Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3314/2020 16.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi , İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2004-cü il təvəllüdlü X2 və xx xxxxxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Abşeron rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılaraq hər ay, hər uşaq üçün 170 manat, ümumilikdə 340 manat müəyyən edilməsi və Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda işləmədiyinə görə cavabdehdən alınan hazırki məbləğ azyaşlı uşaqların saxlanılması üçün kifayət etmir və onların yaşayış, təhsil xərclərini, habelə minimal ehtiyaclarını qarşılamır. Məhkəmə prosesində iştirak edən zaman İddiaçıiddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdeh öz doğma övladları ilə ümumiyyətlə maraqlanmır və ödədiyi məbləğ çox azdır. Məhkəmə prosesində iştirak edən zaman Cavabdeh iddia ərizəsini qəbul etmədiyini bildirərək izahat verdi ki, o, həm də digər nikahdan olan uşaqlarına da baxır və 170 manat məbləğində aliment ödəyə bilməyəcək. Cavabdeh qeyd etdi ki, dönərçi işləyir və məcburi köçkün olduğu üçün ona verilən 60 manat maddi yardım kartını da iddiaçıya verib. Odur ki, o, aliment məbləğinin 150 manat olmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-161/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Füzuli rayon VVADQ şöbəsi tərəfindən xx xxxxxx 2006-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 617 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxxxx 2004-cü il təvəllüdlü X2 və xx xxxxxxx 2007-ci il təvəllüdlü X1 anaları İddiaçı himayəsində saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 117 manat olmaqla, ümumilikdə 234 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2 maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat təşkil edir. Məhkəmə,azyaşlı uşaqların mənafelərini, normal inkişaf etmələrini, uşaqlar üçün halhazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olmaqla qismən təmin edilməli, Abşeron rayon Məhkəməsinin 2(012)-161/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə xx xxxxxx 2004-cü il təvəllüdlü X2 və xx xxxxxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 117 manat olmaqla, ümumilikdə 234 manat sabit pul məbləğində aliment artırılaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində olaraq müəyyən edilməli və Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, cavabdeh dövlət rüsumu üçün ödənilməli olan 20 manat vəsaiti ödəməkdən məcburi köçkün olduğundan azad olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron rayon Məhkəməsinin 2(012)-161/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə xx xxxxxx 2004-cü il təvəllüdlü X2 və xx xxxxxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 117 manat olmaqla, ümumilikdə 234 manat sabit pul məbləğində alimentin məbləği artırılsın. Cavabdeh xx xxxxxx 2004-cü il təvəllüdlü X2 və xx xxxxxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablansın. Cavabdeh 20 manat dövlət rüsumuna görə pul ödəməkdən azad olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3314/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3314/2020
16.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver