Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3349/2021 02.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə İddiaçı Unibank KB ASC-nin cavabdehlər Cavabdeh1, Nağıyev Maarif Nuhbala oğluna və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Unibank KB ASC cavabdehlər Cavabdeh1, Nağıyev Maarif Nuhbala oğluna və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən iddiaçı Unibank KB ASC-nin xeyrinə müştərək qaydada 9567 manat əsas, 686.27 manat faiz, 101.14 manat cərimə olmaqla cəmi 10354.41 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki iş üzrə 02.06.2021-ci il tarixinə saat 16.10-a təyin edilmiş məhkəmə baxış iclasında yalnız iddiaçının nümayəndəsinin iştirak etməsinə baxmayaraq, 17.05.2021-ci il tarixinə saat 14.05-ə, 15.07.2021-ci il tarixinə saat 11.10-a, 02.08.2021-ci il tarixinə saat 11.10-a təyin olunmuş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. İş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyi üçün məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.6-cı maddəsinə əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1. maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Unibank KB ASC-nin cavabdehlər Cavabdeh1, Nağıyev Maarif Nuhbala oğluna və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3349/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3349/2021
02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver