Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3360/2021 26.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 26 avqust 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.05.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********91885 olan Samsung Galaxy A50 markalı telefon üçün 12 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, 06.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********92071 olan Samsung Galaxy A50 markalı telefon, aksesuar üçün 105 manat ödənilməmiş hissə, 31 manat dəbbə pulu, 09.11.2019cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********28347 olan Huawei Y9 Prime markalı telefon üçün 550 manat ödənilməmiş hissə, 165 manat dəbbə pulu, 24.12.2019-cu il tarixli müqaviləyə əsasən, Sony Playstation-4 üçün 843,40 manat ödənilməmiş hissə, 250,60 manat dəbbə pulu, 14.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung televizor üçün 2280 manat ödənilməmiş hissə, 684 manat dəbbə pulu olmaqla, ümumilikdə 4921 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırdı ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 08.05.2019-cu il, 06.08.2019-cu il, 09.11.2019-cu il, 24.12.2019-cu və 14.01.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********91885 olan Samsung Galaxy A50 markalı telefon, İMEİ Kodu **********92071 olan Samsung Galaxy A50 markalı telefon, aksesuar, İMEİ Kodu **********28347 olan Huawei Y9 Prime markalı telefon, Sony Playstation-4, Samsung televizor almış və 4921 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 675 manat olan İMEİ Kodu **********91885 olan Samsung Galaxy A50 markalı telefon üçün 12 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, alqı-satqı qiyməti 630 manat olan İMEİ Kodu **********92071 olan Samsung Galaxy A50 markalı telefon, aksesuar üçün 105 manat ödənilməmiş hissə, 31 manat dəbbə pulu, alqı-satqı qiyməti 660 manat olan İMEİ Kodu **********28347 olan Huawei Y9 Prime markalı telefon üçün 550 manat ödənilməmiş hissə, 165 manat dəbbə pulu, alqı-satqı qiyməti 1080,40 manat olan Sony Playstation-4 üçün 843,40 manat ödənilməmiş hissə, 250,60 manat dəbbə pulu və alqı-satqı qiyməti 2600 manat olan Samsung televizor üçün 2280 manat ödənilməmiş hissə, 684 manat dəbbə pulu olmaqla, ümumilikdə 4921 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1855 manat təşkil edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 08.05.2019-cu il tarixli, 00650223 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********91885 olan Samsung Galaxy A50 markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 06.08.2019-cu il tarixli, 00828259 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********92071 olan Samsung Galaxy A50 markalı telefon, aksesuar almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 09.11.2019-cu il tarixli, 01037933 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********28347 olan Huawei Y9 Prime markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 24.12.2019-cu il tarixli, 01155638 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Sony Playstation-4 almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 14.01.2020-ci il tarixli, 20037110 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Samsung televizor almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 16 iyun 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, İMEİ Kodu **********91885 olan Samsung Galaxy A50 markalı telefon üçün Cavabdehnun 12 manat ödənilməmiş məbləğ və 0 manat dəbbə pulu, İMEİ Kodu **********92071 olan Samsung Galaxy A50 markalı telefon, aksesuar üçün 105 manat ödənilməmiş hissə, 31 manat dəbbə pulu İMEİ Kodu **********28347 olan Huawei Y9 Prime markalı telefon üçün 550 manat ödənilməmiş hissə, 346 manat dəbbə pulu, Sony Playstation-4 üçün 843,40 manat ödənilməmiş hissə, 250,60 manat dəbbə pulu və Samsung televizor üçün 2280 manat ödənilməmiş hissə, 684 manat dəbbə pulu olmaqla, ümumilikdə 4921 manat borcu vardır. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında 08.05.2019-cu il tarixli, 00650223 saylı, 06.08.2019-cu il tarixli, 00828259 saylı, 09.11.2019-cu il tarixli, 01037933 saylı, 24.12.2019-cu il tarixli, 01155638 saylı və 14.01.2020-ci il tarixli, 20037110 saylı alqısatqı müqavilələri bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 08.05.2019-cu il tarixli, 00650223 saylı, 06.08.2019-cu il tarixli, 00828259 saylı, 09.11.2019-cu il tarixli, 01037933 saylı, 24.12.2019-cu il tarixli, 01155638 saylı və 14.01.2020-ci il tarixli, 20037110 saylı müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni aldğı malların qiymətini alqı-satqı müqavilələrinə və ödəmə cədvəlinə uyğun olaraq ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissələrində 06.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********92071 olan Samsung Galaxy A50 markalı telefon, aksesuar üçün hesablanmış 31 manat məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək 2 manat, 09.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********28347 olan Huawei Y9 Prime markalı telefon üçün hesablanmış 165 manat dəbbə pulu 10 manat, 24.12.2019-cu il tarixli müqaviləyə əsasən, Sony Playstation-4 üçün hesablanmış 250,60 manat dəbbə pulu 10 manat və 14.01.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung televizor üçün hesablanmış 684 manat dəbbə pulu isə 30 manat məbləğində olmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 08.05.2019-cu il tarixli, 00650223 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********91885 olan Samsung Galaxy A50 markalı telefon üçün 12 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, 06.08.2019-cu il tarixli, 00828259 saylı, müqaviləyə əsasən, İMEİ Kodu **********92071 olan Samsung Galaxy A50 markalı telefon, aksesuar üçün 105 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, 09.11.2019-cu il tarixli, 01037933 saylı, müqaviləyə əsasən, İMEİ Kodu **********28347 olan Huawei Y9 Prime markalı telefon üçün 550 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, 24.12.2019-cu il tarixli, 01155638 saylı müqaviləyə əsasən, Sony Playstation-4 üçün 843,40 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu və 14.01.2020-ci il tarixli, 20037110 saylı müqaviləsinə əsasən, Samsung televizor üçün 2280 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu olmaqla, ümumilikdə 3842,40 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3360/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3360/2021
26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver