Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3356/2020 21.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə xx xxxxxx 2020-ci il tarixdə , Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və işin materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi MPM-nin 152.1.3 maddəsinə görə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdehin qeydiyyat ünvanı kimi Bakı şəhəri, Çəmənzəminli küçəsi, faktiki ünvan kimi Abşeron rayonu qeyd edilsə də, iddia ərizəsi ərazi aidiyyat qaydalarının pozulması ilə məhkəməyə verildiyindən geri qaytarılmalıdır. Belə ki, MPM-nin 35-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya hazırkı iddia ərizəsi ilə Bakı şəhərinin müvafiq rayon Məhkəməsinə müraciət etməsi izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qayatrılsın. İddiaçıya hazırkı iddia ərizəsi ilə Bakı şəhərinin müvafiq rayon Məhkəməsinə müraciət etməsi izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3356/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3356/2020
21.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver