Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3309/2025 25.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Jafarzadeh Mohammadalidən 14350 manatın tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını və məhkəməyə ödənilən 134 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və Cavabdeh hazırki iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Beləliklə, tərəflər - İddiaçı ilə Cavabdeh məhkəməyə barışıq sazişini təqdim еdərək, razılığa gəldikləri üçün mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Məhkəməyə təqdim edilmiş barışıq sazişindən aydın olur ki, İddiaçı ilə Cavabdeh aşağıdakı şərtlərlə razılaşırlar:
1. İddiaçı X5 3000 (üç min) manat məbləğində pul vəsaitini hər ay 500 (beş yüz) manat məbləğində olmaq şərti ilə cavabdeh X1 qəbul edir;
2. Cavabdeh Mohammad oğlu barışıq sazişinin 1-ci bəndində göstərilən 3000 (üç min) manat məbləğdən xx.xx.2025-ci il tarixdən başlayaraq altı ay ərzində hər ay 500 (beş yüz) manat məbləğində pul vəsaitinin iddiaçı X3 ödənilməsini öhdəsinə götürür;
3. Bu Saziş tərəflərin qarşılıqlı razılaşması əsasında tərtib edilmiş və imzaları ilə təsdiq edilir;
4. X9 3 nüsxədə tərtib edilmişdir və hər üçü eyni hüququ qüvvəyə malikdir. Barışıq sazişinin 1 nüsxəsi Abşeron Rayon Məhkəməsinə təqdim edilir, digər 2 nüsxə isə tərəflərdə saxlanılır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Bundan əlavə iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, **********33 nömrəli qəbzdən görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 134 manat məbləğində dövlət rüsumunu xx.xx.2025-ci ildə 21:59-da Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Yuxarıda göstərilənlərə və АR МPМ-nin 261.0.5; 262-264; 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası ilə əlaqədar mülki iş üzrə tərəflər arasındakı aşağıdakı şərtlər ilə bağlanmış barışıq sazişi təsdiq edilsin.
1. İddiaçı X5 3000 (üç min) manat məbləğində pul vəsaitini hər ay 500 (beş yüz) manat məbləğində olmaq şərti ilə cavabdeh X1 qəbul edir;
2. Cavabdeh Mohammad oğlu barışıq sazişinin 1-ci bəndində göstərilən 3000 (üç min) manat məbləğdən xx.xx.2025-ci il tarixdən başlayaraq altı ay ərzində hər ay 500 (beş yüz) manat məbləğində pul vəsaitinin iddiaçı X3 ödənilməsini öhdəsinə götürür;
3. Bu Saziş tərəflərin qarşılıqlı razılaşması əsasında tərtib edilmiş və imzaları ilə təsdiq edilir;
4. X9 3 nüsxədə tərtib edilmişdir və hər üçü eyni hüququ qüvvəyə malikdir. Barışıq sazişinin 1 nüsxəsi Abşeron Rayon Məhkəməsinə təqdim edilir, digər 2 nüsxə isə tərəflərdə saxlanılır. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası ilə əlaqədar 2(012)-3309/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi barədə 2(012)-3309/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixli, **********33 nömrəli qəbzdən ödəmiş olduğu 134 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X4 İdarəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər.
Hakim: Elman Məmmədov