Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3359/2020 21.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2648/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə xx xxxxxxxx 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay üçün təyin edilmiş 154 manat məbləğində alimentin artırılaraq 170 manat müəyyən edilməsi və Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında xx xxxx 2015-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 614 saylı nikahları qeydə alınmışdır. Birgə nikahdan xx xxxxxxxx 2015-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(012)-5112/2016 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 117 manat miqdarında alimentin tutulması qət edilmişdir. İddiaçı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, bu dəfə də Abşeron Rayon Məhkəməsinin 2(012)-2648/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 154 manat məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı hesab edir ki, bu məbləğ hazırda övladının saxlanması üçün kifayət etmir. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, hazırki aliment azyaşlının minimal ehtiyaclarını belə qarşılamır. O, həmçinin qeyd etdi ki, heç yerdə işləmir və ailəsini atası dolandırır. Cavabdeh isə övladı ilə ümumiyyətlə maraqlanmır. Cavabdehməhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-2648/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə xx xxxxxxxx 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2 maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat təşkil edir. Məhkəmə,azyaşlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, Abşeron rayon Məhkəməsinin 2(012)-2648/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə xx xxxxxxxx 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay üçün 154 manat sabit pul məbləğində aliment artırılaraq hər ay üçün 170 manat sabit pul məbləğində aliment müəyyən edilməli və Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 20 manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayon Məhkəməsinin 2(012)-2648/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə xx xxxxxxxx 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay təyin edilmiş 154 manat alimentin məbləği artırılsın. xx xxxxxxxx 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablansın. Cavabdeh 20 manat dövlət rüsumuna görə pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3359/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3359/2020
21.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver