-dən illik 25 faizlə 24 ay müddətinə 1346,6 manat kredit götürmüşdür. Lakin, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 18 fevral 2021-ci ilədək Cavabdeh banka 08 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1238,13 manat əsas borc, 64,56 manat faiz borcu olmaqla, ümumilikdə 1302,69 manat borcu vardır. İddiaçının nümayəndəsi X1 məhkəməyə yazılı ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək öz çıxışında iddia tələbini qəbul etmədiyini bildirmiş,iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Mülki işin materiallarında olan 08 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh «xxxx» İKB ASC-dən illik 25 faizlə 24 ay müddətinə 1346,6 manat kredit götürmüşdür. Mülki işin materiallarında olan 18 fevral 2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki,”xxxx” İKB ASC ilə Cavabdeh arasında 08 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən, cavabdehin kredit müqaviləsi üzrə ”İddiaçı” ASC-yə 1238,13 manat əsas borc, 64,56 manat faiz borcu olmaqla, ümumilikdə 1302,69 manat borcu yaranmışdır. Məhkəmə mülki işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 08 avqust 2019-cu il tarixli kredit müqaviləsi bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmişdir. Belə ki, Cavabdeh 08 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 1238,13 manat əsas borc, 64,56 manat faiz borcu olmaqla, ümumilikdə 1302,69 manat borc pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. 08 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 1238,13 manat əsas borc, 64,56 manat faiz borcu olmaqla, ümumilikdə 1302,69 manat borc pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar