Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-33/2024 21.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh-vərəsələr Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər-vərəsələr Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə 3159.16 manat əsas, 19,15 manat faiz borcu olmaqla, cəmi 3178,31 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 52,19 manat məbləğində vəsaitin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxaraq, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 istehlak məqsədləri üçün illik 1 % dərəcəsi olmaqla 60 ay müddətinə 3539,11 manat məbləğində kredit verilmişdir. Borclu-mərhum Cavabdeh1 vəfat etməsi ilə əlaqədar hüquqi varisi kimi cavabdehlər -vərəsələr Cavabdeh2 və Cavabdeh3 müəyyən olunmuşdur. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 13 oktyabr 2021-ci il tarixinə 3159.16 manat əsas, 19,15 manat faiz borcu olmaqla, cəmi 3178,31 manat borcu təşkil etmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh-vərəsələr Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməs səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərinvərəsələrin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 66rstSUM/19 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh1 illik 1 % dərəcəsi olmaqla 60 ay müddətinə 3539,11 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 13 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli 66rstSUM/19 saylı kredit müqaviləsi üzrə 13 oktyabr 2021-ci il tarixinə Cavabdeh1 3159.16 manat əsas, 19,15 manat faiz borcu olmaqla, cəmi 3178,31manat borcu vardır. İş materiallarında olan 1 saylı Sumqayıt Regional “Asan xidmət” Mərkəzidə Notariat Ofisi tərəfindən verilmiş 15 yanvar 2023-cü il tarixli, 109 saylı məktubdan görünür ki, 1 saylı Sumqayıt Regional “Asan xidmət” Mərkəzidə Notariat Ofisində xx.xx.2020-ci ildə vəfat etmiş Cavabdeh1 vərəsəlik işi açılmışdır. Cavabdeh1 vərəsəsi qızının vərəsələri Cavabdeh2 və Cavabdeh3dur. Məhkəmə cavabdeh-vərəsəni dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" ASC ilə borclu-mərhum Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 66rstSUM/19 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinəəsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, xx.xx.2020-ci ildə vəfat etmiş Cavabdeh1 1 saylı Sumqayıt Regional “Asan xidmət” Mərkəzidə Notariat Ofisi tərəfindən vərəsəlik işi açılmış, Cavabdeh1 vərəsələri oğulları Cavabdeh2 və Cavabdeh3 vərəsə kimi tanınmışdır.Məhkəmə qeyd olunan faktiki hallara istinad edərək və Azərbaycan Respublikası Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, mərhum Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 66rstSUM/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 və Cavabdeh3 vərəsələr olaraq "xxxx" ASC qarşısında həmin kredit müqaviləsi üzrə öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2019-cu il tarixli 66rstSUM/19 saylı kredit müqaviləsi üzrə cavabdehlər üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqı-satqı müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 34,55 manat da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli 66rstSUM/19 saylı kredit müqaviləsinə əsasən 3159.16 manat əsas, 19,15 manat faiz borcu olmaqla, cəmi 3178,31 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52,19 manat cavabdeh-vərəsələr Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-33/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-33/2024
21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver