Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3268/2022 19.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc məbləğinin qaytarılması tələbinə dair mülki işə 19 sentyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh borcun məbləği olan 2000 (iki min) manat miqdarında pul vəsaitinin və ödədiyi 41 (qırx bir) manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı əvvəlcədən tanıdığı Cavabdeh xx.xx.2020-ci il tarixdə borc niyyəti ilə 2500 (iki min beş yüz) manat məbləğində pulu borc vermişdir. Cavabdeh Nurlana 2500 manat məbləğində borcu verən zaman aralarında olan danışıqlara əsasən həmin pulu hissə-hissə yəni, hər ay 500 manat olmaqla iddiaçıya geri qaytaracağı barədə razılığa gəlmişlər. Belə ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə iddiaçıya həmin puldan 500 manat hissəsini geri qaytarmışdır. Lakin yerdən qalan 2000 manat pulu müxtəlif bəhanələr edərək, iddiaçıya qaytarmaqdan imtina etmişdir. Cavabdehdən pulu tələb etdikdə hər dəfə qaytaracağına söz verir, lakin verdiyi sözünə əməl etməyərək, pulu qaytarmamışdır. İddiaçı bu səbəbdən məcbur olub pulu verdiyi və cavabdehin yaşadığı yer üzrə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci PB-nə xx.xx.2021-ci il tarixdə şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh izahatı alınmış və o izahatında iddiaçıya olan borcunu etiraf etmiş və 2000 manat pulu ən qısa zamanda iddiaçıya geri qaytaracağına söz vermişdir. Lakin neçə aylardır ki, pulu ödəməmişdir. Ona zəng etdiyi zaman isə zənglərinə belə cavab vermir. Cavabdeh işləyir və qazancı kifayət qədərdir. Hər dəfə müxtəlif bəhanələr edərək, borcu ödəməkdən yayınır. Hətta polisə şikayət etməkdən əlavə məhkəməyə qədər iddiaçı cavabdehə pretenziya qaydasında da müraciət etmişdir. Lakin cavabdeh onun müraciətinə baxmayaraq pulu ödəməmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq etməklə, iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etmədiyini, iddiaçıya 700 manat qaytardığını, hazıra 1300 manat borclu olduğunu bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan Səbail RPİ-nin 8-ci PB-də Cavabdeh izahatında bildirmişdir ki, o, Səbail rayonu, Badamdar y. 47A ünvanında ailəsi ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə İddiaçı də qeyd etdiyi kimi 2500 (iki min beş yüz) manat hər ay 500 manat qaytarmaq şərti ilə almışdır. xx.xx.2020-ci il tarixdə 500 manatın qaytarmışdır. Digər hissəsini maddi vəziyyətinin aşağı olduğuna işləyə bilmədiyinə görə qaytara bilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2. maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3. maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4. maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı qismən etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. İşin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya 2500 manat borcu olmuş, lakin həmin borcdan 500 manat ona qaytarılmış və iddiaçı özü də bunu etiraf etmişdir.Cavabdehin borcdan 700 manat qaytarmasını iddiaçı təsdiq etməmişdir. Ona görə də, iddia tələbi təmin edilməli cavabdehdən iddiaçının xeyrinə 2000 manat məbləğində pul tutulmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2000 (iki min) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 41 manat dövlət rüsumuna görə pul Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində borc pul alınaraq İddiaçı verilsin. Cavabdeh 41 manat dövlət rüsumuna görə pul tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3268/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3268/2022
19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver