Məhkəmə qərarları › İş №2(012)-3373/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3373/2024

26.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3373/2024 26.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl etmədyinə görə İddiaçı Sadiq oğluna vurduğu ağır xəsarətə görə maddi ziyan olaraq 13400 manat (xəstəxana, dərman, yol xərcləri, buraxılmış iş günləri və s.), mənəvi ziyan vurduğuna görə 10000 manat olmaqla, ümumilikdə 23400 manat məbləğində pulun alınaraq İddiaçı Sadiq oğlunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Sadiq oğlu 2023-cü ilin yanvar ayında əmək müqaviləsi bağlamadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh daş karxanasında fəhlə kimi işə düzəlmiş və hər gün üçün 40 manat əmək haqqı almışdır. Əvvəlcə yalnız fəhlə kimi mişar daşlarını yük maşınlarınına yükləməklə, 2023-cü ilin avqust iyundan isə ağır texnika hesab edilən kombayn ilə daş kəsməklə məşğul olmuşdur. 11 sentyabr 2023-cü il tarixdə, saat 17:00 radələrində İddiaçı Qaradağ rayonun Güzdək qəsəbəsində ağır texnika hesab olunan kombayn ilə daş kəsən zaman kombayn anidən hərəkətə başlayıb sıradan çıxmış, o, mühərriki söndürməyə çalışmış, bu zaman kombaynın mühərriki relsdən çıxaraq onun sol ayağının topuq hissəsini kəsmişdir. Bundan sonra cavabdehin qardaşı X6 Əliyevi avtomobilinə qoyaraq Qaradağ rayonun Lökbatan qəsəbəsində yerləşən “Asmed” klinikasına aparmış, həmin klinikada həkimlər onun vəziyyətinin ağır olduğuna görə baxa bilməyəcəklərini bildirmişdir. Bundan sonra, Osman Məhərrəmov iddiaçını Travmatalogiya İnistutuna aparmışdır. İddiaçı Travmatalogiya İnistutunda 45 gün ərzində qalmışdır. Həmin müddət ərzində iki dəfə əməliyyat olunmuş və əmək qabiliyyətini bu günə qədər itirmişdir. O, uzun müddətdir ki, müalicə olunur, yeriməyə çətinlik çəkir. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri Qaradağ rayon pokurorluğunda araşdırma aparılmış, araşdırma nəticəsində 2023-cü ilin yanvar ayından İddiaçı Sadiq oğlunun Cavabdeh məxsus daş karxanasında işləməsi, 11 sentyabr 2023-cü ildə ağır texnika hesab edilən kombaynda yaranmış nasazlığa görə topuğundan xəsarət alması müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli 2490 nömrəli məhkəmətibbi ekspertizası rəyinə görə İddiaçı Sadiq oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol ayağının İİİ daraq sümüyünün və İV barmağının proksimal falanqasının yerdəyişən sınıqları ilə müşayət olunan ayaq pəncəsinin üst və alt səthlərinin əzilmişcırılmış yaraları (dəri deffekti ilə), sol ayağının V barmağının ayaq-daraq falanqa oynağından travmatik amputasiyası bərk küt əşyanın təsirindən olduğunu və bunun xx.xx.2023-cü il tarixdə törədildiyini, dərəcəsinə görə isə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid oluğu qeyd edilmişdir. Eyni zamanda, məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 19 fevral 2024cü il tarixli, 3-16-16/2-10/223 nömrəli rəyinə əsasən baş vermiş hadisə nəticəsində «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə» təlimi və «Biliklərinin yoxlanması haqqında numunəvi Əsasnamənin» 6-cı bəndinin, «Faydalı qazıntılı yataqların açıq üsulla istehsalında vahid təhlüəsizlik qaydalarının 84-cü paraqrafının, qoruyucu vasitələrin, xüsusi ayaqqabıların, xüsusi geyimin verilməsi, saxlanması və istifadə qaydaları haqqında» Təlimatın 3-cü bəndinin, «Vahid X1 müəsisənin» direktorunun əmək funksiyasının tələbləri pozulmuşdur. İddiaçıya vurulmuş zərər az ağır olduğundan Bakı şəhəri Qaradağ rayon prokurorluğu tərəfindən başlanmış cinayət işi rədd edilmiş və aidiyyəti üzrə Qaradağ rayon Polis İdarəsinə göndərilmişdir. Cinayət işinin rədd edilməsi barədə qərara əsasən cavabdeh iddiaçıya vurduğu zərərə görə təsiqli olması sübut edilmişdir. İddiaçı 11 sentyabr 2023-cü il tarixdən əmək qabiliyyətini itirdiyinə görə işləmir, onun bu müddət ərzində müalicə və müayinə olunmasına görə 5000 manatdan artıq xərci çıxmışdır. Bundan başqa baş vermiş xəsarət nətcəsində dözülməz ağırlar çəkmişdir və bu gündə gəzməsində, yeriməsində çətinliklər çəkir. Nəqliyyat vasitəsi kimi yalnız taksidən istifadə edərək harasa gedə bilir. Dəfələrlə İddiaçı Cavabdeh kömək göstərməsini xahiş etmiş, o isə iki dəfə 100 manat məbləğində pul verdikdən sonra, heç nə verməmiş və Qaradağ rayon prokurorluğu tərəfindən cinayət işinin rədd edilməsi barədə qərar qəbul edildikdən sonra, ümumiyyətlə heç nə etməyəcəyini bildirmişdir. Cavabdeh törətdiyi əmələ görə həm maddi, həm də mənəvi zərərin əvəzini İddiaçı ödəməlidir. Cavabdeh iddiaçıya vurduğu müalicə və müayinə xərcləri üçün 5000 manat, əmək qabiliyyətinin itirilməsinə görə may ayının 9-a qədər 8400 manat, mənəvi zərər olaraq isə 10000 manat məbləğində olmaqla, ümumilikdə 23400 manat kompensiasiya ödəməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdikləri məhkəmə iclasında İddiaçı və onun vəkili Nümayəndə iddia tələbini müdafiə edib onun təmin edilməsini xahiş etdilər. İddiaçı əlavə etdi ki, hadisədən sonra cavabdeh ona 1000 manatdan çox pul vermişdir. Onun müalicəyə 5000 manatdan çox pulu çıxmışdır. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. O bildirdi ki, hadisə baş verəndən sonra ümumilikdə Samiqin müalicəsinə hissə-hissə 10000 manata yaxın vəsait xərcləyib. Lakin hazırda onun maddi vəziyyəti olduqca pisdir. Karxana öz fəaliyyətini artıq 2 ildir ki, dayandırmışdır və o heç bir yerdə işləmir. Məhz bu səbəblərdən o, hazırda iddiaçıya heç bir maddi köməklik göstərə bilməz. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Qaradağ Rayon Prokurorluğunun 26 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh əməlində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından toplanmış 26 fevral 2024-cü il tarixli qərarla 204C-23 nömrəli material üzrə Azərbaycan Respublikasının CPM-nin 391.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İşdə olan Qaradağ Rayon Prokurorluğunun 26 fevral 2024-cü il tarixli qərarından görünür ki, 204C-23 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmiş, toplanmış materiallar Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün Qaradağ rayon prokuroruna təqdim edilmiş, Cavabdeh əməlində Azərbaycan Respublikasının CM-nin 255-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün toplanmış 204C-23 nömrəli araşdırma materialından çıxarışlar Azərbaycan Respublikası CPM-nin 215-ci maddəsinə əsasən Qaradağ Rayon Polis İdarəsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı ayağında fəsadlar əmələ gəlmiş, bununla bağlı ona maddi ziyan dəymişdir. Belə ki, işdə olan Qaradağ Rayon Prokurorluğunun 26 fevral 2024cü il tarixli qərarından görünür ki, 11 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Güzdək daş karxanaları adlanan ərazidə 1 ha sahədə daş karxanası işlədən və daş karxananın fəaliyyətinə faktiki olaraq rəhbərlik edən Cavabdeh “müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə”-nin 6-cı bəndinin, yəni işçilərin təliminin və ixtisas artırımının bütün formalarında əməyin mühafziəsi üzrə təlim nəzərdə tutulmalıdır. İşəgötürən işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verilməli, onlara təhlükəsizlik iş üsullarından istifadə etməyin və bədbaxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməli, “faydalı qazıntılı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydaları”-nın 84-cü paraqrafının, yəni dağ-mədən işlərində istifadə olunan maşınlar saz olmalı, siqnal vasitələri ilə, əyləclərlə təchiz olunmalı, onların hərəkətdə olan hissələri (muftalar, ötürücülər, şkivlər və s” örtük və çəpərlərlə örtülməli, “qoruyucu vasitələrin, xüsusi ayaqqabının, xüsusi geyimin verilməsi, saxlanılması və istifadəsi qaydaları haqda təlimat’’-ın 3-cü bəndinin, yəni müəssisənin rəhbərliyi fəhlələrə qoruyucu vasitələri, xüsusi ayaqqabını, xüsusi geyimi müəyyən edilmiş norma və müddətdə verməli, ’’bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X2”-da olan müəssisənin direktorunun “əmək funksiyası”-nm tələblərini pozaraq öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ya ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunları görməyərək, ağır texnika hesab olunan kombayn anidən hərəkətə başlayaraq onun tərəfindən əmək müqaviləsi olmadan işə götürülmüş İddiaçı Sadiq oğluna sol ayağın İİİ daraq sümüyünün və İV barmağın proksimal falanqasının yerdəyişən sınıqları ilə müşayiət olunan ayaq pəncəsinin üst və alt səthlərinin əzilmiş-cırılmış yaraları (dəri defekti ilə), sol ayağın V barmağının ayaq-daraq falanqa oynağından travmatik amputasiyası dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Qərarda qeyd edilmişdir ki, xx.xx.2023-ci il tarixli, 2490 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, İddiaçı Sadiq oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol ayağın İİİ daraq sümüyünün və İV barmağın proksimal falanqasının yerdəyişən sınıqları ilə müşayiət olunan ayaq pəncəsinin üst və alt səthlərinin əzilmişcırılmış yaraları (dəri defekti ilə), sol ayağın V barmağının ayaq-daraq falanqa oynağından travmatik amputasiyası bərk küt əşyanın (əşya-ların) təsirindən onun Az ETTOİ-na daxil olduğu və qərarda göstərilən xx.xx.2023-cü il tarixində törənmişdir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İddiaçı bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni işləyən daş kəsən kombaynın mühərrikinin aşaraq onun sol ayağının üzərinə düşməsi və ayaq pəncəsinin kombaynın hissələri (təkərləri) ilə və relsin arasında sıxılması nəticəsində əmələ gələ bilərdi. Həmçinin qərarda göstərilən məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 19 fevral 2024-cü il tarixli, 3-16- 16/2-10/223 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə”-nin 6-cı bəndinin, yəni işçilərin təliminin və ixtisas artırımının bütün formalarında əməyin mühafziəsi üzrə təlim nəzərdə tutulmalıdır. İşəgötürən işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verilməli, onlara təhlükəsizlik iş üsullarından istifadə etməyin və bədbaxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməlidir. Bundan başqa, “faydalı qazıntılı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydalarf’-nm 84-cü paraqrafının, yəni dağ-mədən işlərində istifadə olunan maşınlar saz olmalı, siqnal vasitələri ilə, əyləclərlə təchiz olunmalı, onların hərəkətdə olan hissələri (muftalar, ötürücülər, şkivlər və s” örtük və çəpərlərlə örtülməlidir. Həmçinin, “qoruyucu vasitələrin, xüsusi ayaqqabının, xüsusi geyimin verilməsi, saxlanılması və istifadəsi qaydaları haqda təlimat’’-ın 3-cü bəndinin, yəni müəssisənin rəhbərliyi fəhlələrə qoruyucu vasitələri, xüsusi ayaqqabını, xüsusi geyimi müəyyən edilmiş norma və müddətdə verməlidir, “bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X2”-da olan müəssisənin direktorunun “əmək funksiyası”-nın tələbləri, yəni müəssisəyə rəhbərlik edir. İşçilərin əməyi üçün təhlükəsiz və əlverişli şərait yaradılması üçün qanunçuluq tələblərinə riayət olunmasına şərait yaradır.” Pozumuşdur. “müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə”-nin 6-cı bəndinin, yəni işçilərin təliminin və ixtisas artırımının bütün formalarında əməyin mühafziəsi üzrə təlim nəzərdə tutulmalıdır. İşəgötürən işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verilməli, onlara təhlükəsizlik iş üsullarından istifadə etməyin və bədbaxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməlidir. Bundan başqa, “faydalı qazıntılı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydaları”-nın 84-cü paraqrafının, yəni dağ-mədən işlərində istifadə olunan maşınlar saz olmalı, siqnal vasitələri ilə, əyləclərlə təchiz olunmalı, onların hərəkətdə olan hissələri (muftalar, ötürücülər, şkivlər və s” örtük və çəpərlərlə örtülməlidir. Həmçinin, “qoruyucu vasitələrin, xüsusi ayaqqabının, xüsusi geyimin verilməsi, saxlanılması və istifadəsi qaydaları haqda təlimaf’-ın 3-cü bəndinin, yəni müəssisənin rəhbərliyi fəhlələrə qoruyucu vasitələri, xüsusi ayaqqabını, xüsusi geyimi müəyyən edilmiş norma və müddətdə verməlidir, “bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X2”-da olan müəssisənin direktorunun “əmək funksiyası”-nın tələbləri, yəni müəssisəyə rəhbərlik edir. İşçilərin əməyi üçün təhlükəsiz və əlverişli şərait yaradılması üçün qanunçuluq tələblərinə riayət olunmasına şərait yaradır.” Tələblərinin təmin edilməsi, o cümlədən işçilərə iş yerində təlimatlandırma aparılması, onları fərdi mühafizə vasitələri ilə təchiz edilməsi həvalə olunmuş və əsasən də istehsalat sahəsində istifadə olunan maşən və avadanlıqların “daş kəsən kombaynların və s.” texniki saz vəziyyətdə istismar olunmasını təmin etməli olan istehsalat sahəsində (karyerdə) işlərə rəhbərlik edən şəxs tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərərçəkmiş şəxsin özü tərəfindən qaydaların və təlimatın tələbinin pozulması halı müəyyən edilməmişdir. Göründüyü kimi, cavabdehin təqsirli hərəkəti nəticəsində İddiaçı topuğundan xəsarət almış və ona maddi ziyan dəymişdir. İddiaçı bu zərərin miqdarının 13400 manat təşkil etdiyini göstərmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır və 5000 manat hissədə təmin edilməlidir. Belə ki, işdə bu barədə mötəbər sübut olmasa da, məlum hadisə nəticəsində iddiaçının əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar az ağır xəsarət alması ilə ona bu məbləğdə maddi ziyan dəyməsi ağlabatan olduğundan məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı hesab edir. Bundan başqa, işdən görünür ki, İddiaçı ona vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən 10000 manat pul tələb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarı ilə məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Qərarın 10-cu bəndində plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Baş vermiş hadisə nəticəsində iddiaçının səhhətinə az ağır zərər dəymiş, bunun nəticəsində isə iddiaçı müəyyən mənəvi iztirab keçirmişdir. Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum qərarlarına görə mənəvi zərər müəyyən edilərkən hər bir işin konkret halı nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Bu baxımdan, məhkəmə iddiaçıya münasibətdə işin hallarını, o cümlədən cavabdehin hazırki hərəkətsizliyini, bunun nəticəsində iddiaçının mənəvi iztirab keçirməsini nəzərə alaraq ağlabatan və ədalətli zərərin məbləğini 1000 manat müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, dəymiş maddi zərərin əvəzi kimi 5000 manat, mənəvi zərərin əvəzi kimi 1000 manat olmaqla, cəmi 6000 manat pul cavabdehdən İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi kimi 5000 manat, mənəvi zərərin əvəzi kimi 1000 manat olmaqla, cəmi 6000 manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 80 manat pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar