Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3286/2020 17.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2003-cü ildə doğulmuş X1 və xx xxxxxx 2007-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(012)-2465/2018 saylı qətnaməsinə əsasən, cavadehlə arasında olan nikahın pozulması və birgə nikahdan olan xx xxxxxx 2003-cü ildə doğulmuş X1 və xx xxxxxx 2007-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona ödənilməsi qət edilmişdir. Cavabdeh uşaqları ilə artıq 2 ildir ki, görüşmür. Cavabdeh alimenti gecikdirir, lakin aliment borcu yoxdur. Harada işlədiyi ilə bağlı isə dəqiq məlumatı yoxdur. Lakin qətnamə ilə müəyyən olunmuş aliment məbləği uşaqların saxlanılması üçün kifayət etmir. Bunlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(012)- 2465/2018 saylı qətnaməsindən görünür ki, xx xxxxxx 2003-cü ildə doğulmuş X1 və xx xxxxxx 2007-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbəsi X5 üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1900 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən də Hökməli qəsəbəsi, M.Ş.Vazeh küçəsindəki 20 saylı evdə yaşayır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edildi ki, Cavabdeh gəlirləri ilə bağlı məhkəmədə sübutların tədqiqatı zamanı hər hansı bir hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə işin faktiki hallarına istinad edərək hesab edir ki, hazırki iş üzrə cavabdehin iddiaçıya hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment ödəməsi real olmadığından faktiki olaraq imkanı xaricindədir. Həmçinin cavabdehin maddi durumunda hər hansı bir dəyişiklik olması barədə məhkəməyə heç bir sənəd təqdim edilməmiş, həmçinin ididaçınn özü də məhkəmədə izahatında göstərmişdir ki, cavabdehin alimentin ödənilməsində gecikmələri olmuşdur.Bu halın özü də cavabdehin maddi durumunda dəyiklik olmaması qənaətinə məhkəməyə gəlməyə əsas verdiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarından çıxış edərək hesab edir ki, cavabdehin maddi durumunda hər hansı bir dəyişiklik olması barədə məhkəməyə heç bir sənəd təqdim edilmədiyi üçün iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı birgə nikahdan doğulan xx xxxxxx 2003-cü ildə doğulmuş X1 və xx xxxxxx 2007-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Abşeron rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(012)-2465/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində aliment tutulması barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3286/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3286/2020
17.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver