Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3351/2023 31.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, birgə nikahdan xx.xx.2012-ci il tarixdə doğulmuş Şölə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh ona qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi təmin edilərək, birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdülü X1 onun yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabadehdən sabit pul məbləğində hər ay 108 manat aliment tutulması barədə qərar verilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(102)-2641/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onun cavabdehə qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi təmin edilərək, X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən sabit pul məbləğində hər ay 136,6 manat alimentin tutulması qət edilmişdir Abşeron Rayon Məhkməsinin 2(012)- 136/2018-ci il saylı, 16 aprel 2018-ci il tarixli qətnaməsi ilə onun cavabdehə qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi təmin edilərək, X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən sabit pul məbləğində hər ay 154 manat alimentin tutulması barədə qərar qəbul edilmişdir. Hazırda bu məbləğ də uşağın saxlanılması üçün kifayət etmədiyindən onun artırılmasına zərurət vardır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən Abşeron Rayon Məhkməsinin 2(012)-1361/2018 saylı 16 aprel 2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının artırılması, Şölə Zeynalovanın saxlanılması üçün hər ay cavabdehdən 220 manat sabit məbləğdə alimentin və mediasiya xərci olan 50 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki işin materiallarında olan AZ-İİ 874233 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdülü X2 adlı uşaq doğulmuşdur. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1361/2018 saylı 16 aprel 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, həmin Məhkəmənin 2(012)-2641/2017 saylı, xx.xx.2017-ci tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay tutulması qət edilmiş 136,6 manat məbləğində alimentin miqdarı artırılmış və Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ayda 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş Şölə adlı uşağın saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsindədir və onun maddi ehtiyacları artmaqdadır. Məhkəmə Şölə adlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün halhazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1361/2018 saylı 16 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdülü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay 154 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1361/2018 saylı 16 aprel 2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2012-ci il təvəllüdülü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı tərəfindən mediasiya sessiyası üçün ödənilmiş 50 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3351/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3351/2023
31.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver