Məhkəmə qərarları › İş №2(012)-3356/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3356/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3356/2021 24.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 31.08.2019-cu il tarixli 00879371 saylı müqaviləyə əsasən, Samsung LED televizor üçün 1152 manat ödənilməmiş hissə, 340 manat dəbbə; 04.09.2019-cu il tarixli 00888122 saylı müqaviləyə əsasən, Samsung markalı paltaryuyan üçün 704 manat ödənilməmiş hissə, 211 manat dəbbə; 16.10.2019-cu il tarixli 00985680 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********36520 olan Hoffmann X Ultra markalı telefon, Samsung markalı soyuducu üçün 2010 manat ödənilməmiş hissə, 562 manat dəbbə; 21.11.2019-cu il tarixli 01066196 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********11763 olan Samsung Galaxy A20s markalı telefon, 2 ədəd aksesuar, Panasonic Trimmer üçün 452 manat ödənilməmiş hissə, 135 manat dəbbə olmaqla, cəmi 5566 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh ABC Telecom MMC ilə 31.08.2019-cu il tarixli, 04.09.2019-cu il tarixli, 16.10.2019-cu il tarixli və 21.11.2019-cu il tarixli müqavilələrə əsasən, Samsung LED televizor, Samsung Paltaryuyan, İMEİ Kodu **********36520 olan Hoffmann X Ultra markalı telefon, Samsung Soyuducu, İMEİ Kodu **********11763 olan Samsung Galaxy A20s markalı telefon, 2 ədəd aksesuar, Panasonic Trimmer almış və nəticədə 5566 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.08.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1458 manat (18 ay x 81 manat + 0 manat ilkin ödəniş) olan Samsung LED televizor üçün ümumilikdə, 1492 manat olmaqla ondan, 1152 manat ödənilməmiş hissə, 340 manat dəbbə; 04.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 968 manat (11 ay x 88 manat + 0 manat ilkin ödəniş) olan Samsung Paltaryuyan üçün ümumilikdə, 915 manat olmaqla ondan, 704 manat ödənilməmiş hissə, 211 manat dəbbə; 16.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2250 manat (18 ay x 125 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********36520 olan Hoffmann X Ultra markalı telefon, Samsung Soyuducu üçün ümumilikdə, 2572 manat olmaqla ondan, 2010 manat ödənilməmiş hissə, 562 manat dəbbə; 21.11.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 693 manat (6 ay x 113 manat + 15 manat ilkin ödəniş) İMEİ Kodu **********11763 olan Samsung Galaxy A20s markalı telefon, 2 ədəd aksesuar, Panasonic Trimmer üçün ümumilikdə 587 manat olmaqla ondan, 452 manat ödənilməmiş hissə, 135 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1051 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; - ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış 31.08.2019-cu il tarixli 00879371 saylı müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən 28.09.2019-cu il tarixdən 26.02.2021-ci il tarixədək olan müddət ərzində hər ay 81 manat ödəmək şərtilə Samsung LED markalı televizor almışdır. - ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış 04.09.2019-cu il tarixli 00888122 saylı müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən 06.10.2019-cu il tarixdən 06.08.2020-ci il tarixədək olan müddət ərzində hər ay 88 manat ödəmək şərtilə Samsung markalı paltaryuyan almışdır. - ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış 16.10.2019-cu il tarixli 00985680 saylı müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən 16.11.2019-cu il tarixdən 16.04.2021-ci il tarixədək olan müddət ərzində hər ay 125 manat ödəmək şərtilə İMEİ Kodu **********36520 olan Hoffmann X Ultra markalı telefon, Samsung markalı soyuducu almışdır. - ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış 21.11.2019-cu il tarixli 01066196 saylı müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən 21.12.2019-cu il tarixdən 21.05.2020-ci il tarixədək olan müddət ərzində hər ay 113 manat ödəmək şərtilə İMEİ Kodu **********11763 olan Samsung Galaxy A20s markalı telefon, 2 ədəd aksesuar, Panasonic Trimmer almışdır. - 31.08.2019-cu il tarixli, 04.09.2019-cu il tarixli, 16.10.2019-cu il tarixli, 21.11.2019cu il tarixli təhvil-təslim aktlarından görünür ki, müqavilələrdə qeyd olunan məhsullar alıcı tərəfindən imza edilməklə tam qüsursuz şəkildə təhvil alınmışdır. - ABC Telecom MMC-nin 14.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, alıcı Cavabdeh 31.08.2019-cu il tarixli 00879371 saylı müqaviləyə əsasən, Samsung LED televizor üçün 1152 manat ödənilməmiş hissə, 340 manat dəbbə; 04.09.2019-cu il tarixli 00888122 saylı müqaviləyə əsasən, Samsung markalı paltaryuyan üçün 704 manat ödənilməmiş hissə, 211 manat dəbbə; 16.10.2019-cu il tarixli 00985680 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********36520 olan Hoffmann X Ultra markalı telefon, Samsung markalı soyuducu üçün 2010 manat ödənilməmiş hissə, 562 manat dəbbə; 21.11.2019-cu il tarixli 01066196 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********11763 olan Samsung Galaxy A20s markalı telefon, 2 ədəd aksesuar, Panasonic Trimmer üçün 452 manat ödənilməmiş hissə, 135 manat dəbbə olmaqla, ümumilikdə, 5566 manat borcu yaranmışdır. - ABC Telecom MMC-nin 17.08.2020-ci il tarixli Cavabdeh ünvanlandığı xəbərdarlıqdan görünür ki, ABC Telecom MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu qısa bir zamanda ödəməsini tələb etmiş, əks təqdirdə dövlət qurumlarına müraciət olunacağı barədə xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, iş materiallarında olan sənədlərdən və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh İddiaçı MMC-dən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə Samsung LED televizor, Samsung markalı paltaryuyan, İMEİ Kodu **********36520 olan Hoffmann X Ultra markalı telefon, Samsung markalı soyuducu, İMEİ Kodu **********11763 olan Samsung Galaxy A20s markalı telefon, 2 ədəd aksesuar, Panasonic Trimmer almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən hər dörd müqavilə üzrə əsas borca müqavilədə nəzərdə tutulmuş qaydada dəbbə pulu hesablanmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə bağlanmış 31.08.2019-cu il tarixli 00879371 saylı müqavilə üzrə 1152 manat ödənilməmiş hissə üzrə hesablanmış 340 manat məbləğində cərimənin azaldılaraq 17 manat, 04.09.2019-cu il tarixli 00888122 saylı müqavilə üzrə 704 manat ödənilməmiş hissə üzrə hesablanmış 211 manat məbləğində cərimənin azaldılaraq 10 manat, 16.10.2019-cu il tarixli 00985680 saylı müqavilə üzrə 2010 manat ödənilməmiş hissə üzrə hesablanmış 562 manat məbləğində cərimənin azaldılaraq 30 manat, 21.11.2019-cu il tarixli 01066196 saylı müqavilə üzrə 452 manat ödənilməmiş hissə üzrə hesablanmış 135 manat məbləğində cərimənin azaldılaraq 7 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. 15.04.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin; 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 31.08.2019-cu il tarixli 00879371 saylı müqaviləyə əsasən, 1152 manat ödənilməmiş hissə, 17 manat dəbbə; 04.09.2019-cu il tarixli 00888122 saylı müqaviləyə əsasən, 704 manat ödənilməmiş hissə, 10 manat dəbbə; 16.10.2019-cu il tarixli 00985680 saylı müqaviləyə əsasən, 2010 manat ödənilməmiş hissə, 30 manat dəbbə; 21.11.2019-cu il tarixli 01066196 saylı müqaviləyə əsasən, 452 manat ödənilməmiş hissə, 7 manat dəbbə borcu və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış: 31.08.2019-cu il tarixli 00879371 saylı müqaviləyə əsasən, 1152 (min yüz əlli iki) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat dəbbə; 04.09.2019-cu il tarixli 00888122 saylı müqaviləyə əsasən, 704 (yeddi yüz dörd) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə; 16.10.2019-cu il tarixli 00985680 saylı müqaviləyə əsasən, 2010 (iki min on) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə; 21.11.2019-cu il tarixli 01066196 saylı müqaviləyə əsasən, 452 (dörd yüz əlli iki) manat ödənilməmiş hissə, 7 (yeddi) manat dəbbə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4412 (dörd min dörd yüz on iki) manat borc Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar